Microsoft Virtual Machine Converter

Artıq uzun müddətdir ki, bir çox müəssisələr İKT infrastukturlarının virtuallaşdırma üzərində qurulmasına üstünlük verirlər. Əlbəttə ki virtuallaşdırmanın genişlənməsi əldə edilən üstünlüklərlə bağlıdır. Əvvəlki məqalələrdə fiziki maşınların VMWare ESXi-a konvertasiya edilməsi ilə bağlı məlumat verilib. Lakin nəzərə almaq lazımdır ki, Microsoft Hyper-V platformasının hər yeni versiyası ilə yeni imkanlar əlavə edilir və idarəetmədə rahatlıq yaranır. Hyper-V istifadəçilərini nəzərə alaraq bu məqalədə fiziki maşınların, ESXi platformasında olan virtual maşınların Hyper-V platformasına və ya bulud texnologiyası olan Windows Azure-a konvertasiya edilməsi üçün istifadə edilən Microsoft Virtual Machine Converter aləti haqqında məlumat verəcəyik.

Eləcə də qısa olaraq Disk2vhd aləti haqqında məlumat vermək istəyirəm. Disk2vhd aləti daşına bilən (portable) alət olmaqla, fiziki sistemi online rejimdə vhd və ya vhdx formatına konvertasiya etmək üçün istifadə edilir. Partitionları ayrı-ayrılıqda və ya bütünlüklə konvertasiya edə bilərsiniz. Eyni zamanda konvertasiyanı lokal diskə və ya şəbəkə üzərində hər hansı bir yerə edə bilərsiniz.

Use Vhdxvhdx formatına konvertasiya etmək üçün seçilir.

Use Volume Shadow Copyonline rejimdə konvertasiyanı aparmaq üçün istifadə edilir.

Konvertasiya etmək istədiyiniz bölümü seçib Create düyməsini tıklayaraq prosesə başlaya bilərsiniz.

1

Konvertasiya tamamlandıqdan sonra Hyper-v və ya vhd (vhdx) dəstəkləyən hər hansı proqramla sistemi aça bilərsiniz.

İndi isə Microsoft Virtual Machine Converter alətinə baxaq.

Dəstəklədiyi sistemlər Windows Server 2008 R2 SP1, Windows Server 2012, Windows Server 2012 R2.

Quraşdırılma üçün Windows Server 2012 R2, Windows Server 2012 (Microsoft .NET Framework 4.5) və ya Windows Server 2008 R2 SP1 (Microsoft .NET Framework 3.5 və .NET Framework 4) əməliyyat sistemi istifadə edilməlidir. Server features bölməsində Background Intelligent Transfer Service (BITS) xidmətinin Compact server özəlliyi aktivləşdirilməlidir.

Quraşdırılması ardıcıllıqla mərhələləri keçməkdən ibarətdir. İlk açılan görüntüdə tanış olmaq üçün məlumatlar əks olunur.

2

Növbəti mərhələdə Virtual machine conversion – virtual maşınların Hyper-v və ya Azure-a konvertasiya üçün, Physical machine conversion isə fiziki maşınların konvertasiyası üçün istifadə edilir.

3

İlkin olaraq fiziki maşınların konvertasiyasına baxaq. Aşağıdakı şəkildən göründüyü kimi fiziki serverin adını və ya ipsini, istifadəçi adı və parolunu daxil edirik.

4

Növbəti mərhələdə Scan System düyməsini tıklayırıq və cari parametrlər toplanaraq ekranda əks olunur.

5

Növbəti pəncərədə konvertasiya etmək istədiyimiz disk bölməsini seçib konvertasiya edə bilərik. Eyni zamanda yaradılacaq virtual diski dynamic və ya fixed rejimdə sazlaya bilərik.

6

Aşağıdakı şəkildə göstərildiyi kimi konvertasiyadan sonra virtual maşının necə adlandırılmasını, prosessorların sayını və əməli yaddaşın ölçüsünü qeyd edirik.

7

Konvertasiya olunan maşının yerləşəcəyi Hyper-v serverin adını və ya ipsini, istifadəçi adını və parolunu qeyd edirik. Əgər sistemə daxil olduğunuz istifadəçinin məlumatlarından istifadə edəcəksinizsə, Use my Windows user account seçimini təsdiq etmək kifayətdir.

8

Tələb olunan boş yerin həcminə uyğun olaraq konvertasiya olunacaq virtual diskin serverdə saxlanacağı yeri göstərilməlidir.

9

Növbəti mərhələdə konvertasiya olunmuş maşın və virtual diskin çalışacağı kataloq göstərilir.

10

Növbəti pəncərədə şəbəkə ilə bağlı sazlanmalar aparılmalıdır. Əgər hər hansı şəbəkə kartını virtual switchlərə bağlamaq istəyirsinizsə, buradan tənzimləyə bilərsiniz.

11

Summary bölməsində ümumi şəkildə konvertasiya ediləcək maşın, Hyper-v server və s. məlumatlar ekranda əks olunur.

12

Finish düyməsini sıxdıqdan sonra proses başlayır. Proses tamamlandıqdan sonra Hyper-v üzərində maşını işə salıb istifadə edə bilərsiniz.

13

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( Microsoft Virtual Machine Converter )

  1. sagolun

Şərh yazın