1C proqramlaşdırma

Salam. Bilmək istərdim, 1C proqramlaşdırmaya tələbat necədir və 1C: MÜHASİBAT ilə 1C proqramlaşdırmanı öyrənməklə normal bir iş tapmaq mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 11675 dəfə

Cavablar ( 2 )

  1. Salam Taleh bəy.
    1C:Предприятие (1S:Predpriyatie) – şirkətlərin və fiziki şəxslərin fəaliyyətlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş kompüter proqramıdır.
    “1C” Rusiya şirkətidir. Şirkətinin əsasını 1991-ci ildə Boris Nurəliev və onun qardaşı Serqey Nurəliev qoyulmuşdur. Şirkətin adı proqramın adından yarandı, “1C” – bir saniyə deməkdir, bu vaxt proqramla işləyən zaman informasiyanın alınması üçün tələb olunurdu. Əslində “1C” adının mənşəyi haqqında versiyalar çoxdur: bir saniyə və birinci sistem, həmçinin belə bir versiya var ki, “1C” adı axtarış siyahılarında birinci olmaq üçün seçilmişdir.
    “1C” şirkəti tərəfindən hazırlanan ilk proqram məhsullarından biri mühasibat kalkulyatoru idi. Bəzi məlumatlara görə Serqey Nurəliev bu məhsulun hazırlamasıyla məşğul olurdu. Məhsul əvvəlcə şəxsi ehtiyaclar üçün hazırlanmışdır, çünki Serqey Nuraliev o vaxta “1С” şirkətində mühasibat uçotunun aparılmasıyla məşğul olurdu.
    1992-ci ildə birinci proqram məhsulu çıxmışdır və Comtek sərgisində elan edilmişdir. 1C:Предприятие (1S:Predpriyatie) birinci məhsulları DOS əməliyyat sistemlərində işləyirdi, bu versiyalar 3.0, 4.0 və 5.0 idi. Və artıq 1995-ci ildə Windows 3.1 əməliyyat sistemində işləyən “1C:Предприятие 6.0-ın” birinci versiyası buraxılmışdır.
    “1C” şirkətinin ən məşhur məhsullarından biri “1C:Предприятие 7.7” proqram təminatı oldu. “1C:Предприятие 7.7” satışı 1999-cu ildə başlandı, və belə yaşına baxmayaraq bu günə qədər bu versiya da geniş istifadə olunur.
    2002-ci ildə “1C:Предприятие 8” ilk versiyası çıxdı və çox sürətlə inkişaf etməyə başladı “1C:Предприятие” ən sonuncu versiya “1C:Предприятие 8.3” versiyasıdır və bu yaxınlarda “1C:Предприятие 8.3 ERP” proqram təminatı buraxılmışdır.
    Beləliklə, “1C:Предприятие” həm hesabatların avtomatlaşdırılması, həm də ERP proqram təminatıdır. ERP – İngilis dilində – Enterprise Resource Planning – müəssisənin resuslarının planlaşdırılması deməkdir. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri  SAP R/3, Microsoft Dinamics NAV, OraclE E-Business Suite proqram təminatlarıdır. Onlardan fərqli olaraq “1C:Предприятие” daha asan və çevikdir.
    “1C:Предприятие” texniki nöqteyi-nəzərindən aşağıdakı hissələrdən ibarətdir:
    “1C” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. Daim yenilənir və 6.0, 7.7, 8.0, 8.2 və 8.3 versiyaları mövcuddur.
    Konfiqurasiyalar “1C” kodundan istifadə olunmaqla platforma üzərində yazılır. İstifadəçilər konfiqurasiyalarla işləyirlər. Mühasibat, İstehsalat, Pərakəndə satış, Mağaza və s. konfiqurasiyar mövcuddur.
    “1С Битрикс”. Saytlarla işləmək üçün sistemdir.
    “1C”  platforması üzərində proqramlaşdırmaq üçün xüsusi bir dil “1C” proqramlaşdırma dili yaradılmışdır. Daha çox Visual C++  dilinə bənzəyir, lakin bütün kodlar rus dilinə tərcümə olunub. “1C”  proqramlaşdırmanı öyrənməkdən öncə tövsiyəm budur ki, maliyyə və mühasibatlıq barədə minimal anlayışlar alın. Daha sonra proqramın konfiquratoru ilə işləməyi öyrənin. Daha sonra isə “1C”  proqramlaşdırmasını öyrənmək olar. Ədəbiyyat kifayət qədər vardır, lakin çox hissəsi Rus dilindədir. Azərbaycan dilində ədəbiyyat çox azdır. Bu boşluğu doldurmaq üçün planlarımız vardır. İnşaAllah “1C:Предприятие” barədə Ana dilimizdə bir məqaləlır seriyasını hazırlayıram. Bizi izləyin və əsas odur ki, yarı qolda dayanmayın. Sualınıza konkret olaraq belə cavab verə bilərəm ki, tələbat əslində vardır və get-gedə çoxalır, lakin təcrübəli və peşakar proqramçılara tələbat daha çoxdur.

    • Salam Rauf bəy.

      Ətraflı məlumatınıza görə Sizə təşəkkür edirəm. Çox sag olun.

Cavab yazın