Cisco Avadanlıqlarında Etherchannel – 1-ci Hissə

Bu məqalə "Cisco Avadanlıqlarında Etherchannel" silsiləsinə daxildir

Salam, hörmətli oxucular. Bu məqalədə kompüter şəbəkələrində çox istifadə olunan etherchannel texnologiyasından danışacağam. Mövzunun ikinci hissəsində isə Cisco avadanlıqlarında etherchannel sazlamalarına yer verəcəyəm.

Bildiyimiz kimi, müasir şəbəkələrdə switch çox önəmli rol oynayır. Demək olar ki, bütün şəbəkə dizaynlarında switch-dən istifadə olunur. Şəbəkələr dizayn olunduğu zaman şəbəkənin məlumat ötürmə qabiliyyəti və davamlılığı ən vacib suallardan biridir.

İlk öncə switchlər arasında ənənəvi qoşulmaya nəzər salaq və qarşı-qarşıya qaldığımız çatışmamazlığı izah edək. Aşağıdakı şəkildə 2 switch bir-biri ilə ənənəvi üsulla bir xəttlə qoşulmuşdur:

pic1

Bu qoşulmadan göründüyü kimi, əgər qoşulan xəttdə hər hansı bir problem yaranarsa switchlər arasında əlaqə kəsiləcəkdir. Bu davamlılığı təmin etmək üçün daha bir əlavə xətt qoşa bilərik:

pic2

 

SwitchA#show cdp neighbors
Capability Codes: R - Router, T - Trans Bridge, B - Source Route Bridge
                  S - Switch, H - Host, I - IGMP, r - Repeater, P - Phone,
                  D - Remote, C - CVTA, M - Two-port Mac Relay

Device ID        Local Intrfce     Holdtme    Capability  Platform  Port ID
SwitchB.technet.az
                 Gig 1/0/23        170              S I   WS-C3750X Gig 1/0/23
SwitchB.technet.az
                 Gig 1/0/24        162              S I   WS-C3750X Gig 1/0/24

 

SwitchB#show cdp neighbors
Capability Codes: R - Router, T - Trans Bridge, B - Source Route Bridge
                  S - Switch, H - Host, I - IGMP, r - Repeater, P - Phone,
                  D - Remote, C - CVTA, M - Two-port Mac Relay

Device ID        Local Intrfce     Holdtme    Capability  Platform  Port ID
SwitchA.technet.az
                 Gig 1/0/23        134              S I   WS-C3750X Gig 1/0/23
SwitchA.technet.az
                 Gig 1/0/24        126              S I   WS-C3750X Gig 1/0/24

Bu bizə bir xəttdə problem yaranarsa, switchlərin digər xətt üzərindən bir-biri ilə əlaqə saxlamasına imkan yaradacaqdır. Lakin bu switchlərdə susmaya görə (default) STP (Spanning-Tree Protocol) aktivdir. Mövzudan çox kənara çıxmamaq üçün STP haqqında çox qısa izah verək. STP switchlər arasında birdən artıq alternativ xətlə qoşulma olduqda, yarana biləcək hər hansı bir dövriliyin (Loop) qarşısını almağa xidmət edir. STP bütün alternativ yolları məntiqi olaraq bloka salaraq, şəbəkədə hər hansı iki avadanlıq arasında yalnız bir yolun mövcudluğunu təmin etməklə, bu dövriliyin qarşısını alır. Bu məqalədə switchin funksiyalarına nəzər salıb, hansı hallarda şəbəkədə dövriliyin baş verməsini öyrənə bilərsiniz. Bu da o deməkdir ki, bizim misalda da iki xəttdən yalnız biri cari anda məlumat ötürmək qabiliyyətinə malik olacaqdır:

SwitchA#show spanning-tree

VLAN0001
  Spanning tree enabled protocol ieee
  Root ID    Priority    20481
             Address     c08c.6017.6080
             This bridge is the root
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec

  Bridge ID  Priority    20481  (priority 20480 sys-id-ext 1)
             Address     c08c.6017.6080
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec
             Aging Time  600 sec

Interface           Role Sts Cost      Prio.Nbr Type
------------------- ---- --- --------- -------- --------------------------------
Gi1/0/23            Desg FWD 4         128.23   P2p
Gi1/0/24            Desg FWD 19        128.24   P2p

SwitchB#show spanning-tree

VLAN0001
  Spanning tree enabled protocol ieee
  Root ID    Priority    20481
             Address     c08c.6017.6080
             Cost        4
             Port        23 (GigabitEthernet1/0/23)
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec

  Bridge ID  Priority    28673  (priority 28672 sys-id-ext 1)
             Address     c08c.60aa.2400
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec
             Aging Time  300 sec

Interface           Role Sts Cost      Prio.Nbr Type
------------------- ---- --- --------- -------- --------------------------------
Gi1/0/23            Root FWD 4         128.23   P2p
Gi1/0/24            Altn BLK 19        128.24   P2p

Gördüyümüz kimi, STP protokolu SwitchB-nin Gi1/0/24 portunu məntiqi olaraq blok etmişdir (Gi1/0/24  – Altn BLK) və həmin port heç bir istifadəçi məlumatı ötürmək qabiliyyətinə malik deyildir:

pic2_2

Bu o deməkdir ki, biz cari anda bir xətti aktiv istifadə edə bilərik. Digər xətt yalnız aktiv xəttdə problem yarandığı zaman istifadə edilə bilər. Lakin bu keçid çox qısa da olsa şəbəkənin müəyyən müddət dayanmasına səbəb olur. Şəbəkədə istifadə olunan bəzi proqramlar hətta 1 saniyə dayanmaya belə həssas olur. Bu zaman bu dizayn bizə yararlı olmur.

Lakin biz etherchannel texnologiyasının köməyi ilə hər 2 portu bir məntiqi port altında birləşdirərək cari anda hər iki xəttin aktiv istifadə olunmasına nail ola bilərik:

pic3

Bu halda STP protokolu yalnız yaradılan məntiqi etherchannel portu tanıyır və bu məntiqi portun altında birləşdirilən hər 2 fiziki port eyni anda məlumat ötürmək qabiliyyətinə malik olur:

SwitchA#show spanning-tree

VLAN0001
  Spanning tree enabled protocol ieee
  Root ID    Priority    20481
             Address     c08c.6017.6080
             This bridge is the root
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec

  Bridge ID  Priority    20481  (priority 20480 sys-id-ext 1)
             Address     c08c.6017.6080
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec
             Aging Time  600 sec

Interface           Role Sts Cost      Prio.Nbr Type
------------------- ---- --- --------- -------- --------------------------------
Po1                 Desg FWD 3         128.488  P2p

SwitchB#show spanning-tree

VLAN0001
  Spanning tree enabled protocol ieee
  Root ID    Priority    20481
             Address     c08c.6017.6080
             Cost        3
             Port        488 (Port-channel1)
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec

  Bridge ID  Priority    28673  (priority 28672 sys-id-ext 1)
             Address     c08c.60aa.2400
             Hello Time   2 sec  Max Age 20 sec  Forward Delay 15 sec
             Aging Time  300 sec

Interface           Role Sts Cost      Prio.Nbr Type
------------------- ---- --- --------- -------- --------------------------------
Po1                 Root FWD 3         128.488  P2p

Gördüyümüz kimi, əvvəlki əmrin nəticəsindən fərqli olaraq biz ayrı-ayrılıqda Gi1/0/23 və Gi 1/0/24 yox, Etherchannel – Po1 interface-ini görürük.

Etherchannel – şəbəkə avadanlıqları arasında qoşulma xətlərini qruplaşdıraraq daha sürətli və dayanıqlı əlaqəni təmin etməyə xidmət edir. Əgər bu iki xəttdən birində problem yaranarsa məlumat göndərilməsi avtomatik olaraq digər xəttin üzərinə ötürüləcəkdir. Ötürmə çox qısa vaxt ərzində baş verir və şəbəkədə dayanma baş vermir. Bu texnologiya bizə cari anda aktiv olan, maksimum 8-ə qədər eyni xarakteristikalı (port modları, ötürüləcək vlanlar, sürət və s.) xəttləri birgə qruplaşdırmağa imkan yaradır və bizim misalda bu maksimum 8x1Gb, yəni switchlər arasında 8Gb qoşulma imkanı yaradır.

Yaradılan məntiqi Etherchannel portun sayı (qrup nömrəsi) sazlanan platformadan və İOS versiyasından asılı olaraq müxtəlif ola bilər(48,64,4096 vəs.)

Aşağıdakı misalda gördüyünüz kimi test üçün istifadə etdiyim Cisco 3750X switchdə 48 maksimum etherchannel interface yaratmaq mümkündür:

SwitchA(config)#interface GigabitEthernet 1/0/23
SwitchA(config-if)#channel-group ?
  <1-48>  Channel group number

 

Etherchannel sazlanan zaman biz dinamik olarak – PAgP (Port Aggregation Protocol), LACP (Link Aggregation Control Protocol) protokollarından və statik On-modundan istifadə edə bilərik. Sazlanan Etherchannel interface-i həm Layer2, həm də Layer 3 interface kimi sazlana bilər.

Dinamik protokollardan istifadə edildikdə switchlər bir-biri ilə razılığa gələrək (negotiate) hansı interface-lərin etherchanneldə aktiv olmasını müəyyən edirlər.

PAgP (Port Aggregation Protocol) – Cisco şirkətinə məxsus protokol olub yalnız Cisco avadanlıqlarında dəstəklənir. PAgP protokolu 2 modda sazlana bilər:

  • Auto – razılaşma (negotiation) zamanı passiv halda qarşı tərəfdən gələn PAgP paketlərinə cavab verir və aktiv olaraq etherchannel yaratmağa cəhd göstərmir.
  • Desirable – razılaşma zamanı aktiv halda etherchannel yaradılması üçün qarşı tərəfə PAgP paketlər göndərir.

LACP (Link Aggregation Control Protocol) – açıq standard protokol olub, bir çox avadanlıqlar tərəfindən dəstəklənir. LACP protokolunun da 2 modu vardır:

  • active – aktiv olaraq razılaşma zamanı etherchannel yaratmağa cəhd göstərir
  • passive – passiv rejimdə qarşı tərəfdən gələn LACP paketlərinə cavab verir, lakin aktiv etherchannel yaradılmasına cəhd göstərmir.

Aşağıdakı şəkildə biz qeyd edilən modların hansı hallarda qarşılıqlı etherchannel yaradıb-yaratmamasına nəzər sala bilərik:

pic4

 

On Mode – bu mod hər hansı bir dinamik razılaşma olmadan, statik olaraq etherchannel yaratmağa imkan verir. Bu mod bir çox hallarda switch və hər hansı dinamik razılaşma protokolu (PAgP, LACP) dəstəkləməyən server, yaxud avadanlıq arasında sazlanır.

Ardı var

 

Rizvan Bayramov

———————–

CCNA/CCNASEC/CCNP

 

Səs: +100. Bəyənilsin Zəifdir

Müəllif: Rizvan Bayramov

Şərhlər ( 4 )

  1. Təşəkkürlər, qardaş. Silsilə yazıların ardını gözləyirik.

    Uğurlar..

  2. Salam.

    Rizvan bəy təşəkkürlər. Əla yazıdır. Bir hissədə bir balaca çətinlik çəkdim:

    Bu texnologiya bizə 8-ə qədər eyni xarakteristikalı xəttləri birgə qruplaşdırmağa imkan yaradır və bizim misalda bu maksimum 8x1Gb, yəni switchlər arasında 8Gb qoşulma imkanı yaradır.

    Yaradılan məntiqi Etherchannel portun nömrəsi sazlanan platformadan və İOS versiyasından asılı olaraq müxtəlif ola bilər(48,64,4096 vəs.)

    Bu hissədə etherchennel group nömrəsimi nəzərdə tutulur?

  3. Ömər bəy salam,

    İlk öncə qeydiniz üçün təşəkkür edirəm. Artıq məqalənin qeyd etdiyiniz hissəsində dəyişiklik olundu:

    “Bu texnologiya bizə 8-ə qədər eyni xarakteristikalı xəttləri birgə qruplaşdırmağa imkan yaradır və bizim misalda bu maksimum 8x1Gb, yəni switchlər arasında 8Gb qoşulma imkanı yaradır.

    Yaradılan məntiqi Etherchannel portun nömrəsi sazlanan platformadan və İOS versiyasından asılı olaraq müxtəlif ola bilər(48,64,4096 vəs.)”

    “Bu texnologiya bizə cari anda aktiv olan, maksimum 8-ə qədər eyni xarakteristikalı (port modları, ötürüləcək vlanlar, sürət və s.) xəttləri birgə qruplaşdırmağa imkan yaradır və bizim misalda bu maksimum 8x1Gb, yəni switchlər arasında 8Gb qoşulma imkanı yaradır.

    Yaradılan məntiqi Etherchannel portun sayı (qrup nömrəsi) sazlanan platformadan və İOS versiyasından asılı olaraq müxtəlif ola bilər(48,64,4096 vəs.)”

     

    Əlavə sualınız olarsa, buyurun.

     

  4. Çox sağ olun

Şərh yazın