RHEL 7/Centos 7 üzərində Postfix-Dovecot Mail Serverin qurulması

Postfix Poçt transfer agenti (MTA) kodları hamıya açıq olmaqla yanaşı yüksək performansı olan bir email server sistemidir. Bu bələdçi sizə Centos 7/RHEL 7 –də Postfix SMTP və Dovecot-un IMAP/POP3 servisindən və yerli istifadəçi bazasından istifadə edərək  Mail Server qurmağınıza kömək edəcək.

 

Bu bələdçidən istifadə etməyiniz üçün siz Linux maşınınıza hostname və ən azı 1 ədəd şəbəkə kartına İP ünvanı təyin etməlisiniz. Əmin olun ki, İptables, Firewalld və Selinux hər hansı standard mail portlarından (25, 465, 587, 110, 995, 143 və 993) hansınısa bağlamır. Əgər başqa bir firewall istifadə edirsinizsə yenə də bu lazımı portlardan heç birini bağlamadığından əmin olun.

 

Mən quraşdırmamı aşağıdakı sxem və parametrlərə əsasən etmişəm

 

OS: Red Hat Enterprise Linux7

Postfix versiyası: 2.10.1

Dovecot versiyası: 2.2.10

FQDN: mail.example.az

domain: example.az

Qəbul edən (POP3/IMAP) Mail Server: mail.example.az

Göndərən Mail Server (SMTP): mail.example.az

IP: 33.33.22.22

 

 

Lazımı paketləri yükləyirik

1. Bütün paketləri yeniləyirik

 
 [[email protected] ~]# yum update 

2. Postfix ilkin olaraq RHEL7/Centos7-də yüklənmiş olur. Buna görə də yalnız Dovecot-u yükləyin quraşdırırıq.

 
 [[email protected] ~]# yum install dovecot -y 

 

Postfix-i konfiqurasiya edirik

3. /etc/postfix/main.cf konfiqurasiya faylında aşağıdakı dəyərləri dəyişirik, qarşısındakı komentariyaları (“#”) silirik, komentariya olmayan sətrləri də əlavə edirik. Qırmızı ilə qeyd olunanları öz serverinizə uyğun dəyişin.

 
 [[email protected] ~]# vim /etc/postfix/main.cf
 myhostname = mail.example.az
 mydomain = example.az
 myorigin = $mydomain
 mydestination = $myhostname, localhost.$mydomain, localhost, $mydomain
 inet_interfaces = all
 inet_protocols = ipv4
 smtpd_sasl_auth_enable = yes
 broken_sasl_auth_clients = yes
 smtpd_sasl_type = dovecot
 smtpd_sasl_path = private/auth
 smtpd_sasl_security_options = noanonymous
  
 smtpd_recipient_restrictions =
    permit_mynetworks,
    permit_sasl_authenticated,
    reject_unauth_destination
 

 

Dovecotu konfigurasiya edirik

1.  /etc/dovecot/dovecot.conf faylında “protocols” parametrinin qarşısındakı komentariyanı silirik

 
 [[email protected] ~]# vim /etc/dovecot/dovecot.conf
 protocols = imap pop3 lmtp
 

 

2. /etc/dovecot/conf.d/10-auth.conf faylında dəyişikliklərimizi edirik

 
 [[email protected] ~]# vim /etc/dovecot/conf.d/10-auth.conf
 disable_plaintext_auth = yes
 auth_mechanisms = plain login
 

3. /etc/dovecot/conf.d/10-mail.conf faylında dəyişikliklərimizi edirik

 
 [[email protected] ~]# vim /etc/dovecot/conf.d/10-mail.conf
 mail_location =  mbox:~/mail:INBOX=/var/mail/%u
 mail_privileged_group = mail
 

4. /var/mail/ qovluğuna məktubların ora yazıla bilməsi üçün “rw” yetkisi veririk

 
 [[email protected] ~]# chmod 0600 /var/mail/*
 

5. /etc/dovecot/conf.d/10-master.conf faylında “service auth { ” bölümü altında postfix-in dovecot üzərindən SASL qeydiyyatını aktivləşdirmək üçün bu sətrləri əlavə edirik. Aşağıdakı şəkildən ətraflı görə bilərsiniz.

 
 [[email protected] ~]# vim /etc/dovecot/conf.d/10-master.conf
  # Postfix-in smtp qeydiyyati
  unix_listener /var/spool/postfix/private/auth {
    mode = 0666
    user = postfix
    group = postfix
  }
 

6. /etc/dovecot/conf.d/10-ssl.conf  faylında SSL tələbini ləğv edirik

 
 [[email protected] ~]# vim /etc/dovecot/conf.d/10-ssl.conf
 ssl = no
 

7. Dovecot-u startup-a əlavə edirik

 
 [[email protected] ~]# systemctl enable dovecot 

8. Dovecotu işə salırıq

 
 [[email protected] ~]# systemctl start dovecot
 

9. /var/log/maillog jurnal faylına baxın və Postfix və Dovecotun səhvsiz işə düşməsindən əmin olun. Jurnal faylının sətrləri aşağıdakına bənzəməlidir.

 
 [[email protected] ~]# tail -n 0 -f /var/log/maillog
 

10. İMAP/POP3-ü test edin

 
 [[email protected] ~]# yum install telnet –y
 [[email protected] ~]# telnet localhost pop3
 Trying ::1...
 Connected to localhost.
 Escape character is '^]'.
 +OK Dovecot ready.
 
 
 [[email protected] ~]# telnet localhost imap
 * OK [CAPABILITY IMAP4rev1 LITERAL+ SASL-IR LOGIN-REFERRALS ID ENABLE IDLE AUTH=PLAIN AUTH=LOGIN] Dovecot ready.
 

11. ‘quit’ əmrini yığaraq normal mühitə geri dönün

Postfix-in yoxlanılması

1. Postfix-in qeydiyyatını yoxlayın

 
 [[email protected] ~]# telnet localhost 25 

2. Qoşulu halda ikən

 
 </b><strong>ehlo example.az </strong>







<b id="docs-internal-guid-953903df-f3bf-6ef2-f3a3-6c1f6c3259c0" style="font-weight: normal">250-mail.example.az
 250-PIPELINING
 250-SIZE 10240000
 250-VRFY
 250-ETRN
 250-AUTH PLAIN LOGIN
 250-AUTH=PLAIN LOGIN
 250-ENHANCEDSTATUSCODES
 250-8BITMIME
 250 DSN
 

 

Postfix qeydiyyatı qaydasındadır

 

3. ‘quit’ əmrini yığaraq normal mühitə geri dönün

 

Daxili istifadəçi bazamıza bir neçə istifadəçi əlavə edək

1. “kanan” istifadəçisini əlavə edək və şifrə təyin edək

 
 [[email protected] ~]# useradd kanan -m -s /sbin/nologin
 [[email protected] ~]# passwd kanan
 New password:
 Retype new password:
 

2. . “camal” istifadəçisini əlavə edək və şifrə təyin edək

 
 [[email protected] ~]# useradd camal -m -s /sbin/nologin
 [[email protected] ~]# passwd camal
 New password:
 Retype new password:
 

MAİL KLİENT-lərimizdə bu istifadəçi adlarını quraşdırırıq

1. Microsoft Outlook-da istifadəçilərdən birinin (CAMAL) avtomatik olaraq əlavə olunması

Şifrələnməmiş qeydiyyat olduğu üçün 2 dəfə NEXT düyməsini sıxırıq

Hazırdır.

2. İstifadəçilərimizdən digərinin (KANAN) əl ilə əlavə olunması

POP/IMAP mail serverinə qoşulacağımız üçün aşağıdakı seçimi edirik

Boşluqları doldurub “More Settings…” düyməsini sıxırıq

Açılan pəncərədə Outgoing Server hissəsində “My outgoig server requires authentication” yerinə quş qoyub OK düyməsini sıxırıq

İMAP serverimizə uğurlu qoşulmamızı və test emaili də uğurla göndərdiyimizi göstərən pəncərəni close edirik

3. Jurnal faylını gözdən keçirib görürük ki, hər şey qaydasındadır.

 
 [[email protected] ~]# tail -n 0 -f /var/log/maillog
 Sep 22 01:19:52 mail dovecot: imap-login: Login: user=<kanan>, method=PLAIN, rip=85.132.57.60, lip=94.20.81.149, mpid=6392, session=<N26gmkcgUQBVhDk8>
 Sep 22 01:19:52 mail dovecot: imap(kanan): Disconnected: Disconnected in IDLE in=11 out=366
 Sep 22 01:19:52 mail postfix/smtpd[6393]: connect from unknown[85.132.57.60]
 Sep 22 01:19:52 mail postfix/smtpd[6393]: B1FEDC1FE67C: client=unknown[85.132.57.60], sasl_method=LOGIN, sasl_username=kanan
 Sep 22 01:19:52 mail postfix/cleanup[6397]: B1FEDC1FE67C: message-id=<>
 Sep 22 01:19:52 mail postfix/qmgr[5375]: B1FEDC1FE67C: from=<[email protected]>, size=539, nrcpt=1 (queue active)
 Sep 22 01:19:52 mail postfix/smtpd[6393]: disconnect from unknown[85.132.57.60]
 Sep 22 01:19:52 mail postfix/local[6398]: B1FEDC1FE67C: to=<[email protected]>, relay=local, delay=0.07, delays=0.06/0.01/0/0, dsn=2.0.0, status=sent (delivered to mailbox)
 Sep 22 01:19:52 mail postfix/qmgr[5375]: B1FEDC1FE67C: removed 
 

4. Outlook mail klient-indən istifadə edərək “Camal” istifadəçisindən “Kanan” istifadəçisinə məktub göndəririk.

5. Jurnal faylından aşağıda sətrlərə bənzər sətrlər görəcəksiniz.

 
 [[email protected] ~]# tail -n 0 -f /var/log/maillog
 Sep 22 01:37:45 mail postfix/smtpd[6633]: connect from unknown[85.132.57.60]
 Sep 22 01:37:45 mail postfix/smtpd[6633]: D51A7C1FE67C: client=unknown[85.132.57.60], sasl_method=LOGIN, sasl_username=camal
 Sep 22 01:37:45 mail postfix/cleanup[6640]: D51A7C1FE67C: message-id=<[email protected]>
 Sep 22 01:37:45 mail postfix/qmgr[5375]: D51A7C1FE67C: from=<[email protected]>, size=2639, nrcpt=1 (queue active)
 Sep 22 01:37:45 mail postfix/local[6641]: D51A7C1FE67C: to=<[email protected]>, relay=local, delay=0.04, delays=0.02/0.01/0/0, dsn=2.0.0, status=sent (delivered to mailbox)
 Sep 22 01:37:45 mail postfix/qmgr[5375]: D51A7C1FE67C: removed
 Sep 22 01:37:46 mail dovecot: imap-login: Login: user=<camal>, method=PLAIN, rip=85.132.57.60, lip=94.20.81.149, mpid=6643, session=<K6uq2kcggwBVhDk8>
 Sep 22 01:37:48 mail postfix/smtpd[6633]: disconnect from unknown[85.132.57.60]
 Sep 22 01:37:49 mail dovecot: imap-login: Login: user=<kanan>, method=PLAIN, rip=85.132.57.60, lip=94.20.81.149, mpid=6645, session=<VRvN2kcghABVhDk8>
 

6. Sizin Postfix-Dovecot Mail serveriniz hazırdır ☺

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Fərəcov

Şərhlər ( RHEL 7/Centos 7 üzərində Postfix-Dovecot Mail Serverin qurulması )

  1. Təşəkkürlər Nurlan bəy.

Şərh yazın