Centos7/RHEL7 üzərində sadə FTP serverin qurulması

Centos7/RHEL7 üzərində sadə FTP serverin qurulması

Qeyd: Nəzərə alın ki, FTP server təhlükəsiz fayl köçürmə metodikası deyil. Bunun əvəzinə  SSL/TLS üzərindən FTP və ya FTP-ə alternativ və təhlükəsiz olan SFTP-dən istifadə edin.

FTP əsasən bəzi faylları dünyaya və ya yerli şəbəkələrə paylaşmaq üçün istifadə olunur.

 

Başlamadan öncə sistemi yeniləyin

 
 [[email protected] ~]# yum update 

1. VSFTPD paketini sistemimizə yükləyirik

 
 [[email protected] ~]# yum install vsftpd -y 

2. /etc/vsftpd/vsftpd.conf konfiqurasiya faylını açıb aşağıdakı sətirləri ora əlavə edirik

 
 [[email protected] ~]# vim /etc/vsftpd/vsftpd.conf 
 # Anonim girishleri legv edirik. Eger hansisa informasiya ve ya fayllari hamiya paylashmaq isteyirsinizse bunu “YES” edin.
 anonymous_enable=NO
 # Yerli istifadecilere girish izni ucun ashagidaki setirin qarshisindaki kommentariyani yigishdiririq 
 local_enable=YES
 #FTP-ye upload ve ya deyishiklik etmek ucun ashagidaki setirin qarshisindaki kommentariyani yigishdiririq 
 write_enable=YES
 # Yerli istifadecilere yalniz oz ana qovluqlarina girish izni verilir
 chroot_local_user=YES
 # Upload ve ya deyishiklik etmek izni verilir. Bu setir “write_enable” parametri “YES” olmasa ishlemir. Bu setir ilkin olaraq konfiqurasiya faylinda olmur. Ozunuz elave edin
 allow_writeable_chroot=YES

3. FTP serverimizi startup-a əlavə edib işə salırıq

 
 [[email protected] ~]# systemctl enable vsftpd
 [[email protected] ~]# systemctl start vsftpd

4. Yerli istifadəçi əlavə edirik

 
 [[email protected] ~]# useradd ftpuser 

5. Əlavə etdiyimiz istifadəçiyə şifrə təyin edirik

 
 [[email protected] ~]# passwd ftpuser
 Changing password for user ftpuser.
 New password:
 Retype new password:
 passwd: all authentication tokens updated successfully.

6. Test məqsədi ilə yeni yaratdığımız istifadəçinin ana qovluğuna “vsftpd” paketinin quraşdırma fayllarını köçürürük. Sonra da həmin qovluğu yoxlayırıq.

 
 [[email protected] ~]# cp /etc/vsftpd/* /home/ftpuser/.
 [[email protected] ~]# ls -l /home/ftpuser/
 total 20
 -rw-------. 1 root root  125 Oct  8 13:01 ftpusers
 -rw-------. 1 root root  361 Oct  8 13:01 user_list
 -rw-------. 1 root root 5056 Oct  8 13:01 vsftpd.conf
 -rwxr--r--. 1 root root  338 Oct  8 13:01 vsftpd_conf_migrate.sh

6. FTP serverimizə web browser üzərindən daxil olub test edirik. Bunun üçün sadəcə browser-inizdə ftp://<serverinizin_adi_ve_ya_ip_addresi>   daxil edirsiniz. Açılan səhifədə ftpuser istifadəçisini və şifrəsini daxil edirik.

QEYD: Selinux, Firewalld və ya IPtables-in ftp servisini və 21-ci portu blok etmədiyindən əmin olun.

Daxil olduqdan sonra köçürdüyünüz faylları orda görəcəksiniz.

 

 

7. FTP server-ə bir fayl yükləmək (Upload) üçün isə FileZilla opensource utilitindən və ya FTP ünvanını windows maşınınızda qovluqda açaraq normal bir windows qovluğu kimi fayl transferi edə bilərsiniz. Aşağıda şəkildə göründüyü kimi:

ftp://<serverinizin_adi_ve_ya_ip_addresi> linkini hər hansı bir windows qovluğunun ünvan panelinə yazın və açılan səhifədə yenə də istifadəçi adını və şifrəsini daxil edib qoşulun. Sonra istədiyiniz faylı qovluğa yerləşdirərək yükləmiş olacaqsız.

 

 

Təbriklər. Sizin opensource FTP serveriniz hazırdır ☺

 

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Fərəcov

Şərhlər ( 2 )

  1. Chox sag olun, Nurlan muellim

  2. [[email protected] ~]# systemctl restart vsftpd
    Job for vsftpd.service failed because the control process exited with error code. See “systemctl status vsftpd.service” and “journalctl -xe” for details.
    [[email protected] ~]#

    Evvla salam.Bele bir problem cixir nece hell ede bilerm CentOS 7-de

     

Şərh yazın