Task Managerdə GPU performance pəncərəsi

Salam. Deməli informativ məlumatı sizinlə bölüşmək istəyirəm.Windows 10 da gələn yeni bir funksiya (Task managerdə GPU performance) varki çoxumuz bunu aktivləşdirməyə çalışırıq içi mən qarışıq. Düzdü maraq üçün olan funksiya olsada çoxdan aktivləşdirməyə çalışırdım amma aktivləşdirə bilmirdim nəhayət aktivləşdirməyin yolunu tapdım amma təssüfki həmin üsul komputerimdə işləmədi çünki bunun üçün bəzi tələblər var. Deməli ilk tələb WDDM version 2.3 dən böyük olmalıdır. mənim komputerimdə gördüyünüz kimi 1.3 versiyası olduğu üçün bu driverin versiyasını qaldırmaq üçün çox çalışdım nəhayət bir neçə üsul tapdım hamısını yoxlasamda heç biri versiyanı qaldırmağa kömək olmadı. nəhayət bunun səbəbini tapdım.  deməli yuxarıdakı şəkildə (dxdiag pəncərəsində) gördüyünüz driver version 15.301.1901.0 qeyd olunub ikinci şəkildədə göründüyü kimi birinci rəqəm wddm driverin versiası barədə məlumat verir.  gördüyünüz kimi mənim driverim 15 ilə başlayır və cədvəldədə 15 wddm 1.3  ə uyğun gəlir odurki 23 ilə başlayan driveri yükləmək lazımdırki bu funksiya işlək olsun. komputerimin videokartı köhnə olduğu üçün ən son driver 15 ilə başlayan versiadır.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elshan Rasullu

Şərh yazın