Unix və Linux ƏS-ləri arasındakı fərqlər

Salamlar.

UNIX müəllif hüquqlarının istifadəsi üçün sadəcə böyük şirkətlərə icazə vermişdir. Belə ki, IBM AIX, Sun Solaris və HP-UX  UNİX əməliyyat sistemləridir. Bir çox UNİX sistemləri kommersiya xarakteri daşıyır.

LİNUX UNİX-in klonudur.

Lakin Portativ Əməliyyat Sistemi İnterfeysini (Portable Operating System Interface (POSIX)) düşünmüş olsaq, zənn edə bilərik ki, Linux Unix ilə eynidir. Rəsmi Linux kernel Readme faylına istinad etdiyimiz zaman:

Linux, İnternet şəbəkəsi arasında haker komandasının dəstəyi ilə Linus Torvalds tərəfindən sıfırdan yazılmış bir Unix klonudur.

Linux sadəcə bir Kerneldir.

Linux sadəcə bir Kerneldir. Bütün Linux distributivlərinə GUI sistemi+GNU utilitləri (cp, mv, ls,date, bash və s. kimi) + quraşdırma & idarəetmə alətləri + GNU c/c++ Kompilyatorları + Redaktorları və müxtəlif tətbiqlər (ing. application; OpenOffice, Firefox və s. kimi) daxildir. Lakin UNİX ƏS-i bir mənbədən və ya bir istehsalçıdan tam olaraq gələn bir ƏS kimi tanınır.

          Daha öncə də deyildiyi kimi, Linux bir kerneldir və onun tam olması üçün bir sıra tətbiqlərin yüklənməsi lazım gəlir. Bir çox UNİX ƏS-ləri isə A-Z proqramları ilə birlikdə, yəni redaktorlar, kompilyatorlar və s. kimi proqramlarla birgə gəlir. HP-UX və ya Solaris A-Z proqramları ilə birlikdə gəlir.

Lisenziya və Dəyər

          Linux pulsuzdur, onu internetdən yükləyə bilərsiniz və ya yenidən GNU lisenziyası altında paylaşa bilərsiniz. Lakin bir çox UNİX ƏS-ləri pulsuz deyil (lakin bu vəziyyət sürətlə dəyişir, məsələn OpenSolaris Unix kimi).

Fayl sistemləri

·       Linux susmaya görə (default) ext3 və ya ext4 fayl sistemlərini dəstəkləyir və istifadə edir;

·       UNIX jfs, gpfs (AIX), jfs, gpfs (HP-UX), jfs, gpfs (Solaris) kimi müxtəlif fayl sistemlərindən ibarətdir.

Sistem administrator alətləri (System Administration Tools)

·       UNIX özünə mənsub olan HP-UX  üzərində olan SAM kimi alətlərdən ibarətdir;

·       Suse Linux Yast sistem administartor alətlərindən ibarətdir;

·       Redhat Linux isə özünə mənsub olan və redhat-config-* adlandırılan GUI alətlərindən ibarətdir.

Linux və UNİX ƏS-lərində işləyən administratorlar üçün mətn config faylının redaktəsi və yazılması ən məşhur seçimlərdən biridir.

 Sistemin başlama skripti (System Startup Scripts)

Linux və UNİX-in bütün distributivləri demək olar ki, başlanğıc skriptlərindən ibarətdir. Lakin onlar müxtəlif kataloqlarda yerləşdirilmişdir:

1.     HP-UX – /sbin/init.d

2.     AIX – /etc/rc.d/init.d

3.     Linux – /etc/init.d

UNİX ƏS-nin adları

Bir neçə məşhur adları bunlardır:

1.     HP-UX

2.     IBM AIX

3.     Sun Solairs

4.     Mac OS X

5.     IRIX

Linux Distributivlərinin(ƏS-lərinin) adları

Bir neçə məşhur adları bunlardır:

1.     Redhat Enterprise Linux

2.     Fedora Linux

3.     Debian Linux

4.     Suse Enterprise Linux

5.     Ubuntu Linux

Linux və UNIX arasında olan ümumi xüsusiyyətlər

Hər ikisi aşağıdakı ümumi tətbiqləri paylaşırlar:

1.     GUI, file, and windows managers (KDE, Gnome)

2.     Shells (ksh, csh, bash)

3.     Various office applications such as OpenOffice.org

4.     Development tools (perl, php, python, GNU c/c++ compilers)

5.     Posix interface

UNİX-in iş masasına dair nümunə:

 UNİX

                                                                      Fig.01: UNIX Desktop – IRIX 6.5 Desktop

Linux-un iş masasına dair nümnə:

 linux

                                                                        Fig.02: Linux KDE desktop environment

Bu qədər. Faydalı məlumat olacağına ümid edirəm.

Əlavə məlumat üçün linklər:

http://www.diffen.com/difference/Linux_vs_Unix

https://www.linux.com/learn/answers/view/131-what-is-the-standard-difference-bw-linux-and-unix

 

 

 

 

 

 

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Elza Zahirova

Şərhlər ( Unix və Linux ƏS-ləri arasındakı fərqlər )

  1. Gözəl məqalədir.
    Təşəkkürlər!

Şərh yazın