70-271-dən MD-100-ə keçid

Salam. 2011-ci ildə 70-271 sertifikatı almışam. Qısa müddət Helpdesk  işləmişəm. Sonra bu sahədən çıxmışam.  6 ildən çoxdur heç maraqlanmırdım. Bu gün yenidən bu sahəyə qayıtmaq fikrinə düşmüşəm, girib imtahanlara baxdım, hər şey dəyişilib. Əvvəllər 70-697 70-698 var idi, indi MD-100 və MD-101 olub. Bu sertifikatı almaq üçün əvvəlki sertifikatlara ehtiyac varmı? Yoxsa sıfırdan öyrənib imtahan verə bilərəm? MD-100 ancaq Help desk üçün keçərlidir deyəsən?

MD-101 əvvəlki ilə desək, Sistem Administratoru səviyyəsi deməkdir?

Təşəkkürlər

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1055 dəfə

Cavablar ( 70-271-dən MD-100-ə keçid )

  1. Salam Vüqar bəy,

    70-271-in vaxtı çoxdaan bitib, Microsoft-un səhifəsində qeyd edilib, əgər 70-698 exam-ı bitmə vaxtına qədər vermiş olsaydınız, MD-101- verməniz kifayət edəcəkdi. Yox əgər verməmisinizsə, bu 2-si 70-697 və 698-i əvəz edir.

Cavab yazın