Linux CentOS/Red hat 7 ƏS’də partitionların idarə edilməsi, fayl sistemlər və onların mount olunması 2-ci hissə

Bu məqalə "Linux CentOS/Red hat 7 ƏS’də partitionların idarə edilməsi, fayl sistemlər və onların mount olunması" silsiləsinə daxildir

Salam dostlar. Linux CentOS/Red hat 7 ƏS’də partitionların idarə edilməsi, fayl sistemlər və onların mount olunması  məqalələr seriyasında qaldığımız yerdən davam edirik. Birinci məqalə haqqında buradan oxuya bilərsiniz.İlk öncə bilməmiz gərəkən MBR hissələrdən məlumat verməyə çalışacam. MBR hissələrində vacib olan məsələlərdən biri partition növləri və onların anlaşılmasıdır. Gəlin birlikdə araşdıraq. Bildiyimiz kimi MBR də maxsimum 4 partition yaratmaq olar(GPT isə bu rəqəm 128dir). Və buda bizə çox partition yaradmaq üçün effektiv deyil bunun üçün MBR də partitionları 3 yerə bölürlər. Şəkildə bunu  açıq-aydın görmək mümkündür.

1

Əsas hissə(primary partition) – 4 hissədən üçü primary partition üçün ayrılır

Genişlənmiş hissə(extended partition) – Axrıncı hissə isə genişləndirilmiş hissə adlanr və logical partitionları yaradmaq üçündür.

Məntiqi hissə (logical partition) – Burada olan əsas problem ondan ibarətdirki, əgər extended partitiona nəsə olsa bu zaman extended partition daxilində yaradılan bütün logical partitionlar hamısı sıradan çıxacaq.

Qeyd: Extended partition yanlız məntiqi hissələrin yaradılması üçun istifadə edilir. Siz extended hissədən bir-başa  fayl sistemi yarada bilməzsiniz.

Məntiqi hissənin yaradılması. Əslində məntiqi hissənin yaradılması əsas hissələrin yaradılması qaydası ilə demək olarki eynidir. Bəzi kiçik fərqlər vardir hansı ki biz extended hissəni 3 əsas hissə yaradannan sonra yaradırıq . Və extended–i yaradanda diskdə qalan bütün yeri 4-cü hissə yə veririk və extendedi yaradırıq. Sonra yenidən “n” edəndə avtomatik məntiqi partitionu seçdiyini görəcəksiniz və bu 5 nömrəli partition olaraq adlanacaq.Daha sonra eyni qayda ilə extended partition çərçivəsində həcmin yetdiyi qədər məntiqi partition yarada bilərsiniz. Və bu qaydaya uygun olaraq nömrələnəcək. #partprobe /dev/sdb əmrini yazıb kernel üzərində dəyişikliyi olmasını təmin etməlisiniz əgər bu olmasa sistemə reboot vermək lazımdır.

[[email protected] ~] # fdisk /dev/sdb

2

Və dəyişikliklər olunduqdan sonra fdisk –l /dev/sdb yazib sistemdə sdb diski çərçivəsində olan hissələri görə bilərsiniz. Nümünədə göstərildiyi kimi:

[[email protected] ~]# fdisk –l /dev/sdb yazib

3

Gdisk utilitasından istifadə edərək GPT hissələrinin yaradılması əslində fdisk-də MBR partitionların yaradılması kimidir(GPT və MBR nədir və arasındakı fərqlər hansılardır “Linux Red hat 7 partitionların yaradılması, idarə edilməsi və fayl sistemlər” seriyasından 1-ci məqalədə yerləşdirdiyim linkdən oxuya bilərsiniz) sadəcə bəzi fərqlər vardır. Nəzərinizə çatdırmaq istədiyim əsas məsələ isə gpt partition yaradarkən diskin MBR olub olmamağına diqqət etməyinizdir yoxsa səhvən MBR partitionu gpt partitiona çevirib bütün məlumatlarınızı silə bilərsiniz. Buna görədə diskiniz gpt olduguna əmin olun

Parted komandası və praktiki nümünələr

Parted komandası sizə sistemdə partitionlar yaratmağa, silməyə, dəyişməyə, fayl sistemini bu partitionlara yerləşdirməyə, partitionu klonlamağa və s. imkan verən utilitlərdən biridir.

Qeyd: Parted utiliti hard diskin partition cədvəlini bir başa  dəyişir və etdiyi dəyişiklikləri dərhal yadda saxlayır.Yəni, əgər nə etdiyini dəqiq bilmirsinizsə, bilmədən istifadə olunan sistem diskini silə və əməliyyat sisteminizi korlaya bilərsiniz. Bundan əlavə məsləhətdir ki, öyrənmək məqsədi ilə əgər fiziki maşından istifadə edirsinizsə, istifadə olunmayan hard disk’dən və ya USB’dən istifadə edərək testlərinizi edin. Mən Wmware Workstationdan istifadə edirəm və sistemə bir neçə disk əlavə etmişəm. Və testlərimi bu disklər üzərində edəcəm.

Ümümiyyətlə linux əməliyyat sistemində bir diski hazır vəziyyətdə istifadə edə bilmək üçün, birinci ondan partition, sonra fayl sistem yaradılmalı ən sonda isə mount mərhələsidir. Fdiskgdisk utiliti bizə  yanlızca partition yaratmağa imkan verir. Amma parted komandası vasitəsi ilə biz həm partition həm də fayl sistem yarada bilərik. İndiki dövrdə parted komandası vasitəsi ilə fayl sistem yaratmaq məqsədə uygun deyil, çünki parted yanlızca ext2,fat16,fat32,linux-swap,mips və reiserfs(əgər libreiserfs yüklənibsə) fayl sistemlərini dəstəkləyir. Ona görə də ən yaxşı metod, birinci partitionları fdisk,gdisk və parted komandalarınən hər hansı birindən istifadə edərək yaratmaq(sizə hansı komanda uyğundursa), sonra isə digər ütilitlərdən istifadə edərək qalan mərhələləri yerinə yetirmək lazımdır.

Indi isə parted komandası vasitəsi ilə partitionların yaradılma  nümünələrinə baxaq.

1. Əvvala sistemdə olan disklərə baxaq.

# lsblk

4

Mən əsasən testlərimi sdb diski üzərində edəcəm.

2. # parted // susmaya görə sistemdə olan ilk hard diski seçir. Bizim sistemdə isə bu disk aşağıda gördüyünüz kimi /dev/sda diskidir.

5

Əgər başqa bir hard diski seçmək istəsəniz onda:

 

(parted) select /dev/sdb

əmrindən istifadə etməlisiniz.

3. Print və ya p əmrindən istifadə etməklə seçilmiş hard diskin bütün partitionları haqqında məlumatlara baxa bilərsiniz.Susmaya görə birinci hard diski seçdiyinə görə, həmin diskin partitionları haqqında məlumat verir. İstəsəniz yuxarıda göstərilən select əmri ilə başqa diski seçib, eyni qayda ilə də həmin seçdiyiniz diskin partitionları haqqında məlumat ala bilərsiz. (Bütün disklər haqqında məlumat almaq istəsəniz (parted) print all komandasından istifadə edə bilərsiniz. )

64. Indi sdb diskini seçib, mktable msdos əmrindən istifadə edərək, disk üçün partition cədvəli yaradırıq(diskimiz mbr olduğuna görə – msdos yazılmalıdır). Əgər sizin diskini GPT dirsə o zaman mktable gpt əmrindən istifadə edin.

7

5. mkpart əmrindən istifadə edərək əsas(primary) partition yaradaq.

 (parted) mkpart primary  1MB 300MB
  • Burada primary əsas partition yaratdığımızı göstərir.
  • 1MB və 300MB isə yaradacağımız partitionun həcmini müəyyən edir.Təxminən 299MB
  • Partitionun başlanğıcı 0MB ilə başlaya bilməz.
  • Parted-də 1GB=1000MB bərabərdir.

Birdə swap partition yaradaq və print komandasından istifadə edib, sdb hard diskimizdə olan partitionlara baxaq.

(parted) mkpart primary linux-swap 350MB 800MB

8

Gördüyünüz kimi yaratdığımız partitionlar print komandası ilə ekrana gəldi. Burada gördüyünüz nömrələr partition nömrələridir. Əgər partitionu silmək istəsəniz, o zaman bu nömrədən istifadə etməlisiniz. Bildiyimiz kimi MBR disklərdə əsas(primary), genişləndirilimiş(extended) və məntiqi(logical) partition növləri vardır. Bu partition növləri barədə bu linkdən oxuya bilərsiniz. Linux 1-4 və ya 1-3 qədər olan nömrələri əsas(primary) partition üçün , 5-dən başlayaraq isə məntiqi(logical) partitionlar üçün nömrələyir. Siz parted komandasından istifadə edərək partitionu yüklənə bilən(bootable) partition kimidə edə bilərsiniz. Misal üçün:

(parted) set 1 boot on

9

Gördüyünüz kimi /dev/sdb1 partitionunu  yüklənə bilən(bootable) partition formatına gətirdik. Əgər bu xüsüsiyyəti ləgv etmək istəsəniz, yenə eyni qayda ilə  (parted) set partition_number boot off   komandasını yazmağınız kifayətdir.

Əgər hər hansı partitionu silmək istəsəniz, o zaman rm partition_number komandasından istifadə edə bilərsiniz. İndi test üçün sonuncu yaratdığımız swap partitionunu silək.

(parted) rm 2

106. Məntiqi partitionların yaradılması. MBR disklərdə 4 partition yaratmaq olar. Onlardan ilk üçü əsas partition, biri genişləndirilmiş, diğər partitionar isə extended partitionların içərisində yaradacağımız məntiqi partitionlardır. İndi nümünəyə baxaq ki , daha yaxşı aydın olsun.Tutaq ki, mən 6 partition yaratmaq istəyirəm. Bunun üçün 3 əsas partition yaradıram və diskdə qalan boş yer isə genişləndirilmiş partitiona təyin etməliyəm. Sonra məntiqi partitionları genişləndirilmiş partitionun içərisində yaradacam.

(parted) print

(parted) mkpart extended 701MB 2147MB

(parted) mkpart logical 701MB 1000MB                                     

(parted) mkpart logical 1001MB 1500MB

11 Bundan sonrada genişləndirilmiş partition çərçivəsində həcm yetənə qədər məntiqi partitionlar yarada bilərsiniz.

Bu qədər dostlar, bu məqalədə fdisk komandasından istifadə edərək məntiqi hissə yaratma, gdisk haqqında məlumat və  parted komandasından istifadə edərək partitionların yaradılma qaydasına baxdıq. Məqaləmizin 3-cü hissəsi fayl sistemləri haqqında olacaqdır.

Gələn görüşlərədək…

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın