Installing vSphere Host Client on Linux

vSphere client Linux üçün olmadığına görə, local Linux maşınımı ESXİ 5.5-ə qoşulmaq məqsədilə istifadə edə bilmədim.
Qeyd edim ki, Ubuntu-da aşağıdakı prosedur işləmədi.
Virtual Box-da olan CentOS 7-də isə uğurla çalışdıra bildim.
Lakin xoşbəxtlikdən, Web Based clienti istifadə etmək olur.
Bunun üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir:
İlk öncə JRE yazırıq:
[[email protected] sh]# rpm -ivh jre-7u79-linux-x64.rpm
Preparing... ################################# [100%] Updating / installing...
1:jre-1.7.0_79-fcs ################################# [100%] Unpacking JAR files...
rt.jar...
jsse.jar...
charsets.jar...
localedata.jar...
jfxrt.jar...

Daha sonra linuxcoding.org-un təqdim etdiyi paketi yükləyirik:

vsphere-host-client.tar

Davam edirik:

[[email protected] sh]# mkdir VSPHERE
[[email protected] sh]# mv vsphere-host-client.tar VSPHERE/
[[email protected] sh]# cd VSPHERE/
[[email protected] VSPHERE]# tar -xvf vsphere-host-client.tar

Extract etdikdən sonra, sadəcə start edirik:

[[email protected] VSPHERE]# cd vsphere-host-client/
[[email protected] vsphere-host-client]# ./start.sh
Using CATALINA_BASE:   /home/sh/VSPHERE/vsphere-host-client
Using CATALINA_HOME:   /home/sh/VSPHERE/vsphere-host-client
Using CATALINA_TMPDIR: /home/sh/VSPHERE/vsphere-host-client/temp
Using JRE_HOME:        /usr/java/latest
Using CLASSPATH:       /home/sh/VSPHERE/vsphere-host-client/bin/bootstrap.jar:/home/sh/VSPHERE/vsphere-host-client/bin/tomcat-juli.jar
Using CATALINA_PID:    /home/sh/VSPHERE/vsphere-host-client/tomcat.pid
Existing PID file found during start.
Removing/clearing stale PID file.
Tomcat started.
vSphere Host Client @linuxcoding.org
Running On : http://localhost:8080/host-client/

Mövcud ikinci problem isə, Adobe Flash Player dəstəyidir. Rəsmi sayta əsasən 11.2 Flash Player-in Linux üçün dəstəklənən sonuncu versiyasıdır:

adobe_linux

Lakin vSphere client 11.5 və daha yuxarı versiyanı tələb edir:

vsphere_adobe_version

Bu səbəbdəndir ki, CentOS-a birbaşa flash-plugin install etməyin heç bir mənası olmayacaq.
Lakin, kiçik araşdırmadan sonra tapdım ki, Google Chrome-un default Flash Player versiyası 17-dir:

chrome_adobe_version

Bu səbəbdən Google Chrome-la işləmək mümkün olur nəhayət ki:

google_chrome_vsphere

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Şəhriyar Rzayev

Şərh yazın