32 bit yoxsa 64 bit?

salam. məsləhətə ehtiyacım var: Notebook 6GB RAMı var. 64bit-lik Windows 8.1 sistemindədir. Çox gec işləyir. Donur. Sistemi təzələyib 32bit Windows7 yazmaq fikrindəyəm. Bəs siz nə məsləhət görərdiniz ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 996 dəfə

Cavablar ( 5 )

  1. Salam Kompyuterin modeli nedir? Deqiq Windows 7 ni destekleyirmi? Yeni modem kompyuterler ya windows 7 ni desteklemir ya da desteklese de bu sistemle stabilislemirler, driver problemleri olur ekser hallarda

  2. Salam. 6 Gb RAM-ı olan bilgisayara 32 bitlik əməliyyat sistemi yazmaq doğru deyil, bununla əksinə uduzacaqsınız. Çünki 32 bitlik əməliyyat sistemi yalnız 3.2 GB RAM-ı istifadə edə biləcək, yerdə qalan RAM-lar “havada qalacaq”.
    Windoüs 7 yə keçmək də bir çıxış yolu deyil, çünki 8.1 daha aktiv çalışır.
    Mən eyni cür problemlə Acer bilgisayarında rastlaşmışdım, hətta servisdə bilgisayarı tam yenisi ilə dəyişsələr də effekt olmadı. Araşdırmalarımız HDD-nin İ/O – yəni sürəti çatdırmır. Əməliyyat sistemini SSD HDD əlavə edib, onun üstünə yazsanız, nəticə əldə edə bilərsiniz – deyə düşünürəm.

  3. Salamlar,

    Hansı məhuslu istifadə etməyinizdən asılı olmuyaraq. 64 bit tövsiyə olunandır.

    Uğurlar.

  4. zəhmət çəkib cavab yazanlara dərin minnətdarlığımı bildirirəm.
    Deməli 6 GB ram üçün mütləq 64bitlik ƏS lazımdır. – Bu aydın oldu.
    Bəs eyni noutbuka 64 BİT VVindovvs 7 yazmaq necə ? Məsləhətdir ? Qeyd edim ki, zavoddan vvindovs 8 gəlib üstündə.

    Çünki bir dənə də noutbukum var 3GB ramı var, 256MB videokartı, HPdir, VVindovs 7 yazılıb (crack) = Lakin digər noutbukdan qat qat sürətli işləyir.

  5. Salam.

    Əməliyyat sisteminin(ƏS) ləng işləməsinin səbəbi çox ola bilər.

    1. ƏS uzun müddətdir ki, qurulmuş ola bilər və zamanla virus, trojan və bu qəbildən digər zərərvericilər tərəfindən zədələnə və ya sadəcə lazımsız informasiya ilə zibillənə bilər(temp qovluğu) və s. Bu da öz növbəsində sürəti zəiflədəck.

    Bu halda həll: Hard diskdəki bütün dəyərli materiallarınızı götürüb saxlayın. (back-up edin) daha sonra hard diskdəki bütün partitionları silib yenidən create edin və ƏS elə qurun. Driver-ləri istehsalçının saytından yükləyib qurun. Bu zaman kompüterinizi yeniden yoluxdurma halından ehtiyyat edin, bəzən istifadə etdiyimiz yaddaş daşıyıcıları olan USBlərdə xəbərimiz olmadan virus olur. Driverləri bu USB-ə köçürüb kompüterə yenidən taxanda vəziyyət dönüb olur köhnə hamam, köhnə tas… Biz driver və antivirusları update edənə qədər virus kök salır sistemdə yenidən.

    2. Kompüteri yaddaş qurğuları olan RAM və Hard disk-in sürətini bilmək lazımdır. Bəzən olur ki, RAM 6-8 Gb-dır amma Hard disk oxuma sürəti 5400 rpm-dir. Bu xüsusi ilə də nisbətən köhnə/yaşlı və həcmi böyük olan hard disklərdə rastlanır günümüzdə. Məsələn 1 Terabaytlıq hard disk alırlar ki, həcmi böyük olsun… Sürətinə baxmırlar… 5400 rpm olduğu zaman ora Vindovz 8 pozub nə yazsanız da yenə də çox ləng işləyəcək sistem. Örnək. Samsung laptopum var, 8 Gb ram, i7 CPU və 1 Tb / 5400 rpm hard diski vardı… Lisenziyalı ƏS vardı. Sıfırdan tər təmiz qurduğum zaman da çox ləng işləyirdi. Yəni Əməliyyat sistemini bura 100 dəfə də pzoub yazsaq xeyri olmayacaqdı.

    Bu halda həll: Mən Hard diski çıxardıb, yerinə SSD disk qoydum 120 Gb-lıq… Laptopum az qala “işıq sürəti” işləyir 🙂

    3. Hard disk 7200 rpm-dirsə və yenə çox ləng işləyirsə, bu hard diskin ömrünü başa vurmağa yaxın olması və ya fiziki zədə almasından da ola bilər. Əgər laptop əlinizdən düşübsə, hard diskin zədələnmə ehtmialı çox yüksəkdir. HDD texnologiyalı disklər silkələnməyə, zərbəyə qarşı olduqca davamsızdırlar. Çox az hündürlükdən 20-30 sm düşən hard disk ömrünü başa vura bilir.

    Bu halda həll: Hard diski dəyişin. Yaxşı olar ki, SSD-ə keçəsiniz. Bahadır nisbətən amma dəyər. (özüm 1 ilə yaxındır istifadə edirəm əntiğə şeydi.)

    Laptopun üzərində ƏS gəlibmi? Əgər laptop-un altında lisenziya nakleykası varsa, fərz edək Vindovz 7 Home Premium, o zaman məhz orijinal Home Premium İnstallation diskdən yükləyin sistemi və altındakı lisenziya kodu ilə aktivləşdirin. Çox tez-tez rastlaşılan problem odur ki, istifadəçilər halalca ƏS lisenziyaları ola-ola geidb Vindovz Ultimate versiya istifadə edirlər nahaq yerə. Cihaz hansı ƏS üçün və hansı versiyası üçün nəzərdə tutulubsa, onunla da işləməlidir.

    Əlavə: Sonuncu ismarıcınızda laptop üzərində orijinal Vindovs 8 gəldiyini qeyd etmisiniz. Bu zaman siz sadəcə informasiyanızı back-up etdikdən sonra Settings -> Change PC settings -> Update and Recovery ->> Recovery və nəhayət Remove everything and reinstall Windows seçin. Bu zaman komputer özü-özünü təzələyəcək, zavoddan gəldiyi ilk gündəki vəziyyətə.

    Xüsusi qeyd: Burada qeyd etmiş olduğum bütün üsullarda, mütləq və mütləq şəkildə şəxsi informasiyanızı ehtiyyat nüsxələyin kənar yaddaş cihazına. USB hard disk, DVD-bluray və ya USB yaddaş kartına. Çünki bu əməliyyatlar zaman kompüterdə olan informasiya silinir bir çox hallarda geri gətirilməsi çəx çətin bəzən isə mümkünsüz olur.

    Uğurlar.

Cavab yazın