FTP serverdə Active və Passiv rejim.

 FTP protokolu  ən köhnə protokollardan hesab olunur və kompyuter texnolgiyalarının ilkin mərhələlərində hətta meynfreymelərdə belə istifadə olunub.

FTP protokolu əlaqəni iki TCP kanal vasitəsi ilə həyata keçirir.
1) Command ( əmrlər və ya idarəetmə ) kanalı.
2) Data ( və ya faylların ötürülməsi ) kanalı.

Adından göründüyü kimi “command” kanalı əmrlərin ötürülməsi və həmin əmrlərə cavab üçün, “data” kanalı isə “data”nın ( və ya faylların ) ötürülməsi üçün istifadə olunur. Autentifikasiya da bu kanal üzərindən gedir.

Command ( və ya idarəetmə ) kanalı 21-ci port vasitəsi ilə həyata keçirilir. Data ( və ya faylların ötürülməsi) kanalı isə seçdiyimiz FTP rejimdən asılı olacaq. Əgər FTP serverimizi ACTIVE rejimdə istifadə etsək o zaman “data” ( və ya faylların ötürülməsi ) kanalı 20-ci portu istifadə edəcək. Yox əgər ki, PASSIVE mode seçsək o zaman “data” ( və ya faylların ötürülməsi ) kanalı random portu istifadə edəcək.

FTP Serveri iki rejimdə sazlaya bilərik.

ACTIVE FTP rejimi.
Active FTP rejimi daha əvvəldən mövcud olub və kompyuter illərinin ilkin vaxtlarında istifadə olunub.
Aşağıdakı şəkildə Active rejim FTP-ni sadə şəkildə vizual olaraq görmək olar.
1) İstifadəçi “ftp client” ilə özünün random portundan ( n>1023)  serverin 21-ci portuna qoşulur. PORT komandası vasitəsi ilə serverin ( faylların ötürülməsi üçün ) hansı porta qoşulacağını göstərir. Və bu port irəlidə “faylların ötürülməsi” üçün istifadə olunacaq və ilkin random portdan
(n+1 qədər) fərqli olacaq.

2) Server 20-ci portdan klientin ( faylların ötürülməsi üçün ) göstərdiyi random porta  (n+1)  qoşulacaq. Qoşulma təsdiqləndikdən sonra fayllar bu kanal vasitəsi ilə axacaq.

PASSIVE FTP rejimi
Passive FTP rejimində də klient tərəf Serverin 21-ci portunda yəni “əmrlər kanalında” əlaqə yaradır. Bu dəfə PORT əmri əvəzinə PASV əmri göndərir. PASV əmri sadə dildə desək serverdən “data” ( və ya faylların ötürülməsi)  kanalını açmaq üçün port istəyir.

Aşağıdakı şəkildə PASSIVE rejim FTP-ni sadə şəkildə vizual olaraq görmək olar.
1) Klient random portdan serverin 21-ci portuna qoşularaq PASV əmrini ötürür. Server cavabında fayl mübadiləsi üçün hansı portu açdığını cavab olaraq göndərir.
2) Klient başqa random portdan (n+1)  serverin cavab verdiyi random porta qoşulur. Əlaqə qurulduqda fayllar mübadiləsi başlayır.

Dediklərimizdən belə bir haşiyə çıxmaq olar ki, Active və Passive FTP rejiminin iki əsas fərqi var.

1) Data ( və ya faylların ötürülməsi ) kanalı rejimdən asılı olaraq fərqli portlarla işləyir.
2) Passive rejim FTP-də klient tərəf hər iki əlaqəni özü başladır. Active rejim FTP-də isə “Data” ( və ya faylların ötürülməsi ) kanalı server tərəfindən başladılır.

Ümid edirəm az da olsa nə isə öyrənə bildiz.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Amir Damirov

Şərhlər ( FTP serverdə Active və Passiv rejim. )

  1. Autentifikasiya Command kanalı üzərindən gedir *

Şərh yazın