Oracle Cloud Control 12c sistemində vaxt probleminin həlli

Bu il biz yay vaxtina keçməmiyimizle əlaqədar, bəzi sistemlərdə vaxt problemi müşahidə olunub.

Oracle Enterprise Cloud Control 12c belə sistemlərdəndir. Əməliyyat sistemi seviyəsində vaxtın korrektə edilməsinə baxmayaraq bu sistemdə vaxt yay vaxtına keçmiş kimi görünür.

Problem ondan ibarətdir ki, JAVA yay/qış vaxtına keçməsini  öz daxili paketlərindən götürür.

Bunu düzəltmək üçün biz ilk növbədə sistemi dayandırmalıyıq:

$ emctl stop oms –all

Sonra tzupdater.jar utilitini yükləməliyik

Siztem dayandıqdan sonra OMS_HOME, yəni Cloud Control-un install olunduğu direktoriyasına keçib oradan isə jdk16/jdk/jre/bin direktoriyasina keçməliyik. Mənim misalımda bu /u01/soft/middleware/oms/jdk16/jdk/jre/bin direktoriyasıdır. tzupdater.jar utilitini bu direktoriyaya yerləşdirik.

Sonra isə root istifadəçisi adindan bu komandanı yerinə yetiririk:

# ./java -jar tzupdater.jar -l http://www.iana.org/time-zones/repository/releases/tzdata2016c.tar.gz -f -v

 

./java -jar tzupdater.jar -l http://www.iana.org/time-zones/repository/releases/tzdata2016c.tar.gz -f -v

java.home: /u01/soft/middleware/oms/jdk16/jdk/jre

java.vendor: Sun Microsystems Inc.

java.version: 1.6.0_43

Downloaded file to /tmp/tz.tmp/tzdata.tar.gz

JRE tzdata version: tzdata2012i

tzupdater tool would update with tzdata version: tzdata2016c

Downloaded file to /tmp/tz.tmp/sha512hash

Extracting files… done.

Renaming /u01/soft/middleware/oms/jdk16/jdk/jre/lib/zi to /u01/soft/middleware/oms/jdk16/jdk/jre/lib/zi.tzdata2012i

Renaming /u01/soft/middleware/oms/jdk16/jdk/jre/lib/zi.tzdata2016c to /u01/soft/middleware/oms/jdk16/jdk/jre/lib/zi

Validating for : tzdata2016c

Validation complete

JRE updated to version : tzdata2016c

Bu komanda iana-dan yeni paketi yükləyib javanın daxili paketini yeniləyir.

Komanda bitdikdən sonra sistemi işə salırıq:

$ emctl start oms

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Rzayev

Şərhlər ( 2 )

  1. Salam, bəs OEM Database Express 12c-də necə həll etmisiniz bu problemi?

    • Salam.
      Oracle Database 12c: EM Database Express-də yoxlamamışam, amma mən belə başa düşürəm ki EM 12c Express bazanın daxilində işləyir və bazanın komponentlərini istifadə edir, yəni onun ayrıca JAVA-sı yoxdur,istifadə etdiyiniz bazada($ORACLE_HOME/jdk/jre/bin) java-nı yuxarida gostərilən yolla “update” edib yoxlamaq mesləhət görürəm, və birdə OMS agenti resetTZ edin, təbii ki test environment ilk növbədə.

Şərh yazın