Bulud Xidmətləri: Office 365

Əziz Dostlar,

Bu mövzumuzda Microsoft şirkətinin bulud həllərindən biri olan Office 365 xidməti haqqında danışacağıq. Bildiyimiz kimi artıq virtuallaşdırma xidmətlərinin davamı olaraq bulud xidmətləri günümüzdə sürətlə yayğınlaşmaqdadır. Bu xidmət növlərindən birinidə Office 365 əhatə edir. Hər kəsə məlmudur ki, bulud xidmətlərinin tarixi İT sektorunda ideoloji olaraq keçmişə doğru çəkilsədə, normal olaraq bulud xidmətləri geniş tarixə malik deyil. Eynilədə Office 365 xidməti 2011-ci ildən başlayaraq günümüzə qədər bir xeyli inkişaf mərhələsi keçmiş və mütəmadi olaraq məhsul yenilənməkdədir.

Office 365 kəliməsi səslənən zaman, hər kəsin ağlında Microsoftun ofis məhsulu canlanır. Bu xidmətlə yeni tanış olacaq dostlarımız üçün qeyd edim ki, həqiqətən məhsulun bir hissəsi ofis proqram təminatını (online, offline) əhatə edir. Biz mövzularımzda Enterprise tərəfə daha çox üstünlük verəcəyimiz üçün Office 365 xidmətini daha geniş analiz edəcəyik.

Office 365-i zaman zaman məhsul adlandırsaqda, Office 365 bir bulud xidmətidir. Office 365 öz tərkibində Microsoft şirkətinin bir neçə vacib məhsulunu birləşdirərək, istənilən nöqtədən (internet) e-mail, səs, video konfrans, sənəd və s. paylaşmağa imkan tanıyan bir bulud platformasıdır (Şəkil 1).

Office-365-Core-Com-01

Şəkil 1 : Office 365-in əsas tərkib hissələri

Azərbaycan mühitindəki vəziyyəti analiz etdiyimiz zaman Office 365 xidməti kiçik həcmli şirkətlər üçün əvəzolunmazı həllərdən biridir. Balaca bir şirkətin e-mail, sənəd mübadiləsi, konfrans və s. kimi təkmil həllərdən yararlanması üçün şəkil 1-də qeyd olunmuş əksər məhsulların lisenziyasını, fiziki qurğularını, mütəxəssis xərclərini, fiziki təhlükəsizliyinin qorunması üçün müəyyən xərcləri təmin etmək məcburiyyətindədir. Bu kimi xərc və gələcəkdə yaranacaq çətinliklərdən qurtulmaq üçün Office 365-in təqdim etdiyi bir çox xidmət modelindən yararlanmaq məqsədə uyğundur.

Office 365 xidməti lisenziya modeli olaraq abunəlik modelindən (subscription model) yararlanır. Əslində Şəkil 1-də qeyd etdiyimiz xidmətlərin bir çoxunu bulud xidməti kimi Microsoft şirkəti ayrı-ayrılıqda da təklif etməkdədir. Qeyd edə bilərik ki, Office 365 bizə bu xidmətləri paket şəklində daha sərfəli təkliflərlə təqdim edir. Normal olaraq təklif bölgüsü bir neçə kateqoriyada təqdim olunur. İstifadəçilər ehtiyaclarına və yaxud qurumunun xidmət mövqeyinə görə seçim etmək imkanına malikdirlər.

Enterprise | Education | Government | Nonprofit | Home

Mən bu təklif bölügüsünü maraq dairəmə görə əsasən 3 hissədə toplayıram. Fərdi istifadəçilər, Kiçik Həcmli Şirkətlər və Böyük Həcmli Şirkətlər üçün təklif paketləri. Qeyd etdiyim kimi, sizin ehtiyaclarınız sizin seçim paketini formalaşdırmış olacaq.

Qısa olara aşağıdakı bir neçə təklif paketlərinə diqqət yetirək.

1. Fərdi İstifadəçilər (Home & Personal) – Misal üçün Office 365 Home 5 istifadəçilik, Office 365 Personal 1 istifadəçilik xidmət imkanı təqdim edir. Bundan başaq One Drive üzərində 1 TB saxlanc imkanı, Mac, PCs, Android, İOS, Windows Tablet & Phone və s. kimi fərqli cihazlarda çalışma imkanı, bəzi ölkələr üçün aylıq 60 dəqiqəlik skype üzərindən ödənişsiz zəng kimi xidmətlərlə istifadəçiləri təmin edir. Hazırda aylıq ödənişlər aşağıdakı kimidir (2016/Yanvar). Ətraflı | Müqaisə et

Office-365-Home-Personal-02

2. Kiçik Həcmli Şirkətlər (Office 365 Business Essentials, Business, Business Premium) – Işçilərinin sayı 300 nəfərə yaxın olan şirkətlər ehtiyacları çərçivəsində təqdim olunan bu 3 paketdən birini seçib yararlana bilərlər. Misal üçün: Office 365 Business Essentials paketi daxilində, istifadəçilər ancaq ofisin online xidmətindən yararlana bilərlər. Və yaxud Business planına (paketinə) e-mail xidmətləri daxil deyil. Business Premium planına isə digər iki plan və əlavə xidmət və özəlliklər daxildir. Hazırda aylıq ödənişlər aşağıdakı kimidir (2016/Yanvar). Ətraflı

Office-365-Business-03

3. Böyük Həcmli Şirkətlər (Enterpirse E1,E2,E3,E4,E5) – Office 365 Enterprise planları daha böyük işçi sayına malik olan şirkətlər üçün məqsədə uyğun hesab olunur. Bu planlar daxilindədə müəyyən limitlər və əlavə imkanlar mövcuddur. Misal üçün : E planları üçün istifadəçi sayı limitsizdir. E planlarında Advanced eDiscovery, Advanced Threat Protection, PSTN conferencing həlləri (E5), DLP (E3, E5), RMS (E3,E5) önə çıxan imkanlardan bir neçəsidir. E4 planı yeni anons olunmuş E5 planı ilə əvəz olunacağı üçün 2016-cı ilin iyul ayının 1-dən sonra satışı ləvğ olunacaq. Hazırda aylıq ödənişlər aşağıdakı kimidir (2016/Yanvar). Ətraflı

Office-365-Enterpirse-04

Əlavə olaraq qeyd etmək istərdim ki, Office 365 ProPlus xidmətindən də yararlanmaq şansınız var. Bu xidmət bizim dədə-baba qaydası (Traditional ) ilə əldə etdiyimiz Office 2016-nın abunəlik növüdür. Nəzərə alsaq ki, bir ofis 2016 məhsuluna 300 $ (təqribi) dəyərində bir qiymət ödəmək yerinə, şirkətin istifadəçi sayına görə Office 365 ProPlus paketinə sahib olaraq, lisenziyalaşma tələbləri çərçivəsində abunəlik ödəmə metodundan yararlana bilərsiniz. Bundan başqa Office 365 ProPlus əlavə imkanlar və üstünlüklərə malikdir (BYOD, One Drive). Hazırda aylıq ödənişlər aşağıdakı kimidir (2016/Yanvar). Ətraflı

Office-365-Pro-Plus-05

Bunlardan başqa kök hissədə qeyd etmədiyimiz bəzi zəruri olmayan komponenetlər Office 365-in tərkib hissələri sayıla bilər. Bu xidmətlərə Yammer, Microsoft Dynamics CRM, Visio Pro for Office 365 kimi bəzi xidmətləri misal göstərə bilərik. Qeyd etmək istərdim ki, RMS xidmətinidə Business paketləri üçün əlavə ödəniş əsasında inteqrasiya etmək imkanımız mövcuddur.

Office 365 paketləri üçün ödənişləri aylıq, illik reallaşdırmaq mümkündür. Məlumat üçün qeyd edim ki, eynilə Enterpirse planlarındanda fərdi işlərimiz üçün yararlana bilərik. Misal üçün: Yusifbeyli.com hazırda E3 planından istifadə edir. Bir daha qeyd etmək istərdim ki, Office 365 xidməti yalnız ofis məshulunu deyil, güclü bilr platforma kimi tərkibində bir çox məhsulu xidmət şəklində təqdim edir və bizim tələbləri qarşılayacaq çərçivədə təqdim olunan planlardan istifadə imkanlarımız var.

Office 365 haqqında bu qədər tərifdən sonra J növbəti məqalələrimiz texniki xarakter daşıyacaq. Microsoftunda qeyd etdiyi kimi, növbəti məqalələrdə hiss edəcəyik ki, nə qədər də No İT deyilsədə Enterprise həllərdə YES İT-yə ehtiyac var J.

Office 365 xidməti öncəsi mütləq və mütləq nəzər yetirəcəyimiz bəzi Qaynaqlar | Araşdırmalar | Alətlər

Office 365 Plan Selector ToolDoğru Planın (Paketin) Seçimi.

Office 365 Service ComparisonOffice 365 Servislərini, İmkanlarının Müqaisəsi.

Office 365 for business, education, and government system requirementsTələblər.

Office 365 Platform Service DescriptionPlanlar arasındakı fərqlər, imkanlar.

Qeyd: Məqalə günümüzün mövcud şərtlərinə görə müzakirəyə açıqdır. Hazırda bu məhsulu istifadə edən dostlarımız, həqiqətən məhsulun biznes baxımından sərfəli olub-olmadığını, mənfi-müsbət tərəflərini portal üzərindən bizimlə sual-cavab formasında paylaşa bilərlər.

Uğurlar

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( 3 )

  1. Məqalə üçün təşəkkür edirəm, Elgüc müəllim.  Mənim bir neçə sualim var:

    1. Office 365 dövlət qurumlarında işlətmək doğrudurmu?
    2. Office 365 məlumatların məxfiliyinə zəmanət verirmi?
    3. Office 365 internet kəsinitisi olan zaman məlumatlarla offline işləmək kimi imkan təklif edirmi? (lync və mail dən başqa)

    Öncədən təşəkkür edirəm.

  2. Salamlar,

    1.Hazırda sırf Dövlət qurumları planı çərçivəsində US kimi ölkələr üçün rəsmi (standartlara uyğunlaşdırlmış) həlləri mövcuddur. Eynilə Azure kimi bəzi xidmətlər buna daxilidir. Lakin bu o demək deyil ki, bu məhsulu dövlət qurumu olaraq ancaq US -istifadə edə bilər. Public həlləri Azərbaycanda dövlət qurumlarında tətbiq etmək mümkündür. Əgər məsələyə fərqli düşüncə ilə baxsaq, maksimum təhlükəsizlik üçün daxili şifrələmə həllərindən yararlanmaq olar. Sadəcə bizdə standartlar  olmadığı üçün hüquqi problem yaşananda ciddi sıxıntılar baş verə bilər. Belə həllər hansı ölkələrdə tam qanunla tənzimlənibsə, bu xidmətlərin həmin ölkənin dövlət sektorunda isitfadəsi məqsədə uyğundur (Şəxsi yanaşmam bu şəkildədir).

              https://azure.microsoft.com/en-us/features/gov/

             https://products.office.com/en-us/government/compare-office-365-government-plans

    2. Məlumatların məxfiliyinə hüquqi olaraq tam zəmanət verilir. Buda standartlar əsasında təyin olunur. Hansı ki, Microsoft bunların ən vaciblərindən demək olar əksəriyyətini əldə edibdir.

    https://products.office.com/en-us/business/office-365-trust-center-top-10-trust-tenets-cloud-security-and-privacy

    https://products.office.com/en/business/office-365-trust-center-cloud-computing-security

    3. Misal üçün ofis məhsullarını plandan asılı olaraq offline istifadə edə bilərik. Onedrive-da sync imkanı mövcuddur. Lakin ümumi nəzər yetirsək bu bir online xidmətdir. Nəticə əldə edə bilməyəcəyik offline olaraq. Hybrid olaraq həllər mümükündür. Amma  yenədə yarımçıq həll olacaq. Office 365 üçün əsas məsələlərdən biri internet bağlantısı tələbidir.

    Əgər hər hansı bir sual olsa zəhmət olmasa qeyd edin.
    Hörmətlə

    • Ətraflı cavablandırdığınız üçün çox sağ olun. Belə düşünürəm ki, bu xidmətdən tam şəkildə yararlanmaq bizim şəraitdə mümkün deyil. Ancaq özlüyündə çox ğeniş imkanlı xidmətlər paketi  təklif edir. Məlumat üçün çox sağ olun

Şərh yazın