Active Directory Bulk of users powershell

Salam forum əhli. CSV faylı əsasında çox sayda user yaratmaq istəyirəm. Daha doğrusu yaradıram da scripti tuning etmək istəyirəm. Məsələn aşaqıdakı dəyişənlər vasitəsilə userlər təyin etdiyim OUya yerləşir . Amma iki problem var.
1) Bu script vasitəsi ilə userin logon namei  “User Logon Name ( pre-windows 2000 )” atributuna əlavə olunur. Şəkilə baxsaz nə demək istədiyim anlıyarsız.
2) Userə CSV faylında bu qaydada home folder map etmişəm >” \\servername\folder\%username%” GUİ tooldan bu qaydada edəndə “%username%” avtomatik öz adına uyğun yaradır. Görünür CSV faylında povvershell %username% string kimi görür. Çünki sonrada guidən baxanda home folderin map olunduğu görsənir də, amma elə %username% kimi. Normalda orda usernamıin öz adı çıxmalıdı.

Ümid edirəm problemi izah edə bildim. Bəlkə kimsə povvershellə tez tez həşir vəşir olur. Any ideas ?

$Users= Import-Csv ‘C:\Bulk of users.csv’

foreach($User in $Users) {New-ADUser
-Name $User.LoginName
-Surname $User.LastName
-GivenName $User.Firstname
-SamAccountName $User.LoginName
-Department $User.Department
-Company $User.Company
-AccountPassword $Password
-DisplayName $User.DisplayName
-HomeDirectory $User.HomeDirectory
-HomeDrive $User.HomeDrive
-Path “OU=Users,OU=1000,OU=Markets A, DC=firstit, DC=az”
-Enabled $true -Passthru }

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 905 dəfə

Cavablar ( 6 )

  1. Salam. Mən 2008 r2 dən 2012 r2-ə bu videodakı kimi etdim heç bir problem çıxmadı. İstəyirsiz baxın, alınmasa nümunə məqalə yazaram.

    https://www.youtube.com/watch?v=9WAcQE-Q9xo

    • Elvin bəy. Cavab üçün təşəkkürlər. Amma mənə lazım olan məlumat bu videoda yoxdur=(

      Anyway tapdım bunun üçün solution. HomeFolder yaratmaq üçün əvvəlcədən folderlər yaratmaq lazımdı. Onun üçün də scriptin əvvəlinə hər userə uyğun homefolder yaratmaq üçün bir dənə line əlavə etdim. 

      Dediyim logon məsələsini isə -principialname dəyişəni vasitəsi ilə həyata keçirdim. 

      İndi qaldı əsas məsələ folder yaradanda avtomatik olaraq icazələri də uyğun userə versin. Yəni digər userlərin buna accessi olmasın. Bir az tune edib çox güman ki, məqalə şəklində paylaşacam mən də.

       

  2. CSV faylin terkibine baxmaq olar, nece yerleshdiribsiniz orda melumati? Birde emin olun ki sizde %username% adli sistem variable movcuddur.

    Numune kimi, bu meqalede istifade olunan skripte baxa bilersiniz – https://blogs.msdn.microsoft.com/amitgupta/2012/02/06/creating-bulk-users-in-active-directory-using-powershell/

    • Tofiq bəy, o problemi həll etdim artıq. Cavab üçün təşəkkürlər.

       

      • Lap yaxshi. Bilmek olar nece?

        • Əlbətdə.

          İlk növbədə homefolderlər yaradılmalıdı. Ondan sonra yaratdıqımız homefolderlər userlərə map olunmalıdı. Onu da user yaratmamışdan qabaq scriptin əvvəlinə folderləri yaratmaq üçün komanda yazdım. ( Burda bir problem var ki, homefolderləri userlərin özündən başqa heç kim görməli deyil, ya manual gərək əl ilə dəyişəsən, amma mən yenə script axtarıram bunu etmək üçün )  Təxmini belə bir şey alındı. 

          $Password = Read-Host “Enter the password that you want to set” -AsSecureString  : passwordu teyin edir

          $Users= Import-Csv ‘C:\Bulk of users.csv’   :  csviden deyishenleri oxuyur

          $users | ForEach-Object {mkdir($_.’HomeDirectory’)}  : csvde homedire, home folderin pathin qeyd etmishem, ona baxib folderi yaradir. 

          foreach($User in $Users)
          {New-ADUser
          -Name $User.LoginName
          -Surname $User.LastName
          -GivenName $User.Firstname
          -SamAccountName $User.LoginName
          -Department $User.Department
          -Company $User.Company
          -AccountPassword $Password
          -DisplayName $User.DisplayName
          -HomeDirectory $User.HomeDirectory

          ve s.

Cavab yazın