Windows Server 2012 R2 DFS Namespace Konfiqurasiyası

Salamlar,

Bir əvvəlki məqaləmdə  sizlərə Windows Server 2012 R2 DFS qurulmasını izah etmişdim. Bu məqalədə isə sizlərə DFS Namespace konfiqurasiyasını izah etməyə çalışacam.

DFS Namespace nədir?

Qısaca olaraq fərqli servərlər üzərində olan paylaşımların vahid ad altında istifadə etməyə imkan verir. DFS Namespace quruluşu içərisindəki bütün paylaşımları tək bir qovluq altında toplaya bilerik.DFS Namespace istifadəsi üçün Domain-based yada Stand-alone  variantları istifadə edə bilirik.

Test mühiti,

DC – Domain Controller – Windows Server 2012 R2

BAKI-FS1 – File Server, DFS – Windows Server 2012 R2

İSTANBUL-FS2 – File Server, DFS – Windows Server 2012 R2

WİN8 – Test üçün -Windows 8.1

 1-DFS Namespace konfiqurasiya üçün Administrative Tools içərisində DFS Management konsolunu açırıq.

WinServ1

2-DFS Management konsolunu açdığımızda Namespace üzərinə gəlib sağ tıklayıb New Namespace  seçirik.

WinServ2

3-Namespace üçün bir server seçməmiz lazımdır. Namespace ‘in duracağı serveri paylaşma kataloqların xaricində virtual bir maşın və ya Cluster mühitiniz içərisində saxlamaq məsləhətdir.qısaca Namespace olan serverin High Availibility olması lazımdır. Browse deyərək serveri seçirik.

Winser3

4-DC olan serveri namespace server olaraq seçirəm.Diqqət mənim etdiyim hamsı test mühütidə olduğu üçün dc-ni namespace seçirəm .Amma realda bunu etmək məsləhət deyil və əvvəlcədən öz server infrastrukturunuzu əvvəlcədən planlaşdırın.

winserv4

5-Namespace server seçimini tamamlandıqdan sonra davam edirəm.

winserv5

6-Namespace üçün bir ad təyin edirk. Edit Settings qisimində isə permission ayarlarını təyin edə bilərsiniz.

winserv6

7-Yaratmış olduğumuz Namespace üzərindəki fayl icazələrini buradan təyin edə bilərsiniz.

serv7

8-Namespace iki şəkildə istifadə edə bilərik.

Domain-based namespace aşağıdakı hallarda istifadə edilə bilər:

·        DFS namespace üçün yüksək istifadə qabillyyəti lazımlı olduğunda DFS namespace birdən çox serverdə çoxaltıla bilər.

·        DFS Namespace serverlərinin adını istifadəçilərdən gizlətmək lazım olduğu halda və ya bu namespace serverinin dəyişdirilməsini və namespace sahəsini fərqli bir serverə keçirməyi də daha asan hala gətirir.

·        Namespace AD DS üzərində saxlanılır.

·        Access-based enumeration xüsusiyyətini istifadə edə bilirik.

·        Paylaşılan qovluqların sayı  50.000 qədər ola bilər.

Stand-alone namespace aşağıdakı hallarda istifadə edilə bilər:

·        Şirkət içərisində Active Directory Domain Services (AD DS) istifadə olunmadığı hallarda.

·        DFS tək server üzərində olduğu üçün yük paylaşımı və   fault tolerans təmin edə bilməməkdədir.

·        Namespace sahəsi local serverdə saxlanılır.

·        Paylaşımlara giriş \\ server adı \ paylaşım olaraq təqdim edilir.

Aşağıda nümunə olaraq necə istifadə edəcəyimizi görə bilirsiniz. Mən Domain-based namespace seçərək davam edirəm.

serv8

9-Namespace ayarlarını kontrol etdikdən sonra Create butona tıklayırıq.

ser9

10-Namespace uğurla yaradılmışdır.

ser10

 

11- Namespace yaradıldıqdan  sonra DFS Management konsolunda Namespaces qisiminə gəldiyini görə bilərik. Namespace Serves qisimində isə bizim seçmiş olduğumuz server haqqında məlumat vardır. Burada müxtəlif namespace nöqtələri yaradaraq daha geniş bir quruluşa xidmət edə bilərik.

serv11

 

12- \\ technet.local \ BranchDocs namespace üzərinə gəlib sağ tıklayıb Properties gedirəm.

serv12

 

13-Advanced tabı içərisində “Enable-access-based enumeration for this namespace” xüsusiyyətini seçirəm.

serv13

 

 

 

14-İndi isə yaratdığımız Branch Docs namespace üzərində iki dənə fərqli paylaşım qovluğu yaradacayıq. Namespace üzərinə gəlib sağ tıklayıb New Folder   deyirik.

serv14

 

 

 

15-sənədlər adında bir folder yaradırıq .Add deyərək paylaşma parametrləri  təyin edirik.

serv15

16-Bu paylaşımı birinci server olan DC üzərində yaratdım. \\ DC \Branchdocs \sənədlər olaraq yaradıldı.

serv16

 

17- Təkrar eyni şəkildə bir folder yaradırıq

18 -Bu folderin adı DataFiles olacaq, Add variantı ilə paylaşma parametrlərini təyin edirik

serv17

 

 

19- Bu paylaşımı Istanbul üzərində olmasını istəyirəm.

serv19

 

 

 

20- Son vəziyyətdə Branch Docs namespace üzərində iki ədəd paylaşma qovluğu var.

serv20

 

21- Test üçün Run hissəsinə \\ technet.local \ branchdocs \ yazdığımda mənim namespace üzərinə əlavə etdiyim paylaşımları görə bilirik.

serv21

 

 

 

22- Win8  üzərində File Explorer qisiminə namespace  yazdığımda da yenə iki ədəd paylaşımı görə bilirəm.

 

Not: Diqqət etməmiz lazım olan qisim mən tək bir ad ilə paylaşıma gedirəm lakin getdiyim yerdəki paylaşım qovluqları fərqli serverlərdə məsələn İstanbul (ISTANBUL), DC (Bakı) kimi  buda fərqli yerlərdə olan paylaşımlara da tək yerdən rahatlıqla görməyə imkan verir.

serv22

 

Faydalı olması diləyiylə.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Cahangir HacIyev

Şərhlər ( Windows Server 2012 R2 DFS Namespace Konfiqurasiyası )

  1. tesekkur edirem

Şərh yazın