домашняя группа ( Ev Qrupu )

Salam bele bir problemlə qarşılaşmışam. İki komp arasına Ev qrupu (домашняя группа)  yaratmaqda problemlə üzləşmişəm.Ə.S Windows 7dir. Bir kompda bu qrupu yaradıram.  Və mənə parol verir. Bu parolu digər kompyuterlə qoşulmaq istəyərkən yazdıqda qəbul etmir. Bir neçə dəfə cəhd etsəm belə alınmır. Şəbəkə ayarlarından obşıy dostup açılıb. Və bir birləri ilə paylaşılan faylları oxumaq olur. Firevall söndürülüb. Slujbalarda group publication aktivdir. Registrdən daxil olub idstore faylınıda silib restart verdim yenə alınmadı. Qeyd edimki Ə.S-lərdən biri Professional X86 digəri Ultimatium (Maximalnaya) x64 dür. 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1325 dəfə

Cavablar ( 3 )

  1. Diqqətli oxumamışam, Sual mənə soradan çatdı ):

    “Home Groupa” qoşulmaq üçün il əvvəl “Services.msc” yazaraq servislər siyahısına nəzər yetirin, “Peer Networking Grouping” və “HomeGroup Provider” servisləri start vəziyyətdə olmalıdır.

    İkinci bir tərəfdən də “Set Network Location” seçimi “Home network” işarələnməlidir.

    Client tərəfdə bu seçimləri etdikdən sonra bir başa homegroup yaratmaq üçün yeni səhifəyə yönləndirilir. Ancaq Sizə bu lazım deyil çünki əvvəlcədən yaratmısınız. “Control Panel->Network and Internet->Home Group” yolunu izləyərək “Join now” seçirik. Bundan sonra şifrəni daxil edərək qrupa daxil oluruq.

    homegroup6 homegroup1

    Uğurlar

     

  1. Salam. Problemin nə olduğunu tam başa düşmədim amma, ardıcıllığı deyim:

    Deməli komputerlərdən birində, 1. “System Properties” bölümündən, “Member of” başlığı altında, “Workgroup” işarələyərək “Workgroup” , “homegroup” və ya seçimə uyğun qrupun adınını daxil edirsiniz. Heç bir şifrə falan ehtiyac deyil bu addımda.  Eyni əməliyyatı digər komputerlər üzərində də həyata keçirirsiniz.

    2. Bu şəbəkədə olan komputerlərin IP ünvanları eyni aralıqda olmalıdır. Əgər modem və bu tipli DHCP funksiyası olan bir avadanlıq qoşulubsa bu şəbəkəyə IP sazlamalarını olduğu kimi saxlaya bilərsiniz. Əks halda eyni aralıqdan uyğun IP-lər bütün komputerlərdə sazlanmalıdır.

    3. “Network and sharing center” bölümündən “Advanced sharing settings” -ə keçid edərək “File and printer sharing” funksiyası aktiv hala gətirilməlidir. Digər tərəfdən bir komputer digərinin paylaşılmış qovluğuna daxil olarkən şifrə tələb olunmaması üçün “Turn off password protection sharing”qutucuğu işarələnməlidir.

    4. Şəbəkədə olan komputer adlarının və IP ünvanlarının fərqli olduğundan əmin olun.

    Bu sazlamaları həyata keçirdikdən sonra istənilən bir komputer üzərində bir qovluq paylaşaraq yoxlaya bilərsiniz. Digər istifadəçilərdən “run” bölümünə “\\komputer adı” və ya “\\Ip ünvanı” yazaraq qoşula bilərsiniz.

    5. Bu sazlamalardan sonra paylaşdığınız qovluq görünəcək. Ancaq digər istifadəçilərin hələki bu qovluğa müdaxilə üçün icazələri yoxdur. Bu icazələri isə paylaşılmış qovluğun xüsusiyyətlərindən tənzimləyə bilərik. Bütün bu əməliyyatların şəkillərini ardıcıllıqla əlavə edirəm. Əlbəttə ki icazələri öz tələblərinizə uyğun tənzimləyə bilərsiniz.

    workgroup1 workgroup2 workgroup3 workgroup4 workgroup5 workgroup7 workgroup6

  2. Diqqətli oxumamışam, Sual mənə soradan çatdı ):

    “Home Groupa” qoşulmaq üçün il əvvəl “Services.msc” yazaraq servislər siyahısına nəzər yetirin, “Peer Networking Grouping” və “HomeGroup Provider” servisləri start vəziyyətdə olmalıdır.

    İkinci bir tərəfdən də “Set Network Location” seçimi “Home network” işarələnməlidir.

    Client tərəfdə bu seçimləri etdikdən sonra bir başa homegroup yaratmaq üçün yeni səhifəyə yönləndirilir. Ancaq Sizə bu lazım deyil çünki əvvəlcədən yaratmısınız. “Control Panel->Network and Internet->Home Group” yolunu izləyərək “Join now” seçirik. Bundan sonra şifrəni daxil edərək qrupa daxil oluruq.

    homegroup6 homegroup1

    Uğurlar

     

    • Təşəkkür edirəm servislərdən biri Peer Networking Grouping sönmüşdü. Alındı

Cavab yazın