1C operator

Salam dostlar. Bir neçə sualım var. Zəhmət olmasa cavablandırardız. Sualım 1C ilə bağlıdır. Mağazalar üçün, apteklər üçün, hansısa bir idarə üçün 1C eynidirmi baza cəhətdən? Mağaza üçün 1C öyrənməklə başqa idarələrin 1C bazalarını rahatlıqla istifadə etmək olarmı? 1C operatorlar idarələrdə və s. yerlərdə bazanı özü qurmalıdır, yoxsa hazır baza onlara verilir? İşə qəbul zamanı bu bazalar ilə işləmək üçün təcrübələr keçirilirmi?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3013 dəfə

Cavablar ( 2 )

  1. Salam Məniş bəy. Suallarınızla bağlı qısaca olaraq bunları deyə bilərəm:

    1. Mağaza, apteklər və hansısa bir idarə üçün 1C baza cəhətdən eyni də ola bilər, fərqli də ola bilər. 1C iki hissədən ibarətdir: Platforma və Konfiqurasiya. Platforma versiyadan asılı olaraq bütün konfiqurasiyalar üçün eynidir. Konfiqurasiyalar isə fərqlidir. Konfiqurasiya isə 2 cür ola bilər: “Tipovaya” (default) və proqramçı tərəfindən sıfırdan yazılmış (1C kodu buna imkan verir). Əsasən “Tipovaya” konfiqurasiyası götürülür və üzərində bəzi dəyişiklər edilməklə istifadə olunur (dəyişiklər çap formaları və s.). Konfiqurasiyaların tam siyahısı ilə buradan tanış ola bilərsiniz:  http://1c.ru/rus/support/release/categ.jsp?GroupID=88  Gördüyünüz kimi burada Azərbaycan üçün də iki ədəd konfiqurasiya var. Bunlar tam olaraq bizim qanunvericiliyə uyğun hazırlanıb.
    2. Mağaza üçün 1C öyrənməklə başqa idarələrin 1C bazalarını rahatlıqla istifadə etmək olarmı? Ədətən mağaza üçün “Управление торговлей” konfiqurasiyası istifadə olunur. Burada ticarət əməliyyatlarını və bəzi mühasibat əməliyyatlarını öyrənəcək. Lakin burada kadrlar uçotu, istehsalat proseslərinin uçotu və tam mühasibatlıq yoxdur. Məsləhətim “ERP Управление предприятием 2.1” (köhnə adı “Управление производственным предприятием”) öyrənmək daha çox üstünlüklər qazandırır. Bu konfiqurasiyada istənilən müəssisə üçün hər şey var. Digər konfiqurasilar bir növ bunun “light” versiyasıdır.
    3.  1C operatorlar idarələrdə və s. yerlərdə bazanı özü qurmalıdır, yoxsa hazır baza onlara verilir? Onlara baza hazır vəziyyətdə verilir. 1C operator bazanı özü qurmur, bunun üçün inzibatçılar var.
    4. İşə qəbul zamanı bu bazalar ilə işləmək üçün təcrübələr keçirilirmi? Bəli, ERP sistemləri üzrə biliklər çox dəyərlidir. Təcrübə olsa daha çox üstünlüq qazanmış olur.

  2. Minnətdaram Rauf bəy.

Cavab yazın