Windows Update 8007000E xətasının həlli

Salamlar hərkəsə bu məqaləmdə bir neçə gündür ətrafında araşdırma apardığım bir xəta və həll yolu haqqında danışmağa çalışacağam. Deməli belə, bir neçə gün əvvəl Hyper-V üzərinə windows 7 enterprise 32 bit  əməliyyat sistemi yüklədim , hansı ki mən bütün konfiqurasiyalarımı edib lazımi programları yüklədikdən sonra Windows Deployment Services-dən (WDS)  istifadə edərək  movcud sistemimi image formasında capture edib daha sonra yenidən bootable iso kimi yaradıb client komputerlərə yazmağı planlayrdım. Əməliyyat sistemini qurduqdan sonra tam update etmək istədikdə belə bir xəta ilə qarşılaşdım:

1

qısa bir araşdırma nəticəsində belə bir nəticə tapdım, Microsoft-un rəsmi isternet səhifəsində həm 8007000E və həm də 80070008  xətalarının həlli və yaranma səbəbi haqqında məlumat veri0lir, yaranma səbəbi olaraq update-lərin qurulması zamanı əməli yaddaşın kifayət  etməməsi əsas götürülür. Bunun üçün xüsusi olaraq Microsoft Update Troubleshooter  aləti var,  hansı ki xətaların avtomatik olaraq  müəyyən edilib aradan qaldırılması üçün. Əgər həmin alət problemi aradan qaldıra bilməsə onda uyğun olaraq  sonradan əlavə olunmuş dil paketlərinin silinməsi gərəklidir.

Lakin mənim sistemimdə sadəcə ingilis dil paketi quruludur və həmin alət heç bir problem aşkar edə bilmədi. Araşdırmağa davam edərək daha bir həll üsulu tapdım, burda ilk olaraq windows update servisini saxlayaraq C:\Windows  qovluğu altında yer alan Software Distribution  qovluğunu silib , sistemi yenidən başladaraq (windows update reset )  yenidən update-i  yoxlamaq .Başqa bir həll üsulu isə windows update agent-i  manual olaraq yeniləməkdən ibarət idi.  Amma bu həll üsulu da bir nəticə vermədi əksində vəziyyət bir az qəlizləşdi, belə ki  windows update  saatlarla checking for updates  hissəsində ilişib qalır  sanki update-ləri yoxlayırmış kimi,  eyni zamanda yuksək CPU istifadəsi ilə.   Araşdırmanın istiqamətini bu yöndə dəyişdirdikdən sonra KB3102810 nömrəli bir update tapdim. Knowledge Base Article -da update haqqında verilən məlumatlarla tanış olduqda  çox uzun çəkən check müddəti və yüksək CPU istifadəsinin  əsas simptonlardan olduğu aydın olur.  İndi isə yeniləməni yükləyərək test edək, ilk olaraq yeniləmıni yükləyirik:

6

Yüklədikdən sonra qurulumuna başlayırıq:

2

 

3

 

4

qurulum müvəffəqiyyətlə başa çatdıqdan sonra virtual maşınımızı yenidən başladırıq:

5

İndi isə yenidən update-ləri check edirik:

7

gördüyümüz kimi CPU istifadəsi normaldır:

8

və budur artıq heç bir xəta ilə qarşılaşmadan yenilənmələrin yoxlanılması prosesini başa vurduq:

9

yararlı olması diləyilə…

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Ramil Məmmədov

Şərhlər ( Windows Update 8007000E xətasının həlli )

  1. bu da bele 🙂

Şərh yazın