Centos7/RHEL7 -də Linux-Apache-PHP-Mariadb(Mysql) -in qurulması

Centos 7/RHEL7 -də Linux-Apache-PHP-Mariadb(Mysql) -in qurulması

LAMP (Linux, Apache, Mysql, PHP) dəstəsi opensource  olaraq web mövzularının hostinqi üçün serverlərin hazırlanmasında ən geniş yayılmış həll yoludur. Bu bələdçi sizə LAMP dəstəsinin Centos 7 üzərində tam istifadəyə yararlı şəklində qurulmasında köməklik göstərəcək

Qeyd: Bu bələdçi “root” istifadəçisi üçün hazırlanmışdır. Əgər ROOT istifadəçisi deyilsinizsə, əmrlərin qarşısında “sudo” yazın və “root” şifrəsini istifadə edərək davam edin.

 

Başlamadan öncə

1. Sisteminizi yeniləyin

 
 [[email protected] ~]# yum update

Apache Web Serveri quraşdırın və sazlayın

1. Apache 2.4-ü yükləyin

 
 [[email protected] ~]# yum install httpd -y 

2. Apache-nin əsas quraşdırma faylının nüsxəsini çıxarın

 
 [[email protected] ~]# cp /etc/httpd/conf/httpd.conf /etc/httpd/conf/httpd.conf.backup 

3. Aşağıdakı sətrləri /etc/httpd/conf/httpd.conf faylına əlavə edin

 
 [[email protected] ~]# vim /etc/httpd/conf/httpd.conf
 KeepAlive off
 <IfModule prefork.c>
     StartServers        2
     MinSpareServers     6
     MaxSpareServers     12
     MaxClients          80
     MaxRequestsPerChild 3000 
 </IfModule>

Ada görə yönləndirmə üçün Virtual Host sazlayın

1. /etc/httpd/conf.d/ qovluğunda virtual host parametrlərini saxlamağınız üçün vhosts.conf konfiqurasiya faylı yaradın. Aşağıdakı misal, example.az domain adı üçün bir şablondur. Lazımı dəyərləri öz domain və serverinizə uyğun dəyişin.

 
 [[email protected] ~]# vim /etc/httpd/conf.d/vhosts.conf 
 <VirtualHost *:80>
     ServerAdmin [email protected]
     ServerName example.az
     ServerAlias www.example.az
     DocumentRoot /var/www/example.az/public_html/
 </VirtualHost> 

Ehtiyac olsa əlavə domain-lər də vhosts.conf faylına əlavə oluna bilər.

2. Yuxarıda qeyd etdiyiniz example.az web domain-in fayllarının yerləşdiyi qovluğu yaradın

 
 [[email protected] ~]# mkdir -p /var/www/example.az/public_html 

3. Apache servisini startup-a əlavə edib işə salırıq

 
 [[email protected] ~]# systemctl enable httpd
 [[email protected] ~]# systemctl restart httpd

Siz indi virtual domain adınızı browser-də yazıb ilkin Apache səhifəsini görə bilərsiniz. Əgər siz də test mühitində işləyirsinizsə və domain adınızı DNS-iniz resolve etmirsə, o zaman windows maşınınızda C:\Windows\System32\drivers\etc\hosts faylında həmin adı əlavə edib test edə bilərsiniz.

Həmin adı (example.az) browser-inizdə daxil etsəniz belə bir test pəncərəsi çıxmalıdır

Mariadb/Mysql-i yükləyin və sazlayın

Mysql Centos 7-də Mariadb ilə əvəz olunmuşdur.

QEYD

Əgər siz MariaDB əvəzinə MySQL markalı verilənlər bazasından istifadə etmək istəyirsinizsə o zaman;

Bu repozitoru yükləyin

yum install http://dev.mysql.com/get/mysql-community-release-el7-5.noarch.rpm

Sonra da bu mysql paketini maşınınıza quraşdırın

yum install mysql-community-server.x86_64

1. MariaDB-Server paketini yükləyirik

 
 [[email protected] ~]# yum install mariadb-server 

2. MariaDB-ni startup-a əlavə edib başladırıq

 
 [[email protected] ~]# systemctl enable mariadb.service
 ln -s '/usr/lib/systemd/system/mariadb.service' '/etc/systemd/system/multi-user.target.wants/mariadb.service'
 [[email protected] ~]# systemctl start mariadb.service

3. Sonra mysql_secure_installation əmrini daxil edib MariaDB-i təhlükəsiz edin. ROOT şifrəsini təyin edin və qalan bütün suallara YES cavabını verin.

 
 [[email protected] ~]# mysql_secure_installation
 Enter current password for root (enter for none):
 Set root password? [Y/n]
 New password:
 Password updated successfully!
 Remove anonymous users? [Y/n]
 Disallow root login remotely? [Y/n]
 Remove test database and access to it? [Y/n]
 Reload privilege tables now? [Y/n]

MySQL/MariaDB bazası yaradın

1. MariaDB-ə daxil olun. MariaDB üçün yaratdığınız “root” şifrəsini daxil edin və siz MariaDB terminalına daxil olacaqsınız.

 
 [[email protected] ~]# mysql -u root -p
 Enter password:
 MariaDB [(none)]>

2. Yeni verilənlər bazası və onun üçün istifadəçi yaradın, bütün yetkiləri ona verin və terminaldan çıxın

Qeyd: “webdata” bazanın adını dəyişə bilər, webuser” və “password” yerinə də öz istifadəçi adınızı və şifrənizi daxil edə bilərsiniz.

 
 MariaDB [(none)]> create database webdata;
 MariaDB [(none)]> grant all on webdata.* to 'webuser' identified by 'password';
 MariaDB [(none)]> quit

PHP-ni yükləyin və sazlayın

1. PHP-nin paketini modulları ilə birlikdə yükləyin

 
 [[email protected] ~]# yum install php php-pear php-mysql -y 

2. Daha yaxşı performans və daha yaxşı jurnallama (logging) üçün üçün /etc/php.ini faylında aşağıdakı parametrləri tapın, qarşısındakı komentariya (;) işərəsini götürün və aşağıdakı kimi dəyişin.

 
 [[email protected] ~]# [[email protected] ~]# vim /etc/php.ini
 error_reporting = E_COMPILE_ERROR|E_RECOVERABLE_ERROR|E_ERROR|E_CORE_ERROR
 error_log = /var/log/php/error.log
 max_input_time = 30

3. PHP üçün jurnal qovluğu yaradın və sahibliyini “apache” istifadəçisinə verin.

 
 [[email protected] ~]# mkdir /var/log/php
 [[email protected] ~]# chown apache /var/log/php

4. example.az domain-in web fayllarının yerləşdiyi qovluğa daxil olun

 
 [[email protected] ~]# cd /var/www/example.az/public_html/ 

5. info.php adında bir səhifə yaradın və aşağıdakı sətrləri daxil edin.

 
 [[email protected] public_html]# vim info.php
 <?php
 phpinfo();
 ?>

6. Apache servisini yenidən yükləyin (reload)

 
 [[email protected] ~]# systemctl reload httpd 

7. Sonra web browser-inizdə example.az/info.php səhifəsinə daxil olun. Quraşdırdığınız PHP haqqında məlumatlı bir səhifə çıxmalıdır.

 

Təbrik edirik, siz LAMP-ı uğurla quraşdırdınız ☺

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Fərəcov

Şərhlər ( Centos7/RHEL7 -də Linux-Apache-PHP-Mariadb(Mysql) -in qurulması )

  1. Elinize sagliq, yorulmayasiz

Şərh yazın