Kolab3 v16-nın CentOS 7 üzərində quraşdırılması

Kolab3 v16-nın CentOS 7 üzərində quraşdırılması
Kolab açıq qaynaqlı və havayı paketlər qrupudur(Kolab Groupware). Kolab Groupware özündə Kolab serveri və Kolab klientlərini təşkil edir. Server və klientlər çox yaxşı inteqrasiya edilmiş protokollar istifadə edirlər. İMAP, vCard, iCAL, XML və LDAP protokollarını bunlara misal vermək olar.

Kolab-ın əsas xüsusiyyətləri aşağıdakılardır.

* Fərqli klient mühitlərinin bütöv dəstəyi
* ActiveSync və CalDAV, CardDAV və WebDAV üçün serverin bütöv dəstəyi
* Email, Kalendar, Ünvan kitabı, Tapşırıqlar və Sənəd buludu üçün dəstək
* Müvafiq konnektor vasitəsi ilə Microsoft Outlook üçün dəstək
* Veb Admin interfeysi
* Quraşdırma məlumatı LDAP bazasında saxlanılır
* Əlaqələr üçün qlobal Ldap ünvan kitabı
* Poçt yeşiyinə İMAP4rev1 və POP3 vasitəsi ilə giriş
* Klient tərəfdən PGP və S/MIME məktubların şifrələnməsi
* Paylaşılmış kalendar və əlaqələr üçün İMAP giriş izni listlərinin istifadəsi
* KDE Kontact və Microsoft Outlook-un oflayn rejimdə istifadəsi
* Server tərəfdən resurs idarəetməsi dəstəyi (misalçün: otaqlar, avtomobillər)

Bu bələdçidə sizə sadəcə Kolab3-ün CentOS 7 əməliyyat sistemləri üzərində quraşdırılmasını və istifadəçilərin əlavə olunmasını qısa şəkildə izah edəcəm. Təbii ki, bundan sonra siz Admin Bələdçini oxuyaraq quraşdırmalarınızı daha dərindən edə bilərsiniz.
Əsas məqsəd isə belə bir havayı və açıq qaynaqlı bir softun nə qədər böyük imkanlara malik olmasını sizlərə çatdırmaqdır.

İndi isə gəlin BAŞLAYAQ!

İlk öncə Sistemi yeniləyirik.

yum update

Epel Reposlarını quraşdırırıq.

yum install epel-release

Kolab repos quraşdırmalarını yükləyib quraşdırırıq.

cd /etc/yum.repos.d/
wget http://obs.kolabsys.com/repositories/Kolab:/16/CentOS_7/Kolab:16.repo

Paketi imzalayaraq GPG açarını sistemimizə mənimsədirik.

rpm --import https://ssl.kolabsys.com/community.asc

“yum-plugin-priorities” paketini quraşdırırıq.

yum install yum-plugin-priorities -y

Əmin olun ki, Kolap reposlarının öncəliyi digər reposlardan, misalçün EPEL-dən yüksəkdir.

for f in /etc/yum.repos.d/Kolab*.repo; do echo "priority = 60" >> $f; done

Kolab Groupware-i sistemimizə yükləyib quraşdırırıq.

yum install kolab –y

ClamAV və ClamAV-update paketlərini ayrıca quraşdırırıq, çünki Kolab paketlər qrupu içində bu yoxdur və sonradan problem yarada bilər.

yum install clamav clamav-update –y

/etc/freshclam.conf faylında aşağıdakı “Example” sözünün qarşısına komentariya qoyuruq və ya silirik.
# Comment or remove the line below.
#Example
/etc/sysconfig/freshclam faylında ən aşağıda “REMOVE ME”olan sətri silin.

Clamav bazasını yeniləyirik.

freshclam

Qeyd: Əgər yenilənmədə səhv baş verərsə, “freshclam” əmrini bir daha daxil edib yoxlayın

Kolab Groupware quraşdırması üçün aşağıdakı əmri daxil edirik və suallara cavab verib quraşdırmalarımızı edirik.

setup-kolab

Qeyd: Təyin etdiyiniz şifrələri yadda saxlayın.

Quraşdırmaların testi

Bu əmrin işləyib işləmədiyini yoxlayın. Sizə məktub qutularının ünvan listini qaytarmalıdır.

kolab lm

kolab-saslauthd servisi işləyirmi?

service kolab-saslauthd status

Sasl qeydiyyatını test edək. “cyrus-admin” üçün təyin etdiyiniz şifrəni “şifrə” yerinə daxil edin.

Qeyd: Şifrəni unutmusunuzsa /etc/kolab/kolab.conf faylında [cyrus-imap] hissəsində admin_password parametrindən baxa bilərsiz.

testsaslauthd -u cyrus-admin -p <şifrə>

LDAP servisi işləkdirmi?

systemctl status dirsrv.target

Kolab Web Administration panelində istifadəçinin yaradılması

1. Serverinizin /kolab-webadmin  adresinə keçid alın. Misalçün əgər serverinizin ip ünvanı 192.168.1.2 -dirsə veb brouzer-də http://192.168.1.2/kolab-webadmin daxil edin

2. İstifadəçi adı olaraq cn=Directory Manager daxil edib Directory Manager üçün təyin etdiyiniz şifrəni daxil edin

3. Web Administration Paneli açılacaq

4. İlkin istifadəçi yaratmaq üçün “Users” düyməsini sıxın

5. Açılan pəncərədə ilk öncə hər şeyi incələyin

  • Sol tərəfdə istifadəçi yazılaını görəcəksiniz

  • Digər yerlərə sürətli keçidlər yuxarıda yerləşir

  • Sağ əl tərəfdə, yuxarıya yaxın, “logout” və “About” düymələrinin altında “Add user” düyməsi yerləşir

  • Əsas səhifə isə istifadəçinin əlavə olunmasında lazım olan forma sahəsidir

  • Bu forma fərdi istifadəçilərin müxtəlif tipləri (account types) arasında konfiqurasiya quraşdırmaları vasitəsi ilə generasiya olunur. İstifadəçi növləri haqqında qısa məzmun Kolab vasitəsi ilə quraşdırılan administrator bələdçi faylında var.

6. Biz indi “Kolab User” istifadəçi tipini seçirik

7. Forma istifadəçi tipini seçən kimi yenilənir. Bu tip üçün lazım olan sahələr aktiv olunur, misalçün poçt kvotası (mail quota). Formanın sahələrinin arxa fon rəngləri həmin sahələrin məcburi olub olmadığını göstərir

  • Açıq mavi sahələr məcburi doldurulmalıdır

  • Ağ sahələr seçimə görə daxil oluna və ya olunmaya bilər

  • Boz sahələr xüsusi daxil etmələr üçün deaktivdir

Deaktiv olan sahələr adətən digər formalarda daxil etmələrinizə əsasən özləri generasiya olunurlar

 

8.  “Given Name” və “Surname” kimi tələb olunan sahələri doldurun

  • Hər dəfə daxil edib sahəni tərk etdikdən sonra daxil etdiyiniz məlumat arxaya serverə göndərilir və lazım olan sahələrdə lazımi şəkildə generasiya olunur.

Misalçün “Given Name” və/ya “Surname” sahələrini doldurduqda “Common name” və “Display name” sahəsinin generasiyasını görəcəksiniz

9. İstifadəçi məlumatları digər formalarda da generasiya olunur. Misalçün “Contact İnformation” pəncərəsində “Primary Email Address” və “Secondary Email Address” sahələrində bunu görə bilərsiniz

“Primary Email Address” sahəsi boz rəngdədir və deaktivdir.Bunu edən “Reciepent Policy”-dir. Siz bunu dəyişə bilməzsiniz. Amma /etc/kolab/kolab.conf faylında bunun formasını ” primary_mail = %(surname)[email protected]%(domain)s” parametrindən dəyişə bilərsiz və ya avtomatik generasiyanı dəyişə bilən etmək üçün [kolab] bölməsi altına “daemon_rcpt_policy = False” parametrini əlavə edin.

 

10.  “System” pəncərəsini seçin

Əgər bu istifadəçi Kolab Administrator olacaqsa, “Roles” sahəsində “kolab-admin” daxil etməyə başlayın

Qeyd: “Unique identity (UİD) sahəsi soyad və istifadəçinin istifadə etdiyi dilə əsasən generasiya olunur. “Farajov” soyadı ilə olan 2-ci istifadəçinin UİD-i “farajov2”, 3-cü istifadəçi isə “farajov3” olaraq generasiya olunacaq.

 

11. Kolabla əlaqədar olan digər quraşdırmalar başqa pəncərələrdə yerləşir. “Submit” düyməsini sıxın

12. Yeni istifadəçiləri sol tərəfdə görəcəksiniz

 

İlk daxil olma

Kolab-webadmin interfeysi vasitəsi ilə LDAP bazasında  istifadəçilər yaratdıqdan sonra artıq siz File Server, Email və ActiveSync kimi servislərdən yararlana bilərsiniz.

Tətbiqetmələr veb serverdə aşağıdakı ünvanlarda yerləşir

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Fərəcov

Şərh yazın