İP telefoniya nədir?

Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirildi.Gunumuzde IP telefonların bir cox növləri var:

Снимок0

 

İP-telefoniya nədir?

IP-telefoniya (tələffüz: ay-pi telefoniya) – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə edilən texnologiyadır. Diskret paket ötürülməsi üsulu ilə səs (danışıq) məlumatlarının ötürülməsi mümkündür. Danışığın (səsin) internet protokolları (paketləri) vasitəsi ilə ötürülməsi “İP-telefon” və ya İP telefoniya adını almışdır.

İnternet şəbəkəsində xüsusi İnterent protokolları (İnternet Protokol – İP) əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP-protokolu təkcə İnternet  şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.) ötürülür. İP-telefoniya üc cür işləyir:

  1. Kompüterdən kompüterə.
  2. Kompüterdən telefona.
  3. Telefondan telefona.

İnternet-telefoniyada ötürücü xətt kimi Internet kanallarından, IP-Telefoniya-da Internet kanallarından və ya informasiyanın ötürülməsi üçün xüsusi ayrılmış rəqəmsal kanallardan istifadə edilir.

 İP telefonun digər abreviaturalarından: VoIPVoice over Internet ProtocolVoBBvoice over broadbandbroadband phonevə Internet telephony terminlərindən də bu texnologiyada tez-tezrast gelinir:VoIP nədir?

Aşağıdakı şəkilə nəzər salaq:

Снимок01

Buradan anlamaq olar ki, VOİP-analoq səs siqnalını alaraq,onları rəqəmsal siqnallara cevirib və bu siqnalları internet üzərindən ötürən bir texnologiyadır.Bu texnologiyanın ən böyük dezavantaji ondan ibarətdir ki,bu bağlantının ola bilməsi ucun internet bağlantısı mütləq şərtdir.İnternetlə və ya DHCP serverlə bağlı bir problemlər olduqda burada bağlantı yarana bilməyəcək.

Hər bir cihazda olduğu kimi İp-telefonlarda da donma,ilişmə halları baş verir ki,hetta bu zaman cihazi söndürdükdə belə işimizə yaramır. Bu zaman “Hard reset” əməliyyatını edirik.Bunun ücün

1) telefonu elektrik şəbəkəsindən ayırırıq.

2) ” # ” düyməsini sıxıb saxlayıb ,yenidən elektrik şəbəkəsinə qoşuruq

3) Bəzi düymələr -headset, mute , speaker yanib-sönənə qədər gözləyirik.bundan sonra  ” # ” döyməsini buraxırıq və ardıcıl 123456789*0# yığırıq.

Bir müddətdən sonra  cihaz TFTP serverlə əlaqə qurur  və lazımi  ” firmware”-ni avtomatik  yükləyir.

“Setting”-lərdən  Vlani dəyişmək istədikdə,lakin  alınmadıqda bu acarı yığmaq lazımıdır  ” **# ” .Bundan sonra ekranda “Edit” düyməsi aktiv olacaq və lazım olan VLan -i qeyd etmək mümkün olacaq.

Səs: +100. Bəyənilsin Zəifdir

Şərhlər ( İP telefoniya nədir? )

  1. Faydalı məqalədir

Şərh yazın