WDS serverin qurulması

Salam dostlar, bu mənim ilk məqaləmdir güman edirəm ki, işinizə yarayar. WDS Windows Deployment Services Microsoft tərəfindən şəbəkə üzərindən Əməliyyat Sisteminin yazılması üçün hazırlanmış role-dur. WDS Windows Server 2003-də Remote Services role kimi təqdim olunmuşdur. Amma Windows Server 2012 R2 biz bunu ayrıca WDS role kimi role-lər siyahısında görə və  qaldıra bilərik. WDS qurulması üçün Serverdə bəzi sazlamalar aparılmalıdır mən bunlarla sizi tanış edəcəm. Bunlara aşağıdakılar daxildir.

WDS qurulacaq server DC (Domain Controller olmalıdır) və ya Active Directory-nin üzvü olmalıdır. (DC -Domain Controller )
DNS server olan Serverin üzərində qurulmalıdır (Əgər kompüter DC-dirsə)
İP adresslərin əldə olunması üçün isə DHCP server olmalıdır çünki Əməliyyat Sistemini Boot etmək istəyən kompüterlər PXE-BOOT istifadə edirlər. (Buna görədə ya Şəbəkədə yada WDS qurulacaq Serverdə DHCP server olmalıdır).
• Bu role və ya WDS rolunu yükləmək üçün local Administrator ya da Domain Admin olmalısız. Bundan əlavə WDS server qaldırılacaq serverin HARD DİSKİ NTFS  tipində olmalıdır. Artıq quruluma keçə bilərik. WDS-in qurulumu sadə Server role-rının qurulumu kimidir. Windows Server 2012 R2 Server Manager açılır əgər o özü avtomatik açılmayıbsa,1-1Server Manger-də Add Rolese and Features  bölməsini seçirik. Bundan sonra Windows Server 2012 R2-yə role-rin yüklənməsi sehirbazı pəncərəsi açılır.

2

NEXT düyməsini sıxaraq bu pəncərəni atlayırıq. Sonrakı pəncərədə isə bizə  role hansı fiziki server və ya virtual maşına və yaxud da offline virtual hard diskə yazacağımızı soruşur.

3

Role-based or feature-based installation seçib NEXT vururuq.Sonra isə Bizdən fiziki serveri və ya Virtual hard diski seçməyi tələb edir biz  fiziki serveri seçirik  mənim serverimin adı  DC03.baki.local serveridir.Bunu seçdikdən sonra NEXT düyməsini vururuq.

4

Bu pəncərədə isə role-lər siyahısından WDS role-ni seçib NEXT düyməsini vururuq.

5

 

Burada isə biz Role-dan hansının qurulacağını təyin edirik. Biz burada heç bir dəyişiklik etmədən NEXT düyməsini vururuq.

6

 

Sonda Serverə qurulacaq role haqqında məlumat pəncərəsi gəlir. INSTALL düyməsini vurub qurulumun bitməsini gözlüyürük.

7

Qurulumuz bitdikdən sonra TOOLS bölməsinə WDS manager əlavə olunacaq.WDS manager seçdikdə aşağıdakı şəkildə ki kimi bir konsol menyusu açılacaq

10

WDS-sin sazlanmasını növbəti məqalədə izah edəcəm.Yeni məqalədə görüşənədək.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Natiq Hüseynov

Şərh yazın