printJOB: internet və şəbəkə üzərindən çap

Problem haqqında:

Hal-hazırda çalışdığım şirkətdə bəzi əməkdaşlara qarşı tərəfin xəbəri /müdaxiləsi olmadan sənədləri çap etməyə ehtiyacı vardır. İnfrastruktur müxtəlif olduğundan (domendə kompyuterlər,domendə olmayan kompyuterlər, VPN olan və olmayan, PC və noutbuk istifadəçiləri) biz uzun zaman ərzində Google şirkətinin CloudPrint xidmətindən istifadə edirdik. İlk zamanlar bu həll məni qane etsədə sonradan mənə istifadəçi və istifadəçilərin texniki dəstəyi ilə məşğul olan əməkdaşlardan şikayətlər gəlməyə başladı. Belə ki hər bir komputeri ümumi sistemə qoşmaq üçün hər bir kompyuterin brauzerində yeqanə hesabdan daxil olunmuşdur. Nəticə olaraq Google Chrome istifadəçi məlumatların sinxronlaşdırır (bəli. Bu funksiyanı söndürmək olur.amma söndürməyə macal tapınca artıq gec olur), istifadəçilər hesabdan təsadüfən və ya bilərəkdən çıxır, öz hesablarına, poçt və bulud diskinə qirib təhlükəsizliyi riskə artırdı.

Yuxarıda qeyd olunmuş səbəblərdən mənə Novruz bayramı günlərində bu tip kompyuterlərin sayınının 2 dəfəyədək artacağı xəbəri gəldikdə mən bu səmtdə artıq addım atmaq vaxtının gəldiyi fikrinə gəldim.

Bu məqaləni yazdığım məqama mən artıq yeni printJob programının beta versiyasını sizə təqdim edirəm.

printJOB ilə hal-hazırda mümkün tapşırıqlar:

  • PDF və Word sənədlərin çapı
  • İnternet və daxili şəbəkə üzərindən çap

İşləmə mexanizmi

  • Çap vermək üçün “printJOB Executor.exe” faylın icra edib pəncərədə siyahıdan kompyuteri seçərək faylı seçmək lazımdır. Çap verdikdə sənədin adı, çap olunacaq mağaza adı,çap statusu, tapşırığın yaradılma tarixi və saatı və sənədin özü haqqında məlumat MySQL məlumat bazasına daxil edilir.
  • Eyni zamanda işçi kompyuterində işləyən “printJOB CLient” icra faylı müəyyən periodiklik ilə (hər 2 dəqiqə) MySQL məlumat bazasın ona aid çap işlərin olub-olmadığını yoxlayır, öz “son aktiv” tarix-vaxtın yeniləyir. İş olduğu halda fayl həmən sistemdə olan standart printerdən çap olunur.
  • Eyni zamanda serverdə işləyən “printJOB Server” icra faylı müəyyən periodiklik ilə (hər 2 dəqiqə) MySQL məlumat bazasında son 5 dəqiqə ərzində aktiv olmamış (yəni branch_list.last_active sütununda özünə aid xananı yeniləməmiş) kompyuterlərin “branch_list.a_status”-un deaktivləşdirir.

Planlaşdırılan funksional:

  • şəkil çapı – hal-hazırda yalnız “.PDF”/”.DOC”/”.DOCX” çap vermək olsa da digər “JPG/JPEG/BMP/PNG” formatların əlavə olunması planlaşdırılır.
  • işçi maşını verifikasiyası – çap olunacaq maşının daha inkişaf olmuş verifikasiyası.

Nümaiş


alt text alt text

Repozitori GitHub saytında bu link üzrə yerləşir.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Omar Bayramov

Şərh yazın