Ən çox hansı CMD komandaları istifadə olunur

Salam belə bir sualım var. Cmd-də əsas (ən çox)  hansı komandalardan  istifadə olunur və nə üçün?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 4077 dəfə

Cavablar ( 5 )

  1. Salam.

    O baxır CMD nə üçün istifadə edirik. Hər əmrin öz yeri var. İstifadə zamanı ehtiyaca görə istifadə olunur.

    Məsələn: Kimsə CMD-i ancaq ping atmaq üçün istifadə edirsə, kimsə də GUİ yox, məhz CMD vasitəsi ilə hər şeyi əmr edərək bilgisayara icra etdirir.

    Sırf statistika maraqlıdırsa, məncə ən çox istifadə olunan əmr məhz PİNG-dir.

  2. ping,ipconfig

  3. Salam.

    arp -a və nəticələrdən ping -a “ip ünvanı” kombinasiyası da işə yarayır.
    Bilməyənlər üçün deyim ki, arp -a ilə şəbəkəyə birləşən avadanlıqların ip və MAC ünvan siyahısını çıxara bilirik.  Vənövbəti kommanda ilə ping -a “ip ünvan” yazaraq, həmin bilgisayraın adını görüntüləyə bilirik.
    arp /? (arp -? və arp /help) yazaraqdaha ətraflı switch-lər haqqında öyrənə bilərsiniz.

    Uğurlar.
     

  4. Salam,

    Dostlarımızın qeyd etdiyi kimi, cmd köməyi ilə bir çox əmrləri həyata keçirmək olar. Hər bir mütəxəssis öz iş profilinə uyğun əmrləri daha çox istifadə edir. Şəbəkə inzibatçısı daha çox şəbəkə sazlamaları üçün əmrləri istifadə edirsə, sistem inzibatçısı sistem üçün daha fərqli əmrlər istifadə edə bilər. Mən özüm şəbəkə inzibatçısı kimi daha çox istifadə olunan əmrlərdən bəzilərini bölüşmək və qısa izahlarını vermək istərdim:

    ipconfig – hostun IP address sazlamalarını yoxlamaq üçün istifadə olunur. Bu əmrin bir sıra variantları istifadə olunur.

    ipconfig

    ipconfig /all – host İP address sazlamalarından başqa-dns, dhcp, mac-address kimi digər sazlamaların yoxlanılması

    ipconfigall

    ipconfig /release – DHCP vasitəsilə təyin olunmuş İP address sazlamalırının geri qaytarılması

    dhcp-release

    ipconfig /renew – DHCP vasitəsilə İP address sazlamalarının yenilənməsi

    windows8-desktop-ipconfig-renew

    ipconfig /flushdns – hostun DNS yaddaşının silinməsi

    flush

    ping – şəbəkədə hostlar arasında şəbəkə səviyyəsində əlaqənin yoxlanılması

    ping

    tracert – şəbəkədə hostlar arasında əlaqəni yoxlamaqla yanaşı əlaqənin hansı şəbəkə yolunu istifadə etdiyini göstərir

    tarcert

    pathping – tracert kimi eyni xüsusiyyətə malik olub, əlavə statistik məlumat göstərir – gecikmə vaxtı, hər addımdakı məlumat itkiləri və s.

    pathping

    nslookup  – hər hansı bir DNS rekord üçün domain ad və ya İP ünvanı əldə etmək üçün istifadə olunur

    nslook

    Ümid edirəm yararlı olmuşdur.

    Hörmətlə

    Rizvan

  5. Ping , Ipconfig , ping… -t 🙂   

Cavab yazın