Cyclee nədir?

Elnur Babayev adlı istedadlı həmvətənimiz yeni layihəsi olan Cyclee ilə dünyanın diqqət mərkəzindədir. Unikal ixtira sayəsində gecələr velosiped sürmək indi nisbətən daha təhlükəsiz olacaq. Oturacağın dirəyinə bərkidiləcək xüsusi lazer qurğudan hərəkətdə olan velosipedçinin kürəyində sürmə hərəkətlərinə uyğun işarələr əks olunacaq beləliklə arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri velosipedçinin dönmək, durmaq istəyini görə biləcəklər. Cihaza yerləşdiriləcək xüsusi çipsetin hesabına məsafədən xüsusi mobil proqramla işarələr dəyişdirilə və cihaza ötürülə bilinəcək.

Bu keçiddən Behance üzərində layihə ilə maraqlana bilərsiniz:

https://www.behance.net/gallery/26503015/CYCLEE

Elnur Babayevin bu layihəsi çox ciddi marağa səbəb olduğu açıq aşikardır. 9GAG-ın facebook səhifəsində layihə haqqında yazıldıqdan sonra cəmi 6 saat ərzində bəyənmə sayı 91.811ə çatıb, paylaşım isə 9882ə çatıb… 9GAGın facebook səhifəsində bütün dünyadan 24 milyon izləyici var. Ölkəmizin adını bu cür gözəl işlərdə hallanması, həmvətənimizin işinin bu cür marağa səbəb olmasına sevinir və Elnurla fəxr edirik.

Mənasız ideyalarını boş-boş reklam edib, ölkədə keçirilən bütün tədbirlədə ön sıralarda özlərini gözə soxman və göstərilən etimadı və maddi-mənəvi dəstəyi havaya sovurub həm inverstorları, həm onlara baxan adi insanları dolayanlar baxıb ibrət götürsünlər. Ortaya real iş çıxardın… İnsanlığa faydalı, lazımlı iş!

elnur-cyclee

TechNet.Az komandası olaraq Elnura gələcək işlərində uğurlar arzu edir, fəxr edir və tezliklə Cyclee-in işıq üzü görməsini diləyirik.

 

Müəllif: Araz Ayyubov

Şərh yazın