Şəbəkə kabelləri və kateqoriyalar

Bu məqalə "Şəbəkə kabelləri" silsiləsinə daxildir

Salam dostlar.

Bu məqaləmizdə şəbəkə (Ethernet) texnologiyalarında istifadə edilən kabellər və kateqoriyaları haqqında danışacağıq. Mövzü geniş olduğu üçün bir neçə məqalədə əhatə etməyə çalışağam.
İlk olaraq xatırladaq ki, şəbəkələrin qurulmasında twisted pair, coaxial, fiber optic tipli kabellərdən istifadə olunur. Kiçik LAN (SOHO) şəbəkələrdə ən çox istifadə olunan twisted pair kabellərdir. Bu hissədə twisted pair-in kateqoriya və növləri ilə tanış olaq.

Twisted pair – 4 cüt naqildən ibarətdir və bu cütlər bir-birlərinə sarılmış olurlar. Sarılmanın səbəbi elektro maqnetik və crosstalk maneələrin qarşısını almaq üçündür.
unshielded_cable

Twisted pair kabellərin aşağıdakı növləri var. Əslində bu növlər kifayət qədər çoxdur, əsaslarını qeyd edəcəyəm.

UTP STP color

Şəkildən göründüyü kimi, UTPSTP (S/UTPS/STP) növləri var.

UTPunshielded twisted-pair – naqillərin üzərində sadəcə PVC (və ya Plenium) örtük var, əlavə heç bir qat ilə qorunmur.

UTP_cable

STPshielded twisted-pair – naqillərin üzəri əlavə folqa ilə qorunur və bu folqanın nələri əhatə etməsinə görə növlər fərqlənir. Məsələn,

STP – yalnız kabel əlavə folqa ilə bükülüdür, cütlər isə bükülü deyil.
STP

S/UTP – cüt naqillər ayrıca olaraq folqaya bükülüb, lakin kabel bütövlükdə folqa ilə sarılı deyil.
S-UTP

S/STP – həm cütlər, həm də kabel ümumilikdə folqa ilə bükülüdür.
S-stp

Kabellərin kodlaşmasında aşağıdakı qısaltmalar istifadə edilir. Slaş-dən öncəki hərf cüt naqillərin, slaş-dən sonrakı hissə isə ümumilikdə kabelin nə cür sarılmasını bildirir.

U = unshielded
F = foil shielding
S = braided shielding (outer layer only)
Sc = screened
TP = twisted pair
TQ = twisted pair, individual shielding in quads

İndi isə kabellərin kateqoriyalarına nəzər salaq. Bu kateqoriyalar inkişaf edərək, daha çox sürət və tezlikdə çalışmağa uyğunlaşdırılıblar. Bu fərqlilikləri aydın izah edə bilmək üçün cədvəl formasında təqdim edirəm. Cədvəldə daha qədimdən qalan kateqoriyaları qeyd etmədim. Çünki günümüzdə onlardan istifadə olunmur, beynimizi o informasiyalar ilə doldurmaq istəmədim.

Kateqoriyalar

Bu kabellərin hazırlanması haqqında məqalədən istifadə edə bilərsiniz.

Cədvəldən göründüyü kimi, CAT 7-yə qədər RJ45 (8p8c) tipli konnektorlar istifadə edilib. Cat 7-lərdə isə GG45, TERA
tipli connectorlar istifadə edilib ki, onların da hazırlanması RJ45-dən tamamilə fərqlənir. Halhazırda çox istifadə edilməsədə, gələcəkdə məlumat mərkəzlərində fiber optik kabellərə qiymət və daha dözümlü olmaqla üstün gələcəyi söylənilir.

Bu məqalə bu qədər, növbəti məqalədə digər kabel tiplərindən danışacağıq.

Uğurlar.

Səs: +190. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 5 )

  1. Təşəkkürlər Elvin müəllim. Lakonik və dəyərli məqalə üçün.

  2. Çox yararlı məqalədir təşəkkür edirəm.Çoxdandı bu haqda yazı axtarırdım.

  3. Kamil və Novruz bəy, hər birinizə təşəkkür edirəm.

  4. Bulari hemise qarisdirirdim cox saqolun  deyerli bir meqaledi …

  5. Gözəl məqalə üçün təşəkkürümü bildirirəm.Amma bir sualim var bu 8 connectordan hansilar power verir lan kabelə?

Şərh yazın