Yay vaxtına keçid və onu ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat

Bu il Oktyabr ayının sonuncu Bazar günü müvafiq yeniləmə quraşdırmış əməliyyat sistemlərində Yay vaxtının ləğvi ilə əlaqəli uyğunsuzluq olmayacaq.
Məlum olduğu kimi hər ilin Mart və Oktyabr aylarının sonuncu həftəsinin Bazar günü müvafiq olaraq Yay vaxtına keçid və Yay vaxtına keçidin ləğv edilməsi həyata keçirilirdi.
Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində ölkə ərazisində Yay vaxtına keçid ləğv olunmuşdur. Bu qərar Yay vaxtına keçidə bir neçə gün qalmış elan edildiyi üçün ilk günlərdə informasiya sistemlərində (kompüterlərdə, serverlərdə, mobil telefonlarda, elektron elan lövhələrində, internet səhifələrində və s. ) vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdir.
Uyğunsuzluğun mərkəzləşdirilmiş qaydada Windows yeniləmələri (Windows Update) vasitəsi ilə aradan qaldırılması üçün Microsoft Korporasiyasına aidiyyəti məsələ üzrə müraciət edilmiş və qısa müddətdə müvafiq yeniləmə hazırlanaraq 10 May 2016-cı il tarixində istifadəçilərə təqdim edilmişdir. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay vaxtına keçid və ya onun ləğv edilməsi ilə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
Qeyd edilən yeniləmələri quraşdırmış istifadəçilər bu il və gələcəkdə Oktyabr və Mart aylarının sonuncu həftəsinin Bazar günü heç bir uyğunsuzluqla rastlaşmayacaqlar. Çünki yeniləmə quraşdırılmış sistemlərdə yay vaxtına keçid baş verməmişdi. Buna görə də yay vaxtının ləğv edilməsinə də ehtiyac qalmır.
Lakin pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də Windows yeniləmələri xidmətini söndürmüş istifadəçilər Oktyabr və Mart aylarında uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcəkdir ki, bu da həmin sistemlərdə saatların bir saat səhv göstərməsi ilə nəticələnəcəkdir.
Bu məlumatlarla tanış olaraq müvafiq yeniləmənin kompüterinizdə quraşdırıldığına əmin olmağı və lisenziyalı proqram təminatı istifadə etməyinizi tövsiyə edirik:
May 2016 DST update for Azerbaijan, Chile, Haiti, and Morocco in Windows
https://support.microsoft.com/en-us/kb/3153731
Daylight Saving Time Help and Support Center
https://support.microsoft.com/en-us/gp/cp_dst
How to List All of the Windows and Software Updates Applied to a Computer
https://social.technet.microsoft.com/wiki/contents/articles/4197.how-to-list-all-of-the-windows-and-software-updates-applied-to-a-computer.aspx
Əlaqəli suallarınız və ya başqa müşahidələriniz olsa aşağıdakı məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlamağınızı rica edirik.
Rəy və təkliflərinizi (feedback) bizimlə paylaşmaqdan çəkinməyin.
Təlimata əməl etməzdən əvvəl aşağıdakı tövsiyələri nəzərə almağınızı rica edirik:

  1. Yeniləmələr Microsoft Korporasiyası və yerli mütəxəssislərimiz tərəfindən uğurla sınaqdan keçirilib, işlək vəziyyətdədirlər (successfully tested and working). Bu və ya istənilən yeniləməni istehsalat mühitində quraşdırmazdan əvvəl hər ehtimala qarşı ehtiyat nüsxələrin (Backup) çıxarıldığına və onların işlək vəziyyətdə olduğuna əmin olun;
  2. Yeniləməni əvvəlcə sınaq mühitində (Test environment) quraşdırın, müvafiq sınaqlar aparın, nəticələrdən razı qaldıqdan və dəyişikliklərin təsirini təhlil edib müvafiq əməliyyat risklərini qiymətləndirdikdən (risk assessment) sonra istehsalat mühitinə (Production environment) quraşdırmağı planlaşdırın;
  3. İstehsalat mühitində istifadəçilərə və işgüzar proseslərə təsiri azaltmaq üçün (to minimize impact) yeniləmələrin quraşdırılmasın qeyri iş saatlarında (non-working hours) həyata keçirin.

Windows 10 üçün təlimat

Windows 10 əməliyyat sisteminin Anniversary Update versiyasından başlayaraq bütün yeni versiyalarda bu yeniləmə qurşadırılmışdır. Bu məsələ ilə əlaqəli əlavə heç bir yeniləmə quraşdırmağa ehtiyac yoxdur.
Windows 10 əməliyyat sisteminin digər versiyaları üçün nəzərdə tutulmuş yeniləmə müvafiq toplu yeniləmənin (Cumulative Update) içərisində təqdim olunmuşdur. Bu keçiddə daha ətraflı məlumat verilib:
http://windows.microsoft.com/en-us/windows-10/update-history-windows-10

dst001

Yeniləməni quraşdırmazdan əvvəl əməliyyat sistemində saat qurşağının vəziyyətini yoxlayın və (UTC +04:00) Baku dayandığına əmin olun. Əgər başqa saat qurşağı dayanıbsa bunu (UTC +04:00) Baku seçiminə dəyişin. Dəyişikliyi START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində edə bilərsiniz.

dst002

 

Yeniləməni quraşdırmaq üçün internetə qoşulu olduğunuza əmin olduqdan sonra START -> SETTINGS -> UPDATE & SECURITY bölməsində yeniləmələri yoxlamaq üçün Check for updates düyməsini basın. Əməliyyat sistemi müvafiq yeniləmələri tapıb sizin kompüterə quraşdırmağa başlayacaq. Əgər tapmazsa, onda Check online for updates from Microsoft Update seçərək, yenidən cəhd etməyinizi tövsiyə edirik. Lazım olan yeniləmə “Cumulative Update for Windows 10 … (KB3156421)” adlanır:

dst003

Yeniləmələrin quraşdırılması internet bağlantınızın sürətindən və kompüterin gücündən asılı olaraq 10-30 dəqiqə vaxt ala bilər.

dst004

Yeniləmə bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün kompüteri yenidən yükləməlisiniz (Restart).

Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.dst005

Kompüterin saatı vaxtı düz göstərdiyinə əmin olmağınızı tövsiyə edirik.

<< Windows 10 üçün olan təlimatın sonu >>

 

Windows Server və digər əməliyyat sistemləri üçün təlimat

 

Windows Server 2016 əməliyyat sistemində bu məsələ ilə əlaqəli heç bir yeniləmə quraşdırmağa ehtiyac yoxdur.

Aşağıdakı təlimat Windows Server 2012 R2 üçün hazırlamışıq, amma ona uyğun olaraq aşağıda qeyd olunan digər əməliyyat sistemlərində də yeniləməni eyni qaydada quraşdırmaq mümkündür:

  • Windows 8.1
  • Windows RT 8.1
  • Windows Server 2012
  • Windows Embedded 8
  • Windows Server 2008 R2 Service Pack 1 (SP1)
  • Windows 7 SP1
  • Windows Server 2008 Service Pack 2 (SP2)
  • Windows Vista SP2
  • Windows XP Embedded

Yeniləməni iki yol ilə quraşdırmaq mümkündür.

  • Windows Update vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik alırsa, onda növbəti yeniləmələr quraşdırılan zaman müvafiq yeniləmə sizin əməliyyat sisteminə Windows Update vasitəsi ilə avtomatik olaraq quraşdırılacaqdır. Bu yolu istifadə edirsinizsə, sizdən heç bir əməliyyat və ya quraşdırma aparmaq tələb olunmur. Sadəcə əmin olun ki, KB3153731 saylı yeniləmə uğurla quraşdırılıb, saat qurşağı (UTC +04:00) Baku seçilib, saat da vaxtı düz göstərir.dst005-01Bunu yoxlamaq üçün növbəti şəkildə göstərildiyi kimi, İdarəetmə panelində (Control Panel) baxa bilərsiniz.dst005-02
    1. Microsoft Download Center vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik almırsa, aşağıdakıları etmək lazımdır.

    Yuxarıda qeyd edilən ümumi tövsiyələrə əməl etmək və müvafiq yeniləməni yükləmək üçün bu keçidə gedin:

    https://support.microsoft.com/en-us/kb/3153731dst005-03

    Açılan səhifənin aşağı hissəsində hər bir əməliyyat sisteminin 32-bit və ya 64-bitlik versiyası üçün yeniləməni endirmək üçün keçid (download link) verilmişdir:dst005-04

    Lazım olan yeniləməni endirmək üçün müvafiq linkə gedin. Bu zaman aşağıdakı səhifəni görəcəksiniz. Orada olan məzmunla tanış olub Download düyməsini basmaqla müvafiq yeniləməni birbaşa serverə və ya başqa kompüterə endirə bilərsiniz:dst005-05

    Müvafiq yeniləmə faylı serverə endirildikdən sonra onun işə salmaq və bitməsini gözləmək lazımdır (Əgər yeniləməni başqa kompüterə köçürülübsə, onu müvafiq serverə köçürdüb, serverdə işə salmaq lazımdır). Yeniləmənin quraşdırılması tam avtomatlaşdırılmışdır. Quraşdırma bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün serveri yenidən yükləməlisiniz (Restart).

    Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra Control Panel -> Clock, Language and Region -> Set the time and date hissəsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.

  • dst005-06Serverdəki saatda vaxtı düz göstərdiyinə əmin olmağınızı tövsiyə edirik.

    << Windows Server və digər əməliyyat sistemləri üçün olan təlimatın sonu >>

Müəllif: Qaçay Mirzəyev

Şərhlər ( Yay vaxtına keçid və onu ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat )

  1. Təşəkkürlər Qaçay bəy.

Şərh yazın