Cisco-nun yeni icraçı direktoru Chuck Robbins

4 May 2015-ci il tarixində Cisco rəsmi olaraq yeni baş icraçı direktoru-Chuck Robbinsi elan etdi.

Robbins 1997-ci ildən Cisco şirkəti sıralarındadır və müxtəlif iri miqyaslı biznes proyektlərində Vitse Prezident kimi çalışmışdır.

Xatırlatmaq istərdim ki, son icraçı direktor hamının yaxşı tanıdığı John Chambersdir.  1991-ci ildən Cisco şirkətində iş həyatına başlayan John Chambers 1995-ci ildən şirkətin Baş İcraçı direktoru, 2006-cı ildən isə həm də İdarə Heyətinin Sədri  vəzifələrini icra etmişdir.

1984-cü ildə əsası qoyulan Cisco şirkəti İT bazarında şəbəkə avadanlıqları istehsalında lider şirkətlərdən biridir.

Ümid edirik ki, bu dəyişiklik müştərilər üçün yeni imkanlar təqdim edəcək.

Müəllif: Rizvan Bayramov

Şərhlər ( Cisco-nun yeni icraçı direktoru Chuck Robbins )

  1. Hami ucun xeyirli olsun )

Şərh yazın