“Exceldə, ancaq, Copy&Paste edə bilirəm”

Excel biliklərinin necə olması barəsində suala qarşı tərəfin cavablarının əksəriyyəti təxminən belə olur:

-“Ancaq, Copy&Paste edə bilirəm”.

Həmin oxucuları Paste Special menyusunun imkanları ilə tanış edəndən sonra, Copy&Paste menyusunu da tam bilmədiklərini etiraf edirlər. Atalar demişkən, bilməmək eyib deyil, öyrənməmək eyibdir. Bu və növbəti məqalələrimdə Sizə bu menyu haqqında tam məlumat vermək istəyirəm.

Exceldə copy/paste əməliyyatlarını apararkən istifadə edilən menyulardan biri də paste special menyusudur. Bu menyunun istifadə təyinatı bir məlumatı bir yerdən digər yerə köçürərkən xüsusi üsullardan istifadə edilməsi imkanıdır. Xüsusi üsullar hansılardır və tətbiqinə dair məlumatlar verməzdən öncə məlumat bazası düzəldəcəyik.

Məlumat bazamız özündə Məhsulların adlarını, Sayını, Qiymət və Məbləğini saxlayır və aşağıdakı kimidir.

boshtable

Məbləği hissəsinə bir funksiya yazaq. Bildiyiniz kimi Məhsulun satış məbləğini tapmaq üçün onun Sayını Qiymətinə vurmaq lazımdır. Funksiya =B2*C2 şəklindədir. Bu funksiyanı D3 və D4 xanalarına tətbiq etməyimiz üçün xananın aşağı sağ küncündəki + işarəsinə iki dəfə tıklamaq və ya tutub aşağı doğru çəkmək lazımdır.

1

Cedvel1

Əgər, bu şəkildə bir cədvəl hazırlamısınızsa A2 xanasına bir rəy əlavə edək. Xanaya rəy əlavə etmək istəyirsinizsə xananın üzərində siçanın sağ düyməsini tıklayaraq “insert comments” əmrindən istifadə etmək və ya Shift + F2 düyməsindən istifadə etmək lazımdır. Rəyimizin mətn hissəsində “test” sözünü yazaq.

comment

Əlavə olaraq A3 xanasına məhdudlaşdırma tətbiq edək. Xanaya məhdudlaşdırmanın necə tətbiq edilməsi barədə linkdən oxuya bilərsiniz. Bizim məhdudlaşdırmada A3 xanasına ancaq Kitab, Karandaş və Telefon sözlərinin yazılmasına icazə verək.

ddl

Paste Special menyusu barəsində ilkin informasiya verərkən qeyd etmişdim ki, bu menyu vasitəsi ilə bir xananın xüsusiyyətlərini köçürdəcəyimiz xanalara da tətbiq edə bilərik. Bunun üçün ilkin olaraq hər bir xanaya və ya cədvələ aid olan hansı xüsusiyyətlər var, onları nəzərdən keçirək. Bu xüsusiyyətlər isə aşağıdakılarıdır.

1) Xanada olan funksiya. D2 xanasını nümunə kimi götürsək =B2*C2 funksiyası xananın saxladığı funksiyadır.

2) Xanada olan dəyər. D2 xanasında görünən 2 ədədi bu xananın saxladığı dəyərdir.

3) Xananın formatı. Format dedikdə arxa fonunun, şriftinin rəngi, şriftinin yazılma üsulu (bold, italic, underline) kənar sərhədləri, xanada mətnin yerləşmə yeri (solda, sağda, ortada və s. ) başa düşülür

4) Xanaya yazılmış rəylər (comment)

5) Xanaya tətbiq edilmiş məhdudiyyətlər. Xanaya yazılan məhdudiyyətlər barəsində Data menyusunda Data Validation alt menyusunu keçəndə də rast gələcəyik. O zaman izah edəcəyik. İlkin olaraq qeyd edim ki, məhdudiyyət kimi xanaya yazılan məlumatın müəyyən aralıqda olması, müəyyən siyahıdan seçilməsi və s. ola bilər.

6). İşçi səhifəsinə (worksheet) tətbiq edilən mövzuların (theme) xüsusiyyətlərinə uyğun olaraq xanada olan dəyişikliklər

7) Xanaya yazılan məlumatların formatları (valyuta, tarix, tam ədəd, text tipli və s.)

İlkin hazırlıq işlərimizi yerinə yetirmiş olduq. İndi isə vaxt itirmədən birbaşa bu menyunun izahına keçək.

Paste Special menyusunu istifadə etmək üçün ilk növbədə mübadilə panelinə məlumatları ötürmək lazımdır. Hər hansı bir məlumatı mübadilə panelinə köçürmək üçün Copy əmrindən istifadə edilir.

cp1

Copy əmrindən istifadə etmək üçün Home menyusunda yerləşən Copy düyməsinə tıklamaq və ya Ctrl + C düymələrinin kombinasiyalarından istifadə etmək lazımdır.

Paste special menyusu Paste menyusunun alt elementidir. Bu menyunun açılması üçün Paste buttonunun aşağısında olan aşağı ox işarəsinə tıklayın. Görünən düymələrdən Paste Special düyməsinə tıklayın.

ps11

Ctrl + Alt + V düymələrinin kombinasiyalarından istifadə edərək eyni paneli açmaq olar.

ps2

Əgər, Sizdə də bu şəkildə menyu açıldısa davam edə bilərik. Bu menyu açılmadısa əmin olun ki, məlumatları daha əvvəl Copy etmisiniz. Bəzən, bu menyunu mübadilə panelinə heç nə əlavə etmədən ekrana çıxarmağa cəhd edirlər. Nəzərə almaq lazımdır ki, mübadilə panelində məlumat olmadan bu məlumatları paste edə bilməzsiniz.

Yuxarıdakı şəkilə fikir veridinizsə bu menyu açılan kimi susmaya görə (standard olaraq) Paste hissəsində All, Operation hissəsində isə None düyməsi seçilidir.

1) All – Xana və ya cədvələ aid bütün xüsusiyyətləri digər xanaya paste edir. Aşağıdakı şəkildən də gördüyünüz kimi A1:D4 xanalarında olan cədvəldə bütün məlumatlar olduğu kimi A7:D10 xanalarına paste oldu. Həm mətnlər, həm dəyərlər (value), həm xananın formatı, rəylər, funksiyalar və s. Dolayısı ilə biz hər hansı bir məlumatı Copy edib Paste edərkən elə Paste All etmiş oluruq.

pastespecialalll

2) Formulas – Bir xanadakı formulanı digər xana(lar)a tətbiq edir.

a) Aşağıdakı kimi bir cədvəl verildiyini düşünün. Biz Paste Special – Formulas menyusundan istifadə edərək D2 xanasına yazılan funksiyanı Copy edək, sonra D8 xanasının üzərində gələrək Paste Special – Formulas tıklayaraq OK düyməsinə tıklayaq. D2 xanasına yazılan düstur B2 və C2 xanasının hasili olduğundan Paste formulas etsək D8 xanasına uyğun olaraq B4*C4 olacaqdır.

pss

b) AŞağıdakı kimi nəticə alınacaqdır.

pastespecail

c) Funksiyanı digər xanalara tətbiq etmək istəsəniz xananın aşağı sağ hissəsindən tutub aşağı doğru çəkə və ya iki dəfə tıklaya bilərsiniz.

pastespecialformulas

3) Values – Xanaya yazılan dəyəri paste edir və ya bu üsuldan istifadə edərək Siz xananı formuladan azad edə bilərsiniz. Baxın, D2:D4 xanalarına bir funksiya yazılmışdır. Biz B və C sütununu silsək D2 xanası xəta olaraq dəyişəcəkdir.

pastespecialv

Əgər, istəsək ki, bu xananı funksiyadan azad edək, bunun üçün ilk növbədə D2:D4 xanalarını seçək. Copy edərək Paste Special – Values seçimini edək.

pastespeciallvvv

ps3

Yuxarıdakı şəkildən də göründüyü kimi, Paste Special – Values seçimini edərək xananı funksiyadan azad etmiş olduq.

4) Fortmats – Xana və ya xanalarda olan formatı digər xanalara tətbiq etmək üçün istifadə edilir. Fərz edin ki, bizə lazımdır ki, yuxarıdakı cədvəl formatında digər bir cədvəl hazırlayaq. Amma xanalarda məlumatlar olmayacaq. Bunun üçün Paste Special – Formats seçimini etmək lazımdır.

pastespecialformats

5) Comments – Xana(lar)da olan rəyi digər xana(lar)a tətbiq etmək olur. Məsələn, A2 xanasına “Test” rəyini B3 xanasına tətbiq edək. Bunun üçün ilkin olaraq A2 xanasının üzərinə gələk. Copy edərək B3 xanasının üzərinə gələk. Paste Special – Comments seçimini edərək rəyi xanaya tətbiq edək.

psc

6) Validation – Məhdudiyyəti olan bir xanadakı məhdudiyyəti başqa xanaya tətbiq etmək üçün üçün istifadə edilir. Birinci dərsimizdən gördüyünüz kimi biz A3 xanasına məhdudiyyət tətbiq etmişdik. Əgər, Siz xanaya məhdudiyyət qoymamısınızsa linkdən bu barədə ətraflı oxuya bilərsiniz. İndi isə A3 xanasında olan məhdudiyyətləri A4 xanasına tətbiq edək.

dv

7) All except borders – Bir xananı və ya cədvəli başqa yerə paste edərkən kənar sərhədlərindən başqa bütün hissələrini paste edir.

allexbor

 

Ardı növbəti yazımızda 🙂

 

#BilikPaylashdiqcaArtar

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərhlər ( “Exceldə, ancaq, Copy&Paste edə bilirəm” )

  1. Təşəkkürlər, Nahid bəy. Çox soruşulan suallardan artıq bir neçəsinin cavabı məqalədə var.

Şərh yazın