TechNet İT CAMP – QUBA

Tədbiri keçirən: Texnologiya Azərbaycan qrupu

Keçiriləcəyi tarix:: 2016-08-28, 06:30

Ətraflı məlumat

Əziz Dostlar,
Avqust ayının 28 -i Texnologiya Azərbaycan qrupunun Quba səfəri baş tutacaq. Səfər zamanı istirahətlə bərabər, yaxın vaxtlarda rəsmi olaraq təqdim olunacaq Microsoft məhsulu Windows Server 2016-nın yeni imkanlar haqqında tanış olacağıq (Məruzəçi: Elgüc Yusifbəyli). Bizə qatılacaq dostlarımız, qeydiyyat üçün aşağdakı məlumatların doldurulması yetərli olacaq.

Qeydiyyat & Tələblər :
Qeydiyyat üçün aşağdakı məlumatları seminar [@] technet.az adresinə göndərməyiniz xahiş olunur. Qeydiyyat 23 Avqust ayına qədərdir. Məhdud yer sayı olduğu üçün gələcəyinizi dəqiq qərarlaşdırdıqdan sonra qeydiyyatdan keçməyiniz məqsədəuyğundur.
– Ad, Soyad, mobil nömrə
– Köynək ölçüsü (misal : M, L)
– Yaş məhdudiyyəti : 23 +
Əlavə olaraq hər bir fərd özü ilə bərabər müəyyən xərclər üçün 35 AZN götürməlidir. Bu vəsait səhər – günorta yeməyi və yol xərcləri üçün planlanıb.
Qeyd : TechNet Könüllü bir platforma olduğu üçün belə vəsaitlər ya fərdlər yada sponsorlar tərəfindən qarışlanır.
Yola düşmə, görüş vaxtı və digər məsələlər haqqında 23-24 Avqustda qeydiyyatdan keçmiş dostlarımızla əlaqə yaradılacaq.

Xoş İstirahətlər,

Keçiriləcəyi tarix:: 2016-08-28, 06:30

Tədbiri keçirən: Texnologiya Azərbaycan qrupu

Tədbiri yerləşdirən: Elvin Əmirov

Tədbirə qoşulmaq hazırda mümkün deyil

Qalan yer sayı:: 0

İştirak edəcək Technet üzvləri:

Tədbirin keçiriləcəyi ünvan:

Quba, Azərbaycan

Baxılıb: 6043 dəfə