1C – turniket inteqrasiya

Salam,

1C 8.2 və yaxud 8.3 versialarında hansı turniket avadanlıqlarından və yaxud proqramlarından istifadə etmək olar ki, işçilərin işdə olduğu saata görə hesablansın. Yəni turniket proqramını 1C-ə necə inteqrasiya etmək olar?

Bu barədə xahiş edirəm təcrübələrinizi bölüşəsiniz.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3213 dəfə

Cavablar ( 2 )

  1. Salam Ruslan bəy.

    Maraqlı suala görə təşəkkür edirəm. “1C:Müəssisə”proqram təminatı ölkəmizdə geniş istifadə olunur. Şirkət genişləndikcə bu proqramın digər sistemlərlə inteqrasiyası məsələsi qalxır. “Turniket” xüsusi avadanlıqdan və proqram təminatından ibarət olan Giriş-çıxışa nəzarət sistemidir. (İng. Access Sontrol System) (Rus. “Система контроля и управления доступом (СКУД) ”). Avadanlıq iki hissədən ibarətdir: turniketin özü və oxuyucu qurğu. Bu oxuyucu qurğu adi ştrix-kod aparatlarından fərqlənir. Onun turniketə qoşulmaq üçün xüsusi konnektorları vardır. Bir turniketə digər firmanın oxuyucu qurğusunu da qoşmaq olar. Belə sistemlərin özlərinin ayrıca Access Sontrol proqram təminatları olur. Sizin sualınızla bağlı 3 çıxış yolunuz var:

    1. Həmin Access Sontrol proqram təminatından XML və ya EXCEL fayllarına hesabatların çıxarılması və onların 1C –yə ötürülməsi.
    1. 1C:Müəssisə üçün bu məqsədlər üçün yazılmış hazır 1C modulları almaq. Belə hazır modullar çoxdur, məsələn: “БИТ:Управление Доступом (СКУД) 8”, “«ФОРМУЛА:Модуль «Учет рабочего времени». Интеграция с 1С:Предприятие 8»” və s.
    1. 1C:Müəssisə üçün inteqrasiya modulunu özünüz yazmaq.

    Hal-hazırda yuxarıdakı şərtlərlə 1C ilə inteqrasiya oluna bilən çoxlu  Giriş-çıxışa nəzarət sistemlər vardır: CAME, Honeywell, Ademant/Artonit, Legos, Parsec, Sphinx, PERCo, Elsys, KABA, Interflex və s.

    Uğurlar.

  2. Təşəkkürlər.Çox sağ olun.

Cavab yazın