USB Flash Firmware Fix

Salam, bugün sizlərlə ilk məqaləmi paylaşacam. Paylaşacağım məqalə isə zədələnmiş usb flash disklər haqqındadır. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan flash disklər müxtəlif səbəblərdən dolayı, tez-tez xarab olur. Bunun əsaslı səbəblərindən biri isə flash disklərin keyfiyyətsiz və ya saxta olmasından dolayıdır. Tanıdığımız məşhur Kingston, Sandisk kimi vendorların adı altında müxtəlif usb 2.0, usb 3.0 flash disklər istehsal olunub satılır. Başıma gələn bir hadisədən yola çıxaraq mən bugün sizlərlə əslindən flash vendoru Toshiba olan, lakin özü Kingston usb 3.0  64gb-lıq aşağıda gördüyün zədələnmiş flash diski necə bərpa etdiyimin haqqında şəkillərlə addım-addım izah edəcəm.

İlk addım olaraq, Phison MPALL v5.03.0A-DL07 adlı utility tapıb yükləyirik. yüklənilər rar faylını extract edirik və zədələnmiş flash diskimizi kompyuterimizin usb portlarının birinə taxırıq. Faylın içərisində olan MPALL_F1_7F00_DL07_v503_0A  applicationı run edirik.

İlk addım olaraq Update düyməsinə klik edirik. Flaş disk artıq görünmüş olur. Daha sonra setting — ok düyməsinə keçid edirik.

faylı yüklə : usb firmware fix

 

Şəkildən göründüyü kimi Firmware info IC 2251-07 qeyd edilib bizdə buna uyğun olaraq settingdə Controlleri PS2251-07 seçib Do ISP buttonunu işarələyirik. Daha sonra Burner və firmware üçün sizə göstəriləcək bin fayllarını  Phison MPALL v5.03.0A-DL07  folderindən seçib save edib pəncərəni bağlayıb start edirik.

Nəticə olaraq flaş diskimiz artıq hazırdır. Bu kimi hallar yaşandıqda aşağıda qeyd olunan açar sözlərlə qarşılacaqsınız :

1. device not migrated

2. no media

3. Əməliyyat sistemində disk manager bölməsində diskin varlığını görəcəksiniz lakin həcmi fayl sistemi haqqında heç bir məlumat olmayacaq. Eyni qayda ilə diskpartda list volume və ya list disk etsəniz daha ətraflı nə baş verdiyinin şahidi olacaqsanız.

Bu yaşanan hallar sizin flaş diskiniz çipində firmware- in silindiyini göstəricisidir.

İstifadə olunan qaynaq saytlar  : http://flashdrive-repair.com  http://flashboot.ru http://usbdev.ru

Düşünürəm ki ən azından paylaşdığım məqalə gələcəkdə flash disklə bağlı yaranan bu hallarda işinizə yarayar.

Yeni məqalələrdə görüşmək üzərə.

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın