LAN Routing

Salam dostlar, bu mənim ilk məqaləmdir. Ümid  edirəm ki, işinizə yarıyar. Windows Server 2012R2  özəlliklərindən biri də onun eyni zamanda bir növ router funksiyasını yerinə yetirə bilməsidir. Biz bilirik ki, router müxtəlif şəbəkələrdə olan komputerlərin bir-birilərini  “görməsini” təmin edir. Serverə  məhz belə bir  funksionallığı  “Remote Access” role à Lan Routing  konfiqurasiya  etməklə  verə bilərik. Bunun üçün Lab şəraitində müxtəlif şəbəkələrdə yerləşən iki computer və router özəlliyi daşıyacaq olan serverin olması kifayətdir.  Nümunə üçün aşağıdakı kimi ip konfiqurasiya edilə bilər.

DC01

192.168.1.1

 255.255.255.0

192.168.1.5

DC02

10.10.10.1

255.255.255.0

10.10.10.5

 LanServer

DC01 və DC02  komputerlərin olduğu şəbəkə kartları əlavə olunur və uyğun şəbəkə kartında ip adress olaraq yuxarıdakı default gateway adresslər  yazılır. Indi  isə Serverdə aşağıdakı ardıcıllıqları yerinə yetirməliyik.

  1. .        Add Roles and Features bölməsindən “Remote Access ” seçirik.

2. Açılan pəncərədə next edirik.

3.Bu pəncərədə isə Routing və  DirectAccess and VPN (RAS) seçib, next edirik. 

      4.Web Server Role (IIS) və Role Services bölmələrini next edib, Confirmation bölməsində install etməklə  “Remote Access” role yükləməsini bitirmiş oluruq.

    Yükləmə uğurla tamamlandıqdan sonra Tools bölməsindən Routing and Remote Access seçirik.  

     1.Açılan pəncərədə “Configure And Enable Routing and Remote Access” seçib, davam edirik.

     2. Next edirik.

  3.Bizə “Lan Routing” lazım olduğu üçün “Custom configuration” seçib, next edirik.

    4.  Burada biz “LAN routing” seçib, next edirik.

 

   5. Açılan pəncərədə Finish və daha sonra start Service edirik.

Bununla da “Lan Routing” confiqurasiyasını bitirmiş olduq. Növbəti məqalələrdə görüşənədək.

Səs: +20. Bəyənilsin Zəifdir

Şərh yazın