VMware Workstation vasitəsilə Virtual maşının yaradılması

Salam əziz dostlar. Bu gün sizə virtual maşınların yaradılması üsulunu göstərəcəm. Bunun üçün bizə nə lazımdır?!

1.VMware Workstation hansı versiyasını istəyirsinizsə yükləyirsiniz.

http://www.vmware.com/products/workstation/workstation-evaluation.html

2. İSO fayl və ya Əməliyyat sistemi diski.

https://www.microsoft.com/en-us/evalcenter/evaluate-windows-10-enterprise

Mən bu gün sizə İSO fayl üzərində sistemin yazılmasını göstərəcəm.

1-ci proqramı açırıq daha sonra işarə etdiyim xanaya yəni Create a New Virtual Machine-yə daxil olub Next-edirik:

Gördüyünüz kimi iki seçimimiz var:

1-ci Əməliyyat Sistemini Format diski ilə yaza bilərik.

2-ci ilə İSO fayl ilə. Bu gün İSO fayl ilə sistemi yazacağıq.

Burada Browse edib İSO faylımızı seçib next edirik.

Next edib. Qarşımıza çıxan pəncərəni Yes edirik.

Burada Maşınımıza ad verib hansı qovluqda yerləşəcəyini təyin edirik. Mən dəyişiklik etmirəm.

Bu xanada isə virtual maşının Sərt diskinizin tutumunu qeyd edirsiniz.60 GB götürürəm.Next edirik.

Bu pəncərəni Finish edirik.

Finish etdikdən sonra bu pəncərə açılır. 

Buradan Power on this virtual machine- seçib. Sistemi yazmağa başlayırıq.

Açılan pəncərədə isə sisteminizə uyğun seçib edirsiniz.Əgər sisteminiz 32 bitdirsə,x86.64 dürsə x64 seçirik. Mən sistemimə uyğun x86 seçirəm. Next edirəm.

Gördüyünüz kimi ƏS-mi yüklənmək üzrədir. Yüklənməsi bir az zaman alır.

Sonunda isə Restart gedir bu pəncərə açılır. Buradan işarə etdiyim yeri seçirik.

Sonundə Windows 7 pəncərəsi açılır. 

Təbii ki təkcə Windows 7 yox Xp/Vista/8/Server və.s kimi Əs-ləri yaza bilərsiniz. Dostlar bu məqalənində sonuna gəldik ümid edirəm ki, yararlı bir məqalə oldu… Sağolun gələn məqalələrdə görüşənədək.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Saleh Xalafli

Şərhlər ( VMware Workstation vasitəsilə Virtual maşının yaradılması )

  1. Salam.  Təşəkkürlər, yeni başlayanlar üçün lazımlı mövzudur.

Şərh yazın