RDP ilə şifrəsiz bilgisayara qoşulma

Hərkəsə salam. Bildiyimiz kimi eyni şəbəkədə olan ya da portu forward olan komputerə RDP ilə qoşulanda windows mütləq user parolunun olmasını tələb edir. Sizə bu məqalədə Remote Desktop (RDP) ilə “şifrəsiz komputerə” qoşulmanın yolunu deyəcəm. Bunun üçün RUN (”Win+R”) basıb axtarış yerində “Gpedit.msc” yazırıq. Açılan ağac budaqlı qovluqlardan “Windows Settings”, daha sonra “Security Settings”, sonra “Local Policies”, sonda “Security Options”a gəlib “Accounts: Limit local account use of blank password to console logon only” üstünə 2 dəfə klikləyib “Enable” seçənəyini dəyişib “Disable” edirik. Yəni Disable etməklə şifrəsiz qoşulma limitini deaktiv etmiş oluruq. Burada fikir verəcəyimiz yer isə bir üst yerdəki “Accounts: Guest account status”un mütləq “Enable” olmasıdır. Yoxsa şifrəsiz qoşulma mümkün olmayacaq.

Yol qısaca bu şəkildədi: gpedit.msc : Windows Settings/Security Settings/Local Policies/Security Options/Accounts: Limit local account use of blank password to console logon only-Disable.

Və ya alternativ olaraq Run–>Regedit-dən aşağıdakı dəyişiklik edə bilərik.

[Shell][HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Lsa][/Shell] [Shell] “LimitBlankPasswordUse”=dword:00000000[/Shell]

LimitBlankPasswordUse – 0. ayarını 1 olaraq dəyişə bilərik.

Rəsmi mənbə üçün KEÇİD.

Uğurlar…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın