Active Directory daxilində bəzi sorğular yaratmaq

Bildiyiniz kimi,  Active Directory Users and Computers active directory domain daxilindəki user, group, computers hesablarının idarə edilməsi, bir sözlə active directory üzərindən domainin idarə edilməsi kimi bir vəzifəni realaşdıra bilərsiniz.

Bu mövzumuzda Active Directory Users and Computers konsolundan Save Queries adlı hissədən istifadə edərək iki ədəd müxtəlif sorğular hazırlayaraq həm “Disable” olan istifadəçilərin görülməsi, həm də “Administrator” qrupuna daxil olan istifadəçilərin siyahısının görülməsini əldə etmiş olacağıq.

.ldap 1

İlk öncə Saved Queries bölməsində sağ düyməni sıxıb, New bölməsindən Query hissəsini seçirik.

ldap 2

Daha sonra New Query pəncərəsindən Name hissəsinə query üçün bir ad veririk, Description hissəsində isə haqqında məlumat formasında yazı daxil edirik.

ldap 3

Sonra Define Query düyməsini sıxaraq sorğu şərtlərini müəyyən edirik.

ldap 4

Qarşımızda Find Common Queries pəncərəsi gəlir.

ldap 5

Burada Disabled accounts hissəsini qeyd edib, OK ilə təsdiq edirik.

Qarşımıza təkrar New Query pəncərəsi gəlir və Query String hissəsinə göstərilən şərtin sorğulama cümləsinin gəldiyini görəcəyik.

ldap 6

OK ilə əməliyyat təsdiq olunduqdan sonra Saved Queries adı altında verdiyimiz adda sorğu meydana gəldiyini görəcəyik.

ldap 7

İkinci nümunəmizdə domain daxilində Administrators qrupuna üzv olan istifadəçilərin siyahısı göstərən bir sorğu hazırlayacağıq.

Yenidən Saved Queries üzərindən sağ düyməni basıb New Query sıxılır.

Qarşımıza gələn New Query pəncərəsində name qismində query üçün bir ad , description bölməsində isə açıqlama veririk.

ldap 8

Define Query tıklanaraq qarşımıza gələn Find Users Contact and Groups dialoq qutusunda Find hissəsindən Users, Contacts and Groups seçilir.

ldap 9

Alt hissədə Advanced tabına keçin və Field düyməsini basıb, açılan variantlardan Users-dan Member of seçirik.

ldap 10

OK ilə təsdiq edəndən sonra yenidən New Query pəncəsinə qayıdırıq. Burada query string hissəsində ifadə edilən şərtə uyğun gələn sorğu kodu gəldiyini görəcəksiniz.

ldap 11

Ok ilə təsdiq edəndən sonra arxa planda sorğunun gəldiyini , sorğu açıldıqda isə şərtə uyğun gələn qeydlərin siyahısnı görəcəksiniz.

ldap 12

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Soltanov

Şərhlər ( Active Directory daxilində bəzi sorğular yaratmaq )

  1. sagol

Şərh yazın