CentOS/RedHat 7 WordPress’in quraşdırılması

Salam dostlar. Bu gün biz Linux əməliyyat sisteminin CentOS/Red Hat 7 distributivində WordPress’in qurulması qaydasını öyrənəcəyik.

WordPress nədir?

WordPress PHP və MySQL bazasında işləyən pulsuz və open-source olan content idarəetmə sistemi və ya veb saytların yaradılması üçün istifadə edilən alətdir. Matt Mullenweg və Mike Little tərəfindən 2003-cü illərdə yaradılmışdır. WordPress İT dünyasında veb saytların yaradılması üçün ən çox istifadə olunan alətdir(əsasəndə bloggerlərin üstünlük verdiyi), dünyadakı 10 milyondan çox olan saytların təxminən 26.4 % WordPress üzərindədir. WordPress veb serverin üzərində qurulur.Ümümiyyətlə wordpressi ilkin olaraq 2 halda istifadə oluna bilər. 1.Wordpress.com və 2.Wordpress.org . Birincə halda siz təyin edilən  limitlər çərçivəsində öz saytınızı qura bilərsiniz, ikinci halda isə saytın qurulması ilə əlaqadar hət şey sizə aid olur. Bu pul baxımdan, qurulacaq sayta mütəmadi olaraq göstərilən baxımlar və s kimi fərqlənir.Ətraflı olaraq wordpress haqqında buradan və comorg arasında olan fərqləri isə buradan  oxuya bilərsiniz.

WordPressin qurulması üçün lazım olan ilkin konfiqurasiyalar

  • Hostname : server2.intern.local
  • İP ünvan : 192.168.2.6
  • Apache və ya Nginx veb server
  • Php 5.6 versiya və ya ondan yuxarı
  • MySQL/MariaDB 5.6 versiyası və ya ondan yuxarı
  • Selinux/Firewalld deaktiv halda

Mən veb server olaraq LAMP stəkindən istifadə edəcəm amma bunun üçün ayrıca olaraq yazmayacam.LAMP veb servin quraşdırılmasını haqqında buradan baxa bilərsiniz.Sadəcə olaraq mən wordpress’in tam yüklənməsini təmin etmək üçün tələb olunan əlavə php modulları və mariadb’də wordpress’in bazasının qurulmasını göstərəcəm. Məncə bu qədər danışmaq kifayət edər. İndi isə quraşdırma işlərinə baxaq.

Selinuxun deaktiv edilməsi:

[[email protected] ~]# setenforce 0

Təhlükəsizlik divarının(Firewalld) deaktiv edilməsi:

[[email protected] ~]# systemctl stop firewalld

[[email protected] ~]# systemctl disable firewalld

Əgər siz firewalld əvəzinə iptables istifadə edirsinizsə, onda aşağıdakı kimi yaza bilərsiniz.

[[email protected] ~]# systemctl stop iptables

[[email protected] ~]# systemctl disable iptables

Tələb olunan php modullarının yüklənməsi:

[[email protected] ~]# yum -y install php php-mysql php-gd php-ldap php-odbc php-pear php-xml php-xmlrpc php-mbstring php-snmp php-soap curl

WordPress üçün bazanın yaradılması:

[[email protected] ~]# mysql -u root –p //root istifadəçisi üçün təyin ediyimiz parolu daxil edirik, hansı ki bunu LAMP steki yükləyəndə qeyd etmişdik

Enter password:

Welcome to the MariaDB monitor.  Commands end with ; or \g.

Your MariaDB connection id is 8

Server version: 5.5.50-MariaDB MariaDB Server

Copyright (c) 2000, 2016, Oracle, MariaDB Corporation Ab and others.

Type 'help;' or '\h' for help. Type '\c' to clear the current input statement.

MariaDB [(none)]show databases; // sistemdə olan bazaların siyahısına baxırıq

+--------------------+

| Database |

+--------------------+

| information_schema |

| ccnet-db |

| mysql|

| performance_schema |

| powerdns |

| seafile-db |

| seahub-db |

+--------------------+

7 rows in set (0.00 sec)

MariaDB [(none)]> create database wordpress; // wordpress adında baza yaradırıq

Query OK, 1 row affected (0.03 sec)

MariaDB [(none)]> show databases; // yenidən sistemdə olan bazalara baxsaq, wordpress bazasının yaranmış olduğunu görə bilərik.

+--------------------+

| Database |

+--------------------+

| information_schema |

| ccnet-db |

| mysql |

| performance_schema |

| powerdns |

| seafile-db |

| seahub-db|

| wordpress |

+--------------------+

8 rows in set (0.00 sec)

MariaDB [(none)]> grant all privileges on wordpress.* to [email protected]'localhost' identified by 'testpass';// testuser adında istifadəçi yaradıb, ona parol təyin edirik və wordpress bazasında görə biləcək bütün icazələri təyin edirik.

Query OK, 0 rows affected (0.09 sec)

MariaDB [(none)]> flush privileges; //istifadəçiyə verilən icazəni yeniləyirik

Query OK, 0 rows affected (0.04 sec)

MariaDB [(none)]> exit

Bye

Databaza ilə də olan işlərimizi bitirdik, indi isə wordpressin yüklənməsinə baxaq.
WordPress’in rəsmi saytından ən sonuncu versiyasının yükləyirik:

[[email protected] ~]# wget https://wordpress.org/latest.zip

Fayl yükləndikdən sonra arxivdən çıxarılması:

[[email protected] ~]# unzip latest.zip

Arxivdən çıxarılan faylın veb serverin əsas direktoriyasına kopyalayırıq. Bu direktoriya sizin təyin etdiyinizə görə dəyişə bilər.Mən özümə uygun bunu /apache direktoriyası etmişəm. Məqalənin əvvəlində LAMP veb serverin quraşdılması ilə olan hissədə(hansı ki bunu link olaraq yerləşdirmişəm) bu direktoriya /var/www/example.az/public_html direktoriyasıdır.

[[email protected] ~]# cp -rf wordpress /apache

Həmin direktoriyaya daxil olub, wordpress faylının icazə və sahibliyini apache olaraq dəyişdiririk.

[[email protected] ~]# cd /apache/

[[email protected] apache]# chmod -R 775 wordpress/

[[email protected] apache]# chown apache:apache wordpress/

İndi veb brozeri açıb, http://kompüterinin_ip_addresi//wordpress  yazandan sonra təxminən aşadakı kimi bir səhifə ilə qarşılaşacaqsınız.

image-1-wordpress-first

Indi Let’s go! Düyməsinə klik edib davam edirik və aşağıdakı məlumatları, öz sisteminizə uyğun əlavə edib submit edirsiniz.(Adətən 1-ci, 4-cü və 5-ci sətrlər olduğu kimi qalır.Burda olan istifadəçi adı və parol , baza yaradanda istifadəçiyə təyin etdiyini ad və paroldur)

2-duzgun

Bunda sonra gələn səhifədə RunInstall olacaq,  onu klik edəndən sonra aşadakı Welcome ekranı ilə qarşılaşacaqsınız.

3

Burada uygun olaraq sayt adını(Site Title), wordpressin admin panelinə daxil olmaq üçün istifadəçi adi(Username) və güclü parolu(Password), son olaraq isə emailizi yazıb install edirik.

45645

Və budur wordpressimiz də ugurla yükləndi 🙂

Yenidən saytımıza http://kompüterinin_ip_addresi//wordpress  yazmaqla daxil olsaq, onda demo olaraq aşağıdakı forma ilə qarşılaşacağıq.Əgər saytiniz inkişaf etdirmək istəsəniz admin panelə daxil olub, Customize Site edib, özünüzə uygun saytınızı qura bilərsiniz.

4

 

Bu qədər dostlar, bu gün biz wordpressi CentoS 7 əməliyyat sistemində uğurla yüklədik. Ümid edirəm ki, faydalı olacaqdır.

Gələn görüşlərədək…

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın