BGinfo Tool`nu Group Policy üzərindən deploy etmək

Salam. Sizə BGinfo toolunu GP vasitəsi ilə istifadəçi və kompüterlərə tətbiq etməyi göstərəcəm.

Əvvəlcə BGinfo haqqında qısa bir məlumat verim.

Bəzən işlədiyimiz mühitdə istifadəçilərdə hansısa bir insident və ya problem  yaşandıqda və biz buna uzaqda qoşulma ilə müdaxilə etmək istədikdə istifadəçi bizə Hostname və ya İP address kimi məlumatları tapıb deyə bilmir. BGinfo toolu bu işimizi rahatlaşdırır.

 

İlk öncə BGinfo toolunu sazlayırıq.

  1. BGinfo toolunu yükləmək üçün Microsoftun rəsmi səhifəsinə keçid edərək endirə bilərsiniz. https://docs.microsoft.com/en-us/sysinternals/downloads/bginfo 
  2. Bginfo.exe faylnı yüklədiydən sonra \\servername\SYSVOL\domain.com\scripts bölməsinə yerləşdiririk və run edirik.

Fields bölməsindən biz istifadəçin ekranında hansı məlumatların görünməsini istəyiriksə onları üstünə klik edərək əlavə (Add) edirik və Apply edirik.

    3. Bütün sazlamaları bitirdikdən sonra File bölməsindən keçid edərək Save As edib Template`mizi \\servername\SYSVOL\domain.com\scripts direktoryasına Save edirik.

    4. Daha sonra GP uzərindən hazırladığmız template deploy etmək üçün script hazırlayırıq.

İlk öncə Notepad açırıq və scriptimizi aşağıdakı formada qeyd edirik notepada:

 

reg add HKU\.DEFAULT\Software\Sysinternals\BGInfo /v EulaAccepted /t REG_DWORD /d 1 /f

 

\\Servername\SYSVOL\Bginfo.exe \\Servername\SYSVOL\template.bgi /TIMER:00 /nolicprompt

Daha sonra Save as edərək file name sonunda .cmd əlavə edib \\servername\SYSVOL\domain.com\scripts direktoriyasına save edirik.

   5. İndi isə keçid edirik Windwos Serverimizdə Group Policy Managementə və scriptimizi deploy edirik.

İlk əvvəl yeni GPO yaradırıq. 

Daha sonra yaratdığımız yeni GPO`nun üzərində edit düyməsini sıxaraq açılan pəncərədə sazlamarı edirik.

Sazlamaları həm Computer, həm də User Configuration bölməsində etməliyik.

User Configuration > Policies > Windows Settings > Scripts (Logon/Logoff)

 

Computer Configuration > Policies > Windows Settings > Scripts (Startup/Shutdown)

Computer Configuation>Policies >Windows setting>Scripts bölməsinə keçid edərək scriptimizi Startup üçün təyin edəcəyik.

Startup bölməsinə kecid etdikdən sonra Add düyməsinə sıxırıq və ikinci pəncərə açılır, scriptimizi əlavə etmək üçün Browse edirik \\servername\SYSVOL\domain.com\scripts direktoryasında yaratdığımız scripti əlavə edirik.

 Artıq GPO hazırdır və Site, Domain və ya OU üzərinə deploy edə bilərik.

Mən nümunə üçün Domain səviyyəsində tətbiq edəcəm. 

Domain adının üzərində sağ düymə klik edərək Link an Existing GPO edərək açilan pəncərədə yaratdığımız GPO`nu seçirik.

 

GPO tətdbiq olunduqdan sonra artıq istifadəçilərin ekranında sizin təyin etdiyiniz məlumatlar görünəcəkdir.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Malik Alizada

Şərhlər ( BGinfo Tool`nu Group Policy üzərindən deploy etmək )

  1. Salam Məlik bəy çox anlaşıqlı məqalə alınıb yazan əlləriniz dərd görməsin.

    Uğurlar!!!

Şərh yazın