Məqalə Göndər !

Hörmətli dostlar! Əgər siz də bildiklərinizi paylaşmaq istəyirsinizsə,  məqalə yazıb onu bizə göndərə bilərsiniz.

Technet.az saytında məqalə yayımlamaq üçün aşağıdakı qaydalar gözlənilməlidir.

a)      Şəkillər keyfiyyətli olmalıdır. İzah etdiyimiz hissə aydın düşməlidir. Əgər bütün ekranın düşməsi zərurəti yoxdursa, tam ekran şəkil çəkilməməlidir. Yaxşı olar ki, Ekranın bütün screenshotu yox, izah etdiyiniz hissəsi Snipping Tool(üzərinə klikləyib öyrənin) ilə seçilib çəkilsin. (nümunələr: Tam Ekran  və ya Ekrandan bir hissə)
b)      Azərbaycan dilinin Qrammatik qaydaları gözlənilməli, mövzular texniki olaraq düzgün şəkildə izah olunmalıdır.
c)      Mövzu daxilində keçidlər qeyd edilərkən ancaq Vendor səhifələri istinad olaraq göstərilməlidir.
d)     Şəkil, video və s. üzərində qəti şəkildə reklam xarakterli informasiyalar qeyd olunmamalıdır. Mövzular daxilində technet.az adından istifadə olunmalıdır.
e)      Məqalə Microsoft Word tipli proqramlarda yazılmalı və göndərilərkən şəkillər yazı daxilindən başqa Winzip tipli proqramlarla sıxışdırılıb ayrı-ayırlıqda göndərilməlidir. (nümunə)
f)      Mövzular əhatəli yazılmalı, yazılı səhifə sayı minimum 2, şəkilli səhifə sayı minimum 5 olmalıdır.

Qeyd: Məqalə yazan fərdlər, öncə forum.technet.az üzərində aktivlik göstərməlidir. Kiçik həcmli məqalələr və bu kimi mövzular forum.technet.az üzərindən müəllif tərəfindən sərbəst paylaşıla bilər. Qaydalar Məqalə Portalı üçün nəzərdə tutulub.

Məqalə göndərmək üçün :