Linux İperf komandası və praktiki nümünələr

Salam dostlar. Bu gün ki mövzumuz GNU/linux əməliyyat sistemlərində sistem inzibatçılarının və developerlərin istifadə etdiyi iperf ütiliti haqqında olacaqdır. İperf şəbəkənin test edilməsi üçün istifadə olunan utilitdir hansı ki  siz bu utilitdən istifadə edərək şəbəkə üzərindən TCP və UDP protokolları vasitəsi ilə məlumat əlaqələri yaradılması, şəbəkə sürətinin ölçülməsi, şəbəkə üzərindən məlumat ötürülməsi zamanı gecikmələrin analiz edilməsi və s, bir sözlə şəbəkə ilə əlaqadar olaraq bir çox statistikalardan xəbərdar ola bilərsiniz. Hazır ki versiyası iperf3-dür. NLANR/DAST təşkilatı tərəfindən inkişaf etdirilir.Linux, FreeBsd və Mac OS əməliyyat sistemləri tərəfindən dəstəklənir. Mən isə bü gün ənənəyə sadiq qalaraq CentOS/Red Hat distributivi üzərindən göstərməyə çalışacam.Ümümiyyətlə iperf3 ütiliti ilə şəbəkəni test etmək üçün iki ƏS’i gərəkli olacaqdır. Server və kliyent. Server hansı ki port’u  açıb gələn paketlərə qəbul etmək üçün gözləyəcək bir sözlə qəbul edici rolunda işləyəcək, kliyent isə paket göndərən rolunda olacaqdır.

Mənim mühitimdə olan ilkin konfiqurasiyalar.

Server

Hostname : babak.intern.local

İP ünvan : 192.168.2.5

Firewalld/Selinux : Aktiv/Deaktiv

Kliyent

Hostname : server2.intern.local

İP ünvan : 192.168.2.6

Firewalld/Selinux : Aktiv/Deaktiv

Iperf3 paketinin yüklənib, arxivdən çıxarılması və icra olunması

# wget   http://downloads.es.net/pub/iperf/iperf-3.0.6.tar.gz
# tar -zxvf iperf-3.0.6.tar.gz

# cd iperf-3.0.6
# ./configure

# make
# make install

Əgər icra edərkən hər hansı kompilerin olmaması kimi xəta verərsə, bu zaman aşağıdakı komandanı yazaraq problemi həll edə bilərsiniz.

# yum groupinstall “Development Tools”

Güvənlik divarı(Firewall) sazlamalarının edilməsi

# firewall-cmd --add-port=5201/tcp --permanent

# firewall-cmd --add-port=5201/udp --permanent

# firewall-cmd --reload

Yuxarıda göstərilən addımları həm server və kliyent kompüterdə edirsiniz.

İperf3 paketi hər iki sistemə yüklənib, göstərilən sazlamalar edildikdən sonra serverdə iperf3 –s komadası vasitəsi ilə portu açıb, kliyentdən gələn əlaqəni gözləyək.

[[email protected] ~]# iperf3 –s

iperf1

Bu komandanı yazdıqdan sonra kliyent komputerə keçib əlaqəni yoxlayaq.

Qeyd: iperf3 –s komandasını yazdıqdan sonra bu interaktiv modda gözləyir və sizə shell mühitində başqa əmr yoxlama imkan vermir(Çünki kliynetdən gələn əlaqəni gözləyir). Arxa fonda işləməsi və sizə bir maneçiliyi toxunmamağı üçün iperf3 –s –D əmrindən istifadə edə bilərsiniz.

[[email protected] ~]# iperf3 -c 192.168.2.5

iperf2

Burada isə biz kliyent komputerdən serverin ip’sini yazaraq şəbəkə sürəti və digər parametrlər haqqında məlumat əldə etdik. Buradan görə bilərik ki, bizim TCP üzərindən(susmaya görə) şəbəkə sürətimiz təxminən 1.15Gbits.sec bərabərdir. Hər saniyədə təxminən 140 Mbytes məlumat ötürülə bilər. Nə qədər paket göndərildi və ya qəbul edildi kimi informasiyaya baxa bilərik.

[[email protected] ~]# iperf3 -c 192.168.2.5 -P 4

Xüsüsiyyətindən istifadə edərək paralell olaraq qəbul ediciyə neçə dəfə müraciət olunacağını bildirir.

Siz həmçinin UDP protokolundan istifadə edərək performansı yoxlaya bilərsiniz, bu zaman əlavə parametrlərdə görəcəksiniz. Aşağıdakı kimi :

[[email protected] ~]# iperf3 -c 192.168.2.5 -u

iperf3

Əgər çıxışa diqqətlə  baxsanız UDP üçün sender və ya  receiver informasiyası dəqiq verilməyib. Ona görə TCP güvənilirli, UDP isə güvənilməyən protokoldur. Amma burada bizə məlum olmayan Jitter Lost/Total Datagrams kimi məlumatlara rastladıq. Gəlin onları izah etməyə çalışaq.

Jitter paketlərin gecikmə vaxtını göstərir.

Lost/Total Datagrams isə ümüi ötürülən paketlərdən neçəsinin itdiyini bildirir

iperf3 utilitini diğər faydalı xüsüsiyyətləri.

-V –verbose : ətraflı məlumat göstərir

-R –reverse :  Əgər kliyent təyi etdyiniz tərəfdə yazırsınızsa bu zaman kliyenti server ilə, server isə kliyent ilə yerini dəyişərək statistanı göstərir

-t –time n: yoxlamanın neçə saniyə olmasını təmin edir

-b –bandwidth n[KM] : hədəf sürəti n bits/sec ilə təyin  etmək üçündür(UDP üçün susmaya 1 Mbit/sec , TCP üçün isə limitsizdir).

-n –bytes n[KM]: neçə baytın ötürülməsini təmin edir.(saniyənin əvəzinə)

-k –blockcount n[KM]: ötürüləvək blokların sayını təyin edir(saniyə və baytın əvəzinə)

Əslində iperf3 kiçik bir utilitdir amma çox faydalıdır.Həmçinində tez bir zamanda yüklənib istifadə edilə bildiyi üçün rahatdır.

Belə dostlar. Bu günlük bu qədər.

Gələn görüşlərədək …

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın