System Center Operations Manager – SCOM qurulumu, 1-ci hissə

Salamlar hərkəsə, SCCM məqalələrinə davam edərək yeni bir məqalələr seriyasına daha başlayıram. Bu məqalələr seriyasında SCOM-un arxitekturası, qurulumu, tənzimlənməsi, digər həllər və eyni zamanda buludla inteqrasiyası haqqında danışacağam. SCOM System Center məhsul ailəsinin İT infrastrukturunun monitorinqi üçün nəzərdə tutulmuş həllidir. SCOM vasitəsilə biz infrastrukturumuzda olan fiziki server-lər, əməliyyat sistemləri, şəbəkə avadanlıqları, hər-hansı xüsusi proqram təminatı və eləcə də web tətbiqləri monitorinq edə bilərik. SCOM -un qurulumuna keçməmişdən öncə ilk olaraq arxitektura və terminologiya haqqında danışmaq istəyirəm.  Aşağıdakı şəkildə əsas SCOM arxitekturasının elementləri göstərilmişdir:

Management Server. SCOM, tərəfindən monitorinq olunan bütün avadanlıqları məntiqi olaraq Management Group(müqayisə üçün bunu Active Directory Forest kimi başa düşə bilərik) daxilində birləşdirir. Management group SCOM arxitekturasının məntiqi elementi və təsir dairəsidir. SCOM qurulumu zamanı yeni bir management group yaradılır. Qurulum zamanı qurulan digər SCOM elementləri həmin management group-a daxildir və həmin management group daxilində xidmət edir. Management Server – management group-u və onun digər komponentlərini idarə etmək, agentlər və verilənlər bazaları arasındakı əlaqəni təmin etmək kimi funksiyaları yerinə yetirən SCOM arxitekturasının əsas elementidir. Management group -daxilində birdən çox management server ola bilər. Sonrakı qurulan management server-lər management server üzərindəki yükün müəyyən bir qismini öz üzərinə götürür. Management server-lər Resource Pool-u və ya resource pool-ları təşkil edirlər. Resource pool agenetlərin qoşulacağı management server-ləri müəyyən edir. Birdən çox management server -in olduğu infrastrukturda bir və ya bir neçə managemet server-dən ibarət fərqli resource pool-lar yaradıb aralarında failover tənzimləmək mümkündür. Management server üzərində iki əsas servis çalışır : System Center Data Access servisi və System Center Management Configuration servisi.

System Center Data Access servisi – Operational Console ilə verilənlər bazasını(Operational Database) əlaqələndirir və verilənlər bazasına məlumat yazır, dəyişir.

System Center Management Configuration servisi – management group topologiyasını idarə edir və eyni zamanda Management Pack-ləri agentlərə paylayır

Agent. SCOM agent monitorinq olunan kompüter üzərində qurulan bir servisdir (Microsoft Monitoring Agent – Health Service). SCOM agent qurulu olduğu sistemdən management server üzərindən paylanan tənzimləmələr əsasında məlumat toplayır, özündəki standart parametrlərlə müqayisə edir və kənara çıxmalar üçün müəyyən xəbərdarlıqlar generasiya edir, bərpa üçün müəyyən əməliyyatlatlar icra edir(əgər tənzimlənmişdirsə),toplanılan performans məlumatlarını management server-ə göndərir. Əgər agent heç bir management server-ilə əlaqə yarada bilmirsə, o zaman əvvəlki qaydada öz işinə davam edir və təyin olunmuş həcmdə məlumatı göndərmək üçün növbədə gözlədir. Eyni zamanda bir kompüter üzərinə qurulan SCOM agent digər kompüterlərin monitorinq məlumatlarını management server-ə yönləndirə bilər(Proxy Agent).

Management Pack. Management server tərəfindən çalışdırılan workflow-lar. SCOM agentin necə davranacağını və hansı məlumatları toplayacağını management pack-lər müəyyən edir. Kompüterə agent qurunlandan sonra ilk olaraq System Center Management Configuration servisi ilkin tənzimləmələri agentə yollayır(agent özü tələb edir). İlkin tənzimləmələr management pack elementi olan obyektlərin kəşfi üçün ələtlərdir. Obyektlərin kəşfi üçün müxtəlif yollar istifadə oluna bilər məsələn: registry, WMI, skriptlər LDAP query-lər və s. Həmin bu metodlardan istifadə edərək kompüter daxilində mövcud olan monitoring olunacaq obyektlər kəşf edilir və toplanılan məlumat management server-ə göndərilir. Daha sonra isə management server həmin obyektlər üçün monitor-ları və rule-ları göndərir. Məsələn, agent Windows Server 2019 əməliyyat sistemi üzərinə qurulubsa, agent management server-dən tənzimləmələr tələb edir, management server uyğun qurulu management pack-lər əsasında kəşf oluna biləcək class-lar haqqında məlumatı agentə göndərir. Agent management server-ə Windows Server 2019 -un kəşfi barədə məlumat ötürür, management server agentə həmin class-la bağlı(Windows Server 2019) bütün monitorinq olunacaq obyektləri, rule və monitor-ları (hər biri management pack elementləridir) göndərir. Agent uyğun tənzimləməni tətbiq edir, toplanan informasiya management server-ə göndərilir. Management pack-lər haqqında daha ətraflı gələn məqalələrdə danışacağam.

monitor – obyektin sağlamlıq durumunu müəyyən edir, sağlam və ya qeyri-sağlam olduğunu

rule – hansı hadisə və performans məlumatlarının toplanacağını müəyyən edir

 

 

Operational Database – Management group-a dair bütün tənzimləmə məlumatlarını və qısa müddət ərzində(7 gün)  performans və sağlamlıq  məlumalarını özündə saxlayır. Verilənlər Bazası İdarəetmə Sistemi(VBİS) olaraq MS SQL Server istifadə edilir. SCOM 2019 -la birlikdə SQL Server 2017 dəstəklənir.

Datawarehouse Database – Operational database-dən fərqli olaraq performans və sağlamlıq məlumatlarını hesabatlılıq üçün uzun müddət saxlayır. Rule-lar tərəfindən agentlərdən yığılan məlumat bir başa olaraq datawarehouse verilənlər bazasına(həm də operational verilənlər bazasına) və həm də operational verilənlər bazası ilə olan məlumat sinxronizasiya ilə yazılır.

Reporting Server – SQL Server Reporting Service(SSRS) qurulu server-dir. Hesabatlılığı aktivləşdirmək üçün  SSRS qurulu server üzərində qurulumu yenidən işə salaraq tamamlamaq lazımdır.

Operations Web Console – İnfrastrukturun sağlamlıq və performans məlumatlarını izləyə biləcəyimiz və eyni zamanda müxtəlif dashboard-lar yaradaraq daha geniş, ətraflı izləmə təqdim edən bir web konsoldur.

ACS(Audit Collection Service) – seçimdən asılı olaraq sonradan qurulan,  monitorinq altında olan kompüterlərin audit log-larını toplayaraq mərkəzləşdirə bildiyimiz bir servisdir.

 

SCOM haqqında ümumi məlumat bu qədər, indi isə keçirik SCOM qurulumuna. 3 serverlik bir SCOM arxitekturasına malik olacağıq 1 ədəd management server, 1 ədəd operational database server,  SSRS özəlliyi qurulu olan 1 ədəd datawarehouse database server. Yeri gəlmişkən qurulum modellərinə gəldikdə isə, SCOM-u minimal olaraq tək bir server üzərində qurmaq mümkündür(management server və hər iki verilənlər bazasını saxlamaq üçün MS SQL Server). Təbii ki, bu daha çox test mühiti üçün uyğundur. Eyni qaydada iki server üzərində də qurmaq mümkündür( management server və iki ədəd verilənlər bazasını saxlamaq üçün server). Bu qurulum modeli gələcəkdə həcmin artması ilə performans problemləri doğura bilər. Daha böyük infrastrukturlarda performans baxımından hər bir özəlliyi fərqli server-lərdə saxlamaq tövsiyə olunur. Amma standart olaraq 3 server-li qurulum modelini seçmək olar(bir management server, bir operational database server və bir datawarehouse server). Praktikada nəzərə almaq lazımdır ki,  operational verilənlər bazası üçün istifadə olunan diskin gecikmə müddəti(latency) 10 ms(millisaniyə)-dən çox olmasın, əks təqdirdə performansla bağlı event viewer üzərində müxtəlif xəbərdarlıqlar generasiya olunmağa başlayacaq.

4 ədəd servis hesabına ehtiyacımız olacaq:

 

TECHNET\scomdas – Operational database üzərinə məlumatın yazılması və yeilənməsi üçün istifadə edilir, hər bir management server-də lokal administrator hüququna malik olmalıdır.

TECHNET\scomaction – management server agentlər üzərində yerinə yetirdiyi əməliyyatlar üçün istifadə edir, bütün monitor olunan kompüterlərdə lokal administrator hüquqna malik olmalıdır.

TECHNET\scomread – hesabatların alınması üçün istifadə edilir, minimum istifadəçi hüquqları kifayətdir, qurulum zamanı lazımı SQL hüquqları təmin edilir.

TECHNET\scomwrite – məlumatı management server üzərindən datawarehouse verilənlər bazasına yazmaq və operational verilənlər bazasından oxumaq üçün istifadə edilir, minimum istifadəçi hüquqları kifayətdir, qurulum zamanı lazımı SQL hüquqları təmin edilir.

 

Qurulum üçün management server üzərində aşağıdakı proqram təminatları, role və özəlliklər qurulu olmalıdır:

  1. SQL Server 2014 Future Pack daxilində yerləşən System CLR Types for SQL Server 2014

2. Microsoft Report Viewer Runtime 2015 

Eyni zamanda biz operational web console-u da quracağımız üçün aşağıdakı web server role-larını qurmağımız vacibdir:

  • Static Content
  • Default Document
  • Directory Browsing
  • HTTP Errors
  • HTTP Logging
  • Request Monitor
  • Request Filtering
  • Static Content Compression
  • Web Server (IIS) Support
  • IIS 6 Metabase Compatibility
  • ASP.NET (3.5, 4.5 və daha yuxarı)
  • Windows Authentication

 

İndi isə SCOM qurulumuna başlayırıq:

Reporting xaric digər özəllikləri seçərək davam edirik:

 

 

 

Bütün lazımı proqram təminatı, role və özəlliklərin qurulu olduğundan əmin oluruq, əgər deyilsə burada xəta mesajı alacağıq, uyğun dəyişiklikləri etdikdən sonra davam edə bilərik:

 

İlk qurulumumuz olduğu üçün yeni bir management group yaradırıq, onun üçün uyğun ad müəyyən edirik:

 

Operational verilənlər bazası üçün SQL Server adresini müəyyən edirik:

 

 

Datawarehouse verilənlər bazası üçün SQL Server adresini müəyyən edirik:

 

Web konsolu qurduğumuz server üzərində birdən çox web sayt ola bilər, ona görə uyğun saytı seçərək davam edirik:

 

 

Web konsol üçün kimlik doğrulama metodunu müəyyən edirik, olduğu kimi saxlayıb davam edirik:

 

 

SCOM-un istifadə edəcəyi və daha öncədə anlatdığımız servis hesablarını daxil edirik:

 

 

 

 

Install deyərək qurulumu başladırıq:

 

 

Qurulum müvəffəqiyyətlə tamamlandı, tək xəbərdarlıq lisenziya ilə bağlıdır, çünki qurulumumuz 180 günlükdir:

 

Operations console açaraq yeni qurduğumuz management server-imizə qoşuluruq:

 

Və beləliklə SCOM-un ilkin qurulumunu həyata keçirdik, indi isə keçirik SCOM-un Reporting özəlliyinin qurulumuna, çünki biz bayaq mövcud 4 role-dan sadəcə 3-nü qurduq. İnfrastrukturumuzda SSRS özəlliyi elə datawarehouse verilənlər bazasının saxlanıldığı server üzərinə qurulub, həmin server-də SCOM setup-nı işə salaraq başlayırıq:

 

Management server adresini daxil edirik:

 

Setup qurulu olan SSRS özəlliyini müvəffəqiyyətlə müəyyənləşdirir:

 

 

Əvvəl qeyd etdiyimiz scomread servis hesabını yenidən daxil edirik:

 

Install deyərək qurulumu başladırıq:

 

 

 

Qurulum müvəffəqiyyətlə tamamlandı:

 

 

Operations console-u yenidən açsaq Reporting bölməsinin aktivləşdiyini görərik:

 

 

 

SCOM qurulum məqaləmi burada bitirirəm sonraki hissələrdə ilkin və daha əsaslı tənzimləmələr haqqında danışacağam. Qeyd edim ki, tezliklə System Center Service Manager(SCSM), System Center Data Protection Manager(DPM), System Center Orchestrator(SCO) və System Center Virtual Machine Manager (VMM) məqalələr seriyalarını da görəcəksiniz. Bizimlə qalın.

 

 

 

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Ramil Məmmədov

Şərh yazın