70-410 Server 2012 imtahanına Server 2008 dərsliyi ilə hazırlaşmaq olar?

Salamlar, installing and configuring windows server 2012 r2 (70-410) imtahanına Server 2008 dərsliyi ilə hazırlaşmaq mümkündürmü?  Nə məsləhət görürsünüz?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1587 dəfə

Cavablar ( 3 )

  1. Salam,
    Yaxşı olar ki, 70-410 imtahanına, elə 70-410`nun kitabı ilə hazırlaşasınız. Sullar adətən yeniliklərdən olur və server 2008 kitablarını oxuyarkən sizin o yeniliklərdən xəbəriniz olmayacaq.
    Təşəkkürlər

    • Ama 70-410 dersliyi sadece rus ve ingilis dilinde tapa bildim. Teesufki turk veya azerbaycan dilinde yoxdur vesait

      • Ümumiyyətlə İT sahəsində irəliləmək və inkişaf etmək fikrindəsinizsə, İngilis dilini mütləq bilməlisiniz. Ən azından oxuyub anlayacaq səviyyədə. İngilis dili olmazsa, o zaman heç olmazsa, ən azından rusca oxuyub anlamalısınız.

        Əsas vəsaitlər, imtahan kitabları məhz ingiliscədir. Digər dillərə çevirmək üçün ən azı 6-7 ay tələb olunur bəzən isə daha çox. 2008 kitabı ilə 410-a hazırlaşa bilməyəcəksiniz. Bəzi mövzularda ciddi fərqlər var və yeniliklər var.

Cavab yazın