RHEL/CentOS üzərindən multipathing – 2-ci hissə

Salamlar,
Bir öncəki məqaləmizdə, RHEL ailəsinə aid olan linux distributivlərində MPP/RDAC drayverləri vasitəsilə multipathing sazlamaları ilə tanış olduq. Bu məqalədə, native alətlərdən istifadə edərək multipathing-in sazlanmasına baxacağıq. Məqalənin 1-ci hissəsində istifadə olunan sazlamalar, həmin məqalədə adı çəkilən HBA və Storage ( Qlogic və İBM) qurğularına aid olsa da, bu məqalədə göstərdiyimiz sazlamalar kifayət qədər universaldır və bütüm avadanlıqlarda istifadə oluna bilər.
Ilk öncə, topologiyaya, sistemə təqdim olunmuş LUN-a və sistem tərəfindən həmin LUN-un aşkarlanıdığı yollara 1 də baxaq:

rounded_corners

 

1.1 Topologiya

[[email protected] ~]# lsscsi
[0:2:0:0] disk IBM ServeRAID M5015 2.70 /dev/sda

[1:0:0:240] disk IBM 1746 FAStT 1070 /dev/sdb
[1:0:1:240] disk IBM 1746 FAStT 1070 /dev/sdc
[2:0:0:240] disk IBM 1746 FAStT 1070 /dev/sdd
[2:0:1:240] disk IBM 1746 FAStT 1070 /dev/sde
[3:0:0:0] cd/dvd MATSHITA DVD-ROM UJ890 WAA3 /dev/sr0

Təqdim olunan yolların eyni LUN-a aid olduğunu həmin yolların WWID-lərinə baxmaqla demək olar:

[[email protected] ~]# scsi_id --device /dev/sdd --whitelisted page=0x83
360080e50002ec56600000931551e37d5
[[email protected] ~]# scsi_id --device /dev/sdb --whitelisted page=0x83
360080e50002ec56600000931551e37d5
[[email protected] ~]# scsi_id --device /dev/sdc --whitelisted page=0x83
360080e50002ec56600000931551e37d5
[[email protected] ~]# scsi_id --device /dev/sde --whitelisted page=0x83
360080e50002ec56600000931551e37d5

Tələb olunan paketləri yükləyirik:

[[email protected] ~]# yum install device-mapper-multipath* -y

Ardınca, default conf faylının yaranması üçün aşağıdakı əmri icra edirik:

[[email protected] ~]# /sbin/mpathconf --enable

Göstərilən əmr, /etc/multipath.conf faylını yaradır. Biz , göstərilən faylı redaktə etməklə bəzi sazlamaları edirik:
İlk öncə, multipath avadanlıqlarının adının WWID formasında deyil, insan üçün oxunmasl rahat formatda yaradılmasını müəyyənləşdirirk:

      defaults {
      user_friendly_names yes

Native multipath drayverleri, default olaraq , göstərilən avadanlıqların multipathing vasitəsilə enumerasiyasını və onların fərqli avadanlıq kimi tanınmasının qarşısını alır. (blacklist)

      # devnode “^(ram|raw|loop|fd|md|dm-|sr|scd|st)[0-9]*”
      # devnode “^hd[a-z]”

Gördüyünüz kimi, bura RAM, floppy, DVD/CD, kart oxuyucuları, həmçinin İDE kontrolleri vasitəsilə qoşulmuş sərt disk avadanlıqları daxildir. SCSİ avadanlıqlar (sd) bu kategoriyaya aid olmadiğı üçün multipathing scsi vasitəsilə qoşulmuş bütün avadanlıqlar üçün virtual yollar yaratmağa çalışacaq. Bizim ƏS-mimizin yükləndiyi lokal diskimiz də ( /dev/sda) SCSİ avadanlıq olduğuna görə biz onu blacklistə əlavə etməliyik ki multipathing onun üçün virtual avadanlıq yaratmasın. Bunun üçün aşağıdakı blackist qaydasını tətbiq edəcəyik.
Blacklistlərin tətbiqi 2 formada mümkündür

1. Blacklist olunacaq disk avadanlığının birbaşa adını göstərməklə:

      blacklist {
      devnode “^sda”
      }

2. Birbaşa WWID göstərməklə:
Bunun üçün ilk öncə WWID-i müəyyən edirik:

[[email protected] ~]# scsi_id –device /dev/sda –whitelisted –page=0x83
3600605b002ebbd5014f4f32815412903
Ardınca həmin WWID-i blacklistə əlavə edirik:
      blacklist { 
      wwid 3600605b002ebbd5014f4f32815412903
      }

conf faylını yadda saxladıqdan sonra, multipathd servizini başladırıq:

[[email protected] ~]# service multipathd start

Serviz başladıldıqda, DM ( device mapper) program təminatı, multipath.conf-da blacklist olunmamış hər avadanlıq üzrə, mpath[a-z] formatında virtual disk massivi yaradır.Aşağıdakı əmri vasitəsilə multipathd servizininin debug reijmdə statusuna baxa bilərsiniz

[[email protected] ~]# multipath -v3

Multipath vasitəsilə aşkarlanan avadalıqlarımıza və fiziki yolların statusuna aşağıdakı əmr vasitəsilə baxa bilərik:

[[email protected] ~]# multipath -ll
mpathb (360080e50002ec56600000931551e37d5) dm-2 IBM,1746 FAStT
size=150G features='3 queue_if_no_path pg_init_retries 50' hwhandler='1 rdac' wp=rw
|-+- policy='round-robin 0' prio=6 status=active
| |- 1:0:0:240 sdb 8:16 active ready running
| `- 2:0:0:240 sdd 8:48 active ready running
`-+- policy='round-robin 0' prio=1 status=enabled
|- 1:0:1:240 sdc 8:32 active ghost running
`- 2:0:1:240 sde 8:64 active ghost running 

mpathb – multipathing vasitəsilə yaradılmış vahid disk massividir. Artıq fdisk, gparted və digər  alətlər vasitəsilə həmin massiv üzərində  standart  əməliyyatlar həyata keçirə bilərik.
Bununla da RHEL/CentOS üzərindən DM multipathing-in sazlanmasını bitmiş hesab etmək olar.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Fərid Səmədov

Şərh yazın