Qaydalar

1. Texnologiya Azərbaycan forumu təsnifatına uyğun olaraq açılmış mövzular ətrafında bilik və təcrübələri, xülasələri, zehni məşğul edən düşüncələri və təhlilləri bölüşmək üçün yaradılmış virtual məkandır.
2. Texnologiya Azərbaycan forumunda yazışmaq hüququ yalnız qeydiyyatlı istifadəçilərə məxsusdur. Qeydiyyatsız istifadəçilərin forumdan istifadə hüquqları məhduddur.
3. Forumun rəsmi dili Azərbaycan dilidir və göndərilən məqalə və ismarıclar, aparılan virtual dialoqların Azərbaycan dilində olması əsas şərtdir. Forumdakı bütün yazılar Azərbaycan (latın) əlifbası ilə yazılmalıdır.
3.1 Forum üzərində aparılan bütün yazışmalarda bəy, xanım, müəllim, müəllimə kimi müraciət və cavab formalarından istifadə olunmalıdır.
4. Forumunun ciddiliyini qorumaq üçün Nik adı istifadə etmək qadağandır. Hər kəsə öz ad və soyadını istifadə etdiyi və real şəkillərini yerləşdirdikləri üçün təşəkkür edirik.
5. Texnologiya Azərbaycan forumunun idarə heyəti aşağıda qeyd edilən şərtlərə uyğun olmayan yazıları silmək və ya onlar üzərində düzəlişlər etmək səlahiyyətinə sahibdir.
5.1. milli adət – ənənələrəmizə zidd olan;
5.2. əxlaq qaydalarını pozan, intim məzmunlu, qorxulu, tük ürpədici, (psixoloji təsir edən);
5.3. istifadəçilər arasında milli, irqi, dini ayrı-seçkilik yaradan;
5.4. dövlətçilik mənafelərinə və insan haqqlarına zidd olan;
5.5. hər hansı bir dini, siyasi və ya missioner qrupun ekstremist fikirlərini təbliğ edən;
5.6. tərkibində vulqarlıq, sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli, insanların şərəf və ləyaqətinə toxunan və ya işgüzar imicinə zərbə vuran;
5.7. forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən;
5.8. müzakirə obyekti olan mövzunu bilərəkdən yayındıran;
5.9. maarifləndirici, düşündürücü olmayan, yalnız əyləndirici xarakter daşıyan, elmi əsası olmayan, lağlağa xarakterli və ironik məzmunlu;
5.10. ifrat dil xətalarına yol verilən, təkrar açılan və açıldığı kateqoriyaya uyğun olmayan;
5.11. BBCode imkanlarından və yazı tiplərindən ifrat dərəcədə istifadə edilən, ədəbi-qramatik qaydalara uyğun olmayan, yersiz böyük-kiçik hərflərdən və simvollardan istifadə olunan;
5.12. müəllif hüquqlarına zərər verən məlumatları və işləri paylaşan;
5.13. ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, “söhbət” (chat) xarakterli mövzular (üçüncü şəxsə hər hansı bir faydası olmayan ikili dialoqlar və mübahisələr yaranarsa hər iki tərəfin razılıqı ilə şəxsi yazışmalar şəklində davam etdirilməlidir).
6. www.TECHNET.az saytı və forumu tam leqaldır. Hacking (CEH – Ethical Hacking istisnadır), Crack tipli mövzular, suallar və ya keçidlər yerləşdirmək qadağandır. İstinadlar ancaq vendorların və tanınmış şirkətlərin rəsmi internet səhifələrinə olunmalıdır.
7. Forumun üzvlərinə şəxsi ismarıc vasitəsi ilə sual vermək qadağandır. Forumun formatına uyğun olan istənilən sual (sadə və ya mürəkkəb olmasına baxmayaraq) “yeni sual” kimi tərtib edilib, forumun sualları sırasına daxil edilməlidir.
8. Forumua göndərilən ismarıcların daxili məzmunu üçün bütün məsuliyyəti müəllif istifadəçi daşıyır və Texnologiya Azərbaycan Qrupu heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdehlik daşımır.
9. Forumunun istifadəçiləri öz şəxsi səhifələrini və eləcə də təbliğ etmək istədikləri səhifələri forumun müvafiq, əlaqəli mövzularında və yalnız şəxsi məlumatlarında qeyd edə bilərlər. İstifadəçinin imzasında hər hansı səhifəyə keçid verməsi qadağandır. İstifadəçi məlumatında qeyd edilən, məzmun etibarı ilə forumun qaydalarının 5-ci bölməsinin 5.1-5.13 bəndlərində yazılan xüsusiyyətli mətnlər və mövzuların yer aldığı internet səhifələrin ünvanları xəbərdarlıqsız silinəcək, təkrar yazıldığı halda istifadəçinin foruma girişi bağlanacaqdır.
10. Forumuda hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli elanları əhatə edən mövzu və ya ismarıclar yerləşdirmək qadağandır. Ümumiyyətlə, bu tip materialların təsbiti və onlar haqqında hüquqi qərar Texnologiya Azərbaycan qrupuna aiddir.
11. Forumuda birdən artıq istifadəçi adı ilə üzv olmaq qadağandır. Bu kimi hallar təsbit olunduğu təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəkdir. Bu hüquqi tədbirlər istifadəçi hesabının deaktivləşdirilməsi, silinməsi və istifadəçinin foruma girişinin müəyyən müddət üçün məhdudlaşdırılması kimi addımların atılması ilə həyata keçiriləcəkdir.
12. Forumua göndərilmiş materiallardan forum üzvləri və ya forumdan kənar şəxslər istifadə etdikləri zaman istinad göstərmələri tələb edilir.
13. Forumun ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi məlumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə – şəxsi məlumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məsuliyyət daşıyır və bu halda Texnologiya Azərbaycan Qrupu heç bir hüquqi və mənəvi məsuliyyət daşımır.
14. Forum qayda-qanunlarına tabe olmayan istifadəçinin əvvəldən foruma üzvlüyü arzu olunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, forumun cizgisinə xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə görüləcəkdir. Bu tədbirlərə – forum idarə heyəti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət, (islah olunmaz vəziyyət qarşısında) foruma girişin bağlanması daxildir.
15. Forumuna üzv olan və forumun imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qanunları və bütün hüqüqi məsuliyyətləri qəbul etmiş hesab olunur.
16. Forumun üzvləri dərslik, fayl, məlumat və ya hər-hansısa şəkil paylaşımı etdikdə müəllif və ya mənbəni göstərməlidir.
17. İdarəçilər yuxarıda bəyan edilən bütün qayda – qanunlar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir.