SQL anlayışı, SQL nədir?

SQL anlayışı

Müasir dövrdə SQL-proqramlaşdırma dilləri arasında ən vacib və ən lazımlı dillərdən sayılır. Belə ki, VBİS (Verilənlər Bazasının İdarəetmə Sistemləri)- MySQL, PostreSQL, və Microsoft SQL Server istifadəsi geniş yayılmışdır, hətta VBİS SQLite Android və Apple mobil cihazlarında da böyük əhəmiyyət kəsb edir.

System R və İBM – bu dildən (VBİS R) ilk olaraq 1974-cü ildə İBM öz layihəsi üçün istifadə etmişdir. Əvvəl bu dil SEQUEL(Structured English Query Language) adlanırdı, daha sonra isə bizim adət etdiyimiz SQL kimi adlanmağa başladı.

VBİS yerinə yetirdiyi əməliyyatlar:

·  verilmiş kriteriyalar üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir;

·  VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır;

·  VB-dan informasiyalar çapa verir;

·  VB-na yeni informasiyalar daxil edir;

·  VB-da saxlanılan informasiyaları redaktə edilməsinə icazə verir.

VBİS yaradılmasının əsas məqsədi istənilən istifadəçinin bu dildən rahat şəkildə istifadə edə bilməsi idi. O zamanlar SEQUEL yeganə dil deyildi. Belə ki, Kaliforniya Berkli Universitetində VBİS İngres yaradılmasına baxmayaraq bu o zaman üçün öz rəqibləri arasında elə də güclü dil sayılmırdı. Əsas mənfi cəhəti isə özünün QUEL dilində sorğular yazması idi. Daha sonra isə funksiyalarına görə SQL/DS və DB2 dilləri yaradılmışdı.

Oracle, İnformix və Sybase şirkətləri isə SQL dilinin inkişafı üçün İBM şirkətindən fərqli üsullardan stifadə etdilər. Əsas fərq isə altsorğuların və bir neçə əlaqəli sorğuların dəyişdirilməsinin mümkünsüzlüyü idi. 

SQL öz inkişaf səviyyəsinə görə şirkətlərdə, banklarda və s. yerlərdə yadda saxlanılan məlumatların çoxluğunu, istifadə olunan  digər proqramları, əməliyyat  sistemlərini nəzərə alsaq, müasir vaxtda Oracle şirkətinin yaratdığı VB daha çox istifadə olunur. Belə ki, Oracle şirkətini 2 şirkətlərlə müqayisə etmək olar – Microsoft SQL Server və İBM DB2. Microsoft şirkətinin yaratdığı baza üçün əsas xas cəhət onun digər başqa sistemlərdə (Linux,Unix) run olmamasıdır. DB2  isə istənilən sistemlərdə run oluna bilər. Oracle-ın üstün cəhəti isə rahat istifadəsi, digər proqramlarla (Tools) paralel işlədikdə problem  yaratmamasıdır.

Oracle Tools:

·  Oracle SQL

·  SQL by ANSİ (American National Standarts İnstitute) 

·  Oracle  SQL*Plus Command Line İnterface

·  SQL developer

SQL Developer isə GUİ-style sayılır. Bunu baza ilə rahat işləmək üçün istifadə etmək olar (görünüş cəhətdən). Bura isə aiddir:

·  Oracle Jdeveloper

·  Oracle Application Express

·  SQL Workshop

 

 

sekil1

SQL 4GL sayılır. Yuxarıdakı şəkildə fikir versək görərik ki, 1GL maşın dili səviyyəsində olduğu halda, 4 GL daha anlaşıqlı dil sayılır. Nəzərə almaq lazımdır ki, VB static deyil və istifadəsi zamanı dəyişir, gündəlik məlumatların daxil olması nəticəsində isə həcm genişlənir. 3GL aid olan dillər isə VBİS ilə işləmək üçün yenə də SQL sorğu dilindən istifadə edirlər.

 

sekil2

Öz  komputerimizdə baza quraşdırarkən (Oracle DB 11g Release 2 və ya Oracle DB Express Edition 11g Release 2) test məqsədli Oracle-ın üzərində gələn userlər HR (Human Resource Schema) və Scott-dur. Oraclın bütün sualları HR sxeması (bu həm də user sayılır) üzərində qurulmuşdur. Bəzi obyektlər (Table View, Sequence,Function,Trigger və s.) bu sxemaya aiddir, digərləri isə (User, Roles, Privileges, Data dictionary və s.) aid deyil. Bu haqda daha sonra ətraflı danışacayıq. HR sxemasını hansı cədvəllərdən ibarət olduğunu aşağıdakı şəkildə görmək olar.

 

sekil3

Bu şəkildə cədvəllər arasında əlaqəni çəkilmiş xətlərlə görmək olar. Belə ki, Regions-Countries ilə, Countries-Location ilə, Locations-Departments ilə, Departments  isə həm Employees və Job_History ilə və s. əlaqəli olduğunu görmək olar. Belə modeli qurarkən məntiqi ardıcıllığı nəzərə almaq vacibdir. Məs, hər hansı X department hansı Locationda  yerləşir, həmin Location hansı Countredə yerləşir, həmin ölkə hansı Regionda yerləşir.

Ümumiyyətlə, Oracle bazasını quraşdırarkən 5 parametr tələb olunur.

1.        Login

2.        Parol

3.        VB olduğu komputerin adı və ya İP adresi

4.        Port nömrəsi (standart “1521”)

5.        Oracle bazasının adı (SID)

SQL sorğularını SQL Plus əmrləri vasitəsilə də yazmaq mümkündür.

sekil4

Bunun üçün cmd.exe vasitəsilə ilk olaraq sqlplus yazılır. Növbəti mərhələdə isə sys as sysdba və ya sys as / sysdba yazaraq sistemə daxil olmaq olar. Parol əvəzində isə Enter basmaq kifayətdir. Növbəti dərslərdə SQL Plus ilə SQL Developerin fərqlərini, hansının istifadəsi daha əlverişli olduğu geniş izah edəcəyəm.

Ümumi olaraq, SQL sorğu dilini aşağıdakı kimi ümumiləşdirmək olar.

 sekil5

Burada, DDL(Data Definition Language)-yeni cədvəli yaratmaq, onun strukturunu dəyişmək üçün istifadə olunur və avtocommit sayılır (gələn dərslərdə bu haqda danışacayıq). DML (Data Manipulation Language)-cədvəlin içərisində olan məlumatları dəyişməyə imkan yaradır. DCL (Data Control Language)- avtocommit sayılaraq, istifadəçilərə hüquqların verilməsini  və ya geri alınmasını təmin edir. TCL (Transaction Control)- DML vasitəsilə edilən dəyişiklikləri idarə etməyə (yadda saxlamağa, geri qaytarmağa) imkan verir.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Xayala İslamova

Şərhlər ( 4 )

  1. Xəyalə xanım, gözəl məqalə üçün təşəkkürlər. Axarlı olsun İnş Allah.

    Uğurlar.

  2. Uğurlar, Xəyalə xanım.

    Davamlı olmasını arzulayıram.

    • Chox sag olun.Insallah, SQL-i yeni oyrenmeye bashlayan dostlara komeklik meqsedi ile davamli movzular yazib,izahlar vermeye calisacam.

Şərh yazın