Linux ƏS’nin Red Hat/CentOS 7 distributivində Root parolunun bərpa edilməsi

Salam dostlar, bü günki məqaləmiz  linux əməliyyat sisteminin Red Hat/CentOS 7 ditributivlərində itmiş root parolunun geri qaytarılmasından ibarət olacaq. İtmiş root parolunu bərpa etmək üçün siz gərək mütləq fiziki maşının yanında olmalısınız. Bundan sonra kı əməliyyatları isə aşağıdakı addımları yerinə yetirərək baxaq.

1.Bunun üçün biz system açılanda grub menyusundan ‘e’ hərfini daxil edib, seçilmiş kernelin xüsüsiyyətlərinə daxil olaq.

grub-menu

2linux16 sətri ilə başlayan hissəni tapib ro xüsüsiyyətini rw –ə çevirib və arxasına init=/bin/bash yazırıq.Daha sonra istəsəniz burada rhgbquiet xüsüsiyyətlərini silib , sistem açılarkən butün prosessləri görməyinizə imkan yarada bilərsiz.Ən sonda  isə Ctrl+ x kombinasiyasını edib, bu zaman bash muhiti heç bir parol istəmədən açılacaqdır.

rootpass2

3.Bash mühiti açıldandan sonra root parolunu passwd komandasından istifadə edərək dəyişə bilərsiniz.

# passwd                            /yazmaqla susmaya görə root parolunu yeniləyirsiniz

# touch /.autorelabel         /yazib Selinux informasiyasını yeniləyirsiniz

Sonra sistemi başlatmaq üçün ya

# exec /sbin/init 

yada ki aşağıdakı komandanı yazmalısınız

#  echo 1 > /proc/sys/kernel/sysrq

#  echo b > /proc/sysrq-trigger

Növbəti dəfə system açılanda artıq yeni təyin etdiyiniz root parolu ilə sistemə giriş edə bilərsiniz.

rootpass3

Hələlik dostlar, umid varam ki bu kiçik məqaləmiz ,  faydalı olacaqdır.

Gələn görüşlərədək…..

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın