Wunderlist

Bir çox hallarda işlərin plansız aparılması, öz inkişafımızla bağlı planımızın formalaşdırılmaması və ya “sonraya” saxlanılması vaxtdan səmərəsiz istifadə ilə nəticələnir. Hətta bir günün içində etməli olduğumuz işlər, telefon zəngləri, şifahi müraciətlər və s. bir-birinə qarışır. Günün sonunda, bəzən bir neçə gün sonra hər hansı işi unutduğumuzu xatırlayırıq. Bu kimi problemlər yalnız iş prosesində deyil, eləcə də şəxsi inkişafımızla bağlı məsələlərdə qarşımıza çıxa bilər. Məsələn sosial şəbəkələrdə, axtarış sistemlərində, texnoloji portallardan hər hansı birində, kitabda və ya digər bir mühitdə qarşılaşdığımız “mütləq bu barədə araşdırma aparmalıyam” dediyimiz bir fikir, termin, texnologiya və s. barədə qeydlər aparmadıqda unudula bilər. Bu kimi məsələlər yəqin ki, hər birimizin gündəlik rastlaşdığımız problemlərdi.

Həm fərd olaraq, həm də korporativ mühitdə tapşırıqların idarə edilməsi üçün müxtəlif sistemlər mövcuddur. Həm funksionallıq, həm lisenziya, həm idarəetmə cəhətdən bir-birindən fərqlənən rəngarəng sistemlərlə qarşılaşa bilərik.Bu məqalədə daha sadə və fərdi istifadə üçün faydalı olduğunu düşündüyüm Wunderlist barədə məlumat verəcəm. Ən vacib üstünlüklərindən biri həm web, həm mobil telefon, həm proqram təminatı olaraq kompüterlərə quraşdırılması imkanının olması və istifadəçi hesabına uyğun olaraq bütün avadanlıqlarda informasiyanın sinxronlaşdırılmasıdır.

Web üzərində istifadə etmək üçün www.wunderlist.com  ünvanından facebook, google, microsoft hesabları vasitəsilə və ya yeni hesab yaradaraq daxil olmaq mümkündür.

Qeyd olunan vasitələrdən biri ilə daxil olduqdan sonra aşağıdakı ekran forması ilə rastlaşırıq.

Şəkildə göstərildiyi kimi interfeysdə tapşırıqlar siyahısı yaratmaq, yeni tapşırıq yaratmaq, tamamlanmış tapşırıqlara baxmaq və s. mümkündür.

Yeni tapşırıq əlavə etdikdən sonra üzərində iki dəfə klik etməklə onun icra vaxtı, icra ilə bağlı xatırlatma edilməsi ilə bağlı saat və tarix, alt tapşırıqlar, qeydlər, fayl əlavə etmək və ya tapşırığı bağlamaq mümkündür. Tapşırığı bağlamaq üçün siyahıda qarşısındakı xanaya klikləmək də kifayətdir.

Yeni tapşırıq siyahısı yaradarkən onu bir neçə şəxslə paylaşa da bilərsiz. Paylaşım edilmiş siyahıya əlavə edilmiş tapşırıqlar üçün şəxslərdən birini icraçı təyin etmək mümkündür. Bunun üçün yeni siyahıya əlavə edilmiş tapşırığa iki dəfə klik etdikdə açılan pəncərədə Assign to əmri aktivləşir, ona kliklədikdə müvafiq şəxs siyahıdan seçilir.

Windows əməliyyat sistemində istifadə etmək üçün https://www.wunderlist.com/download/windows   ünvanından, mobil versiyasını isə Windows phone store, Google play və App storedan yükləmək olar.

Əlavə olaraq qeyd edim ki, eyni funksionallıqların bir çoxuna malik maşqa alətlər də mövcuddur. Məsələn Windows əməliyyat sistemində qeydləri aparmaq üçün Sticky notes və ya My To-Do List gadgetindən,web üzərində google keep və s. alətlərdən istifadə etmək mümkündür.

Növbəti məqalədə korporativ mühitdə istifadə oluna biləcək açıq qaynaqlı alətlətlərdən biri olan Redmine haqqında məlumat verəcəyik.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( Wunderlist )

  1. Bu gozel meqaleye gore teshekkurler Kenan bey.

Şərh yazın