Windows Server 2012 sınaq müddətini 1080 günə qədər uzadılması

Windows Server 2012 versiyalarının qanuni sınaq sürətlərini aşağıdakı ünvandan yükləyə bilərsiniz. 180 gün boyuunca və texniki xüsusiyyətlər baxımından hər hansı bir məhdudiyyyət olmadan test edə bilərsiniz.

https://www.microsoft.com/en-us/server-cloud/products/windows-server-2012-r2/default.aspx

 

activation 1

Slmgr.vbs (Wındows Software Licensing Management Tool) sistemi lisenziyanız barədə ətraflı məlumat ala biləcəyiniz və dəyişikliklər edə biləcəyiniz bir script-dir. Misal üçün: əməliyyat sisteminin lisenziya tipinin (volume, retail, OEM) öyrənilməsi, aktivləşdirilməsi, aktivasiya periodlarının resetlənməsi.  KMS qarşılıqlı bir çox lisenziyaları slmgr.vbs vasitəsilə əmr sətri ilə əsaslı olaraq reallaşdıra bilərsiniz.

Bir Windows Server 2012 sınağının ilk dəfə qurulduqda 10 günlük aktivasiya periodu ilə başlayır və bu müddət ərzində sisteminizi aktivləşdirmənizi gözləyər.

activation 2

180 günlük sınaq müddətinin başlanğıcı üçün lazımlı olan aktivasiya prosesi zamanı hər hansı məhsul açarını girməyə ehtiyac yoxdur, çünki sınaq nüsxəsi özündə bir açar ilə qurulur.

activation 3

Əgər sınaq nüsxəsində internetə birbaşa çıxış varsa Activate düyməsinə sıxaraq və ya slmgr –ato parametri ilə aktivasiyanı reallaşdırıb, 180 günlük sınaq periodunu başlada bilərsiniz.

activation 5

Aktivasiya əməliyyatından sonra 180 günlük sınaq periodunun başladığını slmgr –dli əmri ilə təsdiqləyə bilərsiniz.

activation 6

İndi isə keçək 180 günü neçə artıra biləcəyimizə.

Slmgr –dlv  ilə lisenziya detallarını çəkdiyinizdə Remaining Windows rearm count: 5

Olaraq bir məlumat yer alacaqdır.

activation 7

Slmgr –rearm parametri sistemin lisenziya vəziyyətini resetləmək üçün istifadə edilir və yuxarıdakı göstəricinin məlumatına görə bu parameter 5 dəfə istifadə edilə bilər.

Windows Server 2008 R2-də bu parameter üçün dəyər 3, bir sınaq period 60 gün və ümumilikdə 240 günə qədər çata bilirdi.

Windows Server 2012 üçün slmgr –rearm əmrini hər periodun 180-ci günündə işlədərək period resetləsək

activation 8

İlk 180 gün +1, 180 + 2, 180 + 3, 180 + 4, 180 + 5 cəmdə 1080 gün ərzində sınaq sürətini yenidən qurmadan test etməyə davam edə bilərsiniz.

6-cı Rearm sınağında başqa haqqınız qalmadığını görəcəksiniz.

Bu nöqtədən sonra (1080 gün sonra) trial sürəti yenidən qura və ya Windows Server 2012 versiyasına aid etibarlı bir məhsul açarı girərək full versiya şəklində davam edə bilərsiniz.

 

Əlavə məlumat.

Bu üsulun tətbiq sınaq (evaluation) sürətləri, yükləmə edərkən oxuyacağınız son istifadəçi lisenziya müqaviləsinə (EULA) görə hər-hansı bir ticari məqsəd üçün istifadə edilə bilməz. Sınaq nüsxələri yalnız məhsulun xüsusiyyətləri ilə əlaqədar test mühitində istifadə olunmasına icazə verilir. Əgər bir sınaq nüsxəsi ilə işləyirsinizsə EULA daxilindəki qaydalara əməl olunmalıdır. Əks halda legal bir üsul ilə qeyri-qanuni bir nəticəyə gəlmiş olarsınız. Əlavə olaraq Wındows Server 2012 Evaluation nüsxəsi üzərində sınaq periodunun hər-hansı bir anında məhsul açarı daxil edib, aktiv edərək Tam versiyanı əldə edə bilərsiniz.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Soltanov

Şərhlər ( Windows Server 2012 sınaq müddətini 1080 günə qədər uzadılması )

  1. Ardı gəlsin 🙂

Şərh yazın