Windows Server 2016 : HA | Failover Clustering -2

Əziz Dostlar,

Bu mövzumuzda  Failover Clustering qurulumunu gerçəkləşdirmədən öncə yeni başlayacaq dostlarımız üçün bəzi texniki terminlərin açıqlmasını gözdən keçirəcək və laboratoriya mühiti ilə tanış olacağıq.

Cluster Nədir ?

Ümumi baxdığımız zaman Cluster kəliməsi geniş mənaya sahib olduğu üçün biz məsələyə server tərəfdən yanaşacağıq. Azərbaycan dilində açıqlaması bir az çətin olan bu kəlimə texinki olaraq aşağıdakı anlamı daşıyır.

– Servislərin kəsintisiz xidmət göstərməsini təmin etmək üçün ayrı-ayrı serverlərin və yaxud servislərin birləşərək eyni anda tək servis kimi xidmət göstərməsini Cluster və yaxud Server Cluster adlandıra bilərik.

– Və yaxud  aşağıdakı şəkildən Failover Clusterin izahını  daha aydın qavaraya bilərik. Bəli Clusterin məntiqi çox sadədir. Bir əldə beş qarpız yerinə bir neçə əldə bir və yaxud daha çox qarpızı tutmaq. Burdakı hədəf bütün yüklərin tək server vasitəsilə daşınması yerinə bu yüklərin bir neçə server tərəfindən daşınmasına nail olmaqdır. Bununlada biz həm yüklərin paylaşılmasına, performans artımına, eynilədə yaşancaq problemlər  zamanı xidmət kəsintisini minimallaşdıraraq daha sağlam bir infrastruktura  nail olmuş oluruq.

Qardaşdan xəbərsiz illərdir bu şəkili istifadə edirəm, bir gün gəlib patent hüquqlarını tələb etməsə yaxşıdır :).

Failover Clustering xidmətində bəzi anlayışları diqqətinizə çatdırmaq istərdim (Şəkil 1).

a) NODE – Bu anlayış Cluster mühitinə daxil olmuş üzvlərə  (Server və s. təyinatına görə dəyişə bilər) verilən addır. Node01, Host01 dediyimiz anlayış Server01 anlayışıdır. Sadəcə texniki olaraq adlandırma bu şəkildədir. Nodlar əsasən Active/Passive olaraq iki yerə bölünür. Adından da göründüyü kimi Nodun bir Cluster mühitində tam  xidmət göstərərkən digəri hər hansı bir fail anında xidməti öz üzərinə alacaq Passive modda gözləyən Noddur.  Microsoft tərəfdə artıq Nodlar Active/Active xidmət modunu dəstəkləməktədir.

b) LUN (Logical Unit Number) – Günmüzdə LUN-lara qarışılıq gələn ən sadə örnək virtual disklərdir.  Storage üzərindən Serverlər üçün ayırdığımız disk hissələridir. Normal komputerinizdəki mövcud olan tək HDD-ni bir neçə partitiona ayrımaq kimi. Şəkildəndə göründüyü kimi Storage tərəfdə görünən LUN A = Server tərəfdə E diskidir.

c) World Wide Name (WWN) – Mac adrselərinə bənzədə bilərsiniz. Unikal olan bu adreslər vasitəsilə hansı LUN-ların hansı serverlərə göndəriləcəyini təyin edə bilərik. Eynilə bu yöntəmlədə bir növü kiçik həcmli təhlükəsizlik tədbiri almış oluruq. Aşağdakı şəkildə qırmızı çərçivə daxilində WWN idlərini görə bilərsəniz. Bu qurğuya gəldikdə isə Host Bus Adapter (HBA) adlandırılır.  Storage Are Network mühitində istifadə etdiymiz qurğulardan biridir, tək və bir neçə portlu ola bilər. Sectorda İSCSI HBA-larda mövcuddur.

d) MPIO (Multipath I/O) – MPİO-nu NİC teaming-ə bənəzədə bilərik. Default olaraq Windows Server ƏS-ləri üzərində mövcud olan bu xüsusiyyətin bizim üçün faydası nədir ?. Xidmət kəsintisini minamallaşdırmağı hədəflədiyimiz üçün  Server və Storage arasında kəsinti yaşanmasın deyə serverlər üzərinə bir neçə HBA əlavə edə bilərik. Bu zaman Storage tərəfində yardacağımız LUN-ları hər iki HBA üzərindən serverlərə göndərməliyik. İki HBA və yaxud yuxarıdakı şəkildə gördüyünüz kimi iki portlu HBA üzərindən LUN-lar Nodlara göndərilən zaman sistemdə iki ədəd disk yaranacaq. Reallıqda isə bu bir ədəddir. Bu tip problem yaşanmasın deyə MPİO aktivləşdirilməldir. Təbii olaraq MPİO-nu bu qədər bəsitləşdirə bilmərik. Bu xüsusiyyət vasitəsilə eynilə  NİC teaming-də qazandığımız Fault Tolerance və Load balancing və s. kimi əsas imkanlarıda qaznmış olacağıq (əslində hədəf budur).

e) İSCSİ (Internet Small Computer Systems Interface) : SCSİ  əmrlərini  bu protokol vasitilə TCP/İP üzərindən daşıya bilirik. Bunun vasitəsilədə eyni SAN-da olduğu kimi LAN üzərindən də Storage və Serverlər arası block level data mübadiləsini həyata keçirə bilirik. Bu anlayışlar daxilində istifadə olunan  Target və  İnitiator kəliməsinə xüsusi diqqət yetirmənizdə fayda var. Yeni başlayanlar üçün qarmaşıqlıq yaranmasın deyə Target=İSCSİ Storage,  İnitiator=İSCSİ Client şəklində yaddaşda saxlaya bilərsinz.

f) HeartBeat (HB)= Hərfi olaraq qəlb döyüntüsü adlanan bu mexanizmin hədəfi Nodların ayaqda olub-olmadığını nəzarət altında tutmaqdır. Cluster mühitində önəmli yerə malikdir.

Hələlik  texniki anlayışlarla bağlı mövzumuza yekun vuraraq laboratoriya mühiti ilə tanış olaq. Kiçik həcmli laboratoriya mühitində 2-Noddan ibarət olacaq Failover Clustering xidmətinin qurulumu üçün aşağdakı şəkildə laboratoriyamızı sazlayırıq.


Laboratoriyamızda 1 ədəd Domain Controller, 1 ədəd İSCSİ Target yəni Storage və 2 ədəd Failover Clustering xidmətinin qurulumu üçün Serverlər yer almaqdadır. Təbii olaraq real təcrübədə bu tənzimləmər daha qarmaşıq və professional şəkildə tənzimlənir. Bizim hədəfimiz maksimum sadə qaydada izahat verərək gənc dostlarımızın bu mövzunu rahat bir şəkildə qavramısını təmin etməkdir.

g) Şəbəkə kartları aşağdakı şəkildə  tənzimləyə bilərsiniz.

 

Əlavə olaraq HB & ISCSI şəbəkə kartlarının aşağdakı şəkildə  tənzimlənməsi məqsədəuyğundur.

Bu Labda HB tərəfində İPv6-dan yararlanmışıq (fe80). Daxili əlaqə üçün hər hansı bir statik ip-yə gərək yoxdur.

Ardı var…

 

Səs: +30. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Hocam biliyinə zehninə sağlıq.

  2. Əllərinə, zehninə sağlıq, qardaş.

Şərh yazın